Oktyabrın 26dan 27nə keçən gecə saat 02:30dan 05:30dək


Digərləri 25 Okt 2024 20:58:00 71 0

Oktyabrın 26dan 27nə keçən gecə saat 02:30dan 05:30dək

COP29 konfransı ərəfəsində tədbir tarixləri ərzində nəqliyyat proseslərinin fasiləsiz və təhlükəsiz şəkildə təşkili məqsədilə paytaxtın bəzi küçə və prospektlərində nəqliyyatın idarə edilməsi üzrə monitorinqlər davam etdiriləcək.

Son.az xəbər verir ki, oktyabrın 26-dan 27-nə keçən gecə saat 02:30-dan 05:30-dək davam edəcək yol nəqliyyatının monitorinq tədbirləri bütövlükdə tədbirin nəqliyyat planı və marşrutuna uyğun simulyasiya edilərək icra olunacaq. Monitorinq tədbirləri zamanı Heydər Əliyev, İstiqlaliyyət, Nərimanov, Xətai, Tbilisi, Azadlıq və Neftçilər prospektləri, eləcə də Lermontov, Teymur Elçin, Niyazi, Nizami, Yusif Səfərov, Mikayıl Hüseynov, Rəşid Beyhbudov, Xəqani Rüstəmov, Puşkin, Abdulla Şaiq, Nizami, İzmir, Bakıxanov küçələri, həmçinin Mərdəkan, Zığ və Aeroport şosselərində nəqliyyatın hərəkətinə məhdudiyyətlər tətbiq ediləcək. Qeyd edilən saatlarda sürücülərdən alternativ marşrutlardan istifadə etmələri xahiş olunur.

COP29 Azərbaycan Əməliyyat Şirkəti, Daxili İşlər Nazirliyi və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən aparılacaq simulyasiya prosesinə COP29-un avtomobil və avtobusları ilə yanaşı, təcili tibbi yardım və yanğınsöndürmə maşınları da cəlb ediləcək. Bu zaman paytaxtın mərkəzi hotelləri, hava limanı, tədbir məkanı olan Bakı Stadionu və qonaqların hərəkət edəcəyi digər əsas istiqamətlərdə nəqliyyat hərəkətinin simulyasiyası baş tutacaq.

Bundan əlavə, 27 oktyabr tarixində saat 10:00-dan 14:00-dək əhaliyə narahatlıq yaratmamaq məqsədilə yol hərəkətinə məhdudiyyətlər tətbiq edilmədən paytaxtın bəzi küçə və prospektlərində COP29-a məxsus avtobusların da monitorinqi baş tutacaq. Son.az Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Hansı tərəvəz dərini cavanlaşdırır, saçları parlaq edir? like
  • 25 Okt 20:55  
Digərləri Hansı tərəvəz dərini cavanlaşdırır, saçları parlaq edir?

Dəriyə və saça qulluq istədiyiniz görünüşə nail olmaqda əsas rol oyna

arrow Ətraflı
"Mənə pis nəsə yazanlar özləri çox pis gündədir" like
  • 25 Okt 20:49  
Şou-biznes "Mənə pis nəsə yazanlar özləri çox pis gündədir"

Müğənni Xatirə İslam sosial media hesabındakı paylaşımı ilə diqqət �

arrow Ətraflı
Ruslar Putinə güvənir? like
  • 25 Okt 20:46  
Digərləri Ruslar Putinə güvənir?

Rusiyalıların 75,8 faizi prezident Vladimir Putinin fəaliyyətini bəyənir,

arrow Ətraflı
BRICS Sammiti dünyada böyük əhəmiyyətə malikdir like
  • 25 Okt 20:45  
Digərləri BRICS Sammiti dünyada böyük əhəmiyyətə malikdir

BRICS Sammiti dünyada böyük əhəmiyyətə malikdir.

arrow Ətraflı
Bakıda şirkətdə qadınlar arasında "saçyoldu"  Ərinin sevgilisini DÖYDÜ like
  • 25 Okt 20:39  
Kriminal Bakıda şirkətdə qadınlar arasında "saçyoldu" Ərinin sevgilisini DÖYDÜ

Bakıda şirkətlərin birində həyat yoldaşının sevgilisini döyən qadına

arrow Ətraflı
Kriminal avtoritet beynəlxalq axtarışa verildi like
  • 25 Okt 20:32  
Digərləri Kriminal avtoritet beynəlxalq axtarışa verildi

Kriminal aləmdə "Samretski" kimi tanınan avtoritet Serqo Çixladze

arrow Ətraflı
Şokoladı belə saxlasanız, like
  • 25 Okt 20:31  
Digərləri Şokoladı belə saxlasanız,

Şokolad demək olar ki, hər kəsin sevdiyi qəlyanaltı yeməyidir, lakin saxl

arrow Ətraflı
“Onunla bir mahnı oxuyub maşın aldım” like
  • 25 Okt 20:23  
Şou-biznes “Onunla bir mahnı oxuyub maşın aldım”

"Bir mahnı oxuduq və məşhur oldum. Xatirə İslam ilə toylara getdim v

arrow Ətraflı
Türk bəstəkar ÖLDÜ like
  • 25 Okt 20:22  
Digərləri Türk bəstəkar ÖLDÜ

Türkiyəli bəstəkar, şair, yazar Fırat Kızıltuğ vəfat edib.

arrow Ətraflı
Tabuta qoyulan kişi ölən adamla SƏHV SALINDI like
  • 25 Okt 20:16  
Dünya Tabuta qoyulan kişi ölən adamla SƏHV SALINDI

ABŞ-da bir ailə 2023-cü ilin fevralında vəfat edən 81 yaşlı Addison Cenk

arrow Ətraflı
Bu dərmanlar ƏDVdən azad olunur like
  • 25 Okt 20:15  
Digərləri Bu dərmanlar ƏDVdən azad olunur

Azərbaycanda xroniki və nadir xəstəliklərin müalicəsi zamanı istifadə o

arrow Ətraflı
Bakıda həbsxanada daha bir ÖLÜM like
  • 25 Okt 20:11  
Kriminal Bakıda həbsxanada daha bir ÖLÜM

Azərbaycanda məhkum həbsdə ölüb.

arrow Ətraflı
Gəncədə zəncirvari like
  • 25 Okt 20:09  
Digərləri Gəncədə zəncirvari

Gəncə-Şəmkir yolunda zəncirvari qəza baş verib.

arrow Ətraflı
Zelenski onun Ukraynaya gəlməsini istəmir like
  • 25 Okt 20:03  
Dünya Zelenski onun Ukraynaya gəlməsini istəmir

Ukrayna Prezidenti Volodimir Zelenski BMT-nin Baş katibi Antoniu Quterrişin ö

arrow Ətraflı