Ötən gecə nömrələri itənlərin NƏZƏRİNƏ


Digərləri 22 Okt 2024 19:30:00 97 0

Ötən gecə nömrələri itənlərin NƏZƏRİNƏ

Xəbər verdiyimiz kimi, ötən gün Bakıda yağan aramsız yağışlar bir sıra fəsadlara yol açıb.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, bunun nəticəsində dünən axşam saatlarında bir sıra sürücülər avtomobilin dövlət nömrə nişanını itirib.

Bununla bağlı sosial şəbəkələrdə kifayət qədər paylaşıma rast gəlmək mümkündür. Kimisi itirdiyi nömrəni axtarır, kimisi də tapdığı nömrənin sahibini.

Bəs, təbiət hadisəsinin səbəb olduğu zərərə görə sürücülərə hər hansı güzəşt oluna bilər?

"Qafqazinfo" suala cavab tapmaq üçün Baş Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə şöbəsinin əməkdaşı Mübariz Ağayevlə əlaqə saxlayıb. Qurum rəsmisi bildirib ki, belə durumda qanunvericilikdə heç bir güzəşt nəzərdə tutulmayıb:

"Qaldırdığınız məsələ ilə bağlı qanunvericilikdə heç bir imtiyaz nəzərdə tutulmayıb. Əksinə, avtomobil sahiblərinin üzərinə dövlət qeydiyyat nişanlarının təmiz saxlanılması, istehsalçı zavod tərəfindən müəyyən edilmiş yerlərdə bərkidilməsi və orada dayanıqlılığın təmin edilməsi üçün qabaqlayıcı tədbirlərin görülməsi kimi vəzifələr qoyulub. Dövlət qeydiyyat nişanı qeydiyyat aparılarkən təhkim olunmuş eyniləşdirmə vasitəsidir.

Nömrənin itirilməsinə görə isə hər hansı cərimə nəzərdə tutulmayıb. Sadəcə, nəqliyyat vasitəsinin sahibi və ya sərəncam vermək hüququ olan digər şəxs aidiyyəti üzrə ərazi polis orqanına müraciət etməlidir. Nömrə itirilirsə və tapılmırsa, yenidən həmin dövlət nömrə nişanı verilmir. Bu zaman nömrə sərfiyyatdan çıxarılır. Bu halda avtomobil sahibi yeni dövlət nömrə nişanı almalıdır. Bunun üçün o, Yol hərəkəti haqqında Qanunda nəzərdə tutulmuş qaydada ərazi aidiyyəti üzrə BDYPİ-nin Qeydiyyat-imtahan məntəqələrinə müraciət etməlidir".  

Mübariz Ağayev xoşagəlməz durumlarla qarşılaşmamaq üçün sürücülərə müraciət də edib. O, bu cür havalarda nəqliyyat vasitələrinin sazlığının təmin olunmağının vacibliyini bir daha xatırladıb.

AYNA ilə daşıyıcı şirkət arasında təzad: like
  • 22 Okt 19:24  
Digərləri AYNA ilə daşıyıcı şirkət arasında təzad:

Bakıda 65 nömrəli marşrut xətti üzrə hərəkət edən avtobuslar sərniş

arrow Ətraflı
"Türkiyə Azərbaycanın haqlı mübarizəsini dəstəkləyir" like
  • 22 Okt 19:19  
Digərləri "Türkiyə Azərbaycanın haqlı mübarizəsini dəstəkləyir"

Türkiyə Azərbaycanın haqlı mübarizəsini dəstəkləməyə davam edir.

arrow Ətraflı
Sabunçu tunelində boğularaq ölən Köçərinin FOTOları like
  • 22 Okt 19:12  
Digərləri Sabunçu tunelində boğularaq ölən Köçərinin FOTOları

Xəbər verdiyimiz kimi, Sabunçuda tunelə yağış sularının dolması nətic

arrow Ətraflı
Anar Mədətov oğlu Mahir Emrelidən DANIŞDI: "Neçə ildir o əziyyət çəkir"  VİDEO like
  • 22 Okt 19:11  
Şou-biznes Anar Mədətov oğlu Mahir Emrelidən DANIŞDI: "Neçə ildir o əziyyət çəkir" VİDEO

Tanınmış musiqi prodüseri Anar Mədətov oğlu, məşhur futbolçu Mahir Emr

arrow Ətraflı
İstilik mövsümü vaxtından əvvəl BAŞLAYACAQ? like
  • 22 Okt 19:04  
Digərləri İstilik mövsümü vaxtından əvvəl BAŞLAYACAQ?

Hər il Azərbaycanda istilik mövsümü noyabrın 15-dən etibarən başlayır.

arrow Ətraflı
Evinə hücuma görə məsuliyyəti üzərlərinə götürdülər like
  • 22 Okt 18:58  
Dünya Evinə hücuma görə məsuliyyəti üzərlərinə götürdülər

Livanın "Hizbullah" hərəkatı İsrailin Baş naziri Benyamin Netany

arrow Ətraflı
Keçmiş müşavir TUTULDU like
  • 22 Okt 18:50  
Kriminal Keçmiş müşavir TUTULDU

SOCAR Petroleum QSC rəhbərinin sabiq müşaviri, hazırda eyni şirkətdə bö

arrow Ətraflı
Şəbnəm Tovuzlunun İstanbuldakı görüntüsü TƏƏCCÜBLƏNDİRDİ like
  • 22 Okt 18:42  
Şou-biznes Şəbnəm Tovuzlunun İstanbuldakı görüntüsü TƏƏCCÜBLƏNDİRDİ

Müğənni Şəbnəm Tovuzlu qardaş ölkə Türkiyədə konsert verib.

arrow Ətraflı
İlon Mask məhkəməyə verilir like
  • 22 Okt 18:36  
Şou-biznes İlon Mask məhkəməyə verilir

"Blade Runner 2049" filminin müəllifləri "Tesla" və &quo

arrow Ətraflı
İşçiləri müqaviləsiz işlətdi like
  • 22 Okt 18:29  
Digərləri İşçiləri müqaviləsiz işlətdi

"MORNİG STAR" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən işçi

arrow Ətraflı
Bakıda "Prius" kafeyə çırpıldı like
  • 22 Okt 18:14  
Digərləri Bakıda "Prius" kafeyə çırpıldı

Ziya Bünyadov prospektində "Prius" kafeyə çırpılıb.

arrow Ətraflı
Almaniya səfiri Rusiya XİNə çağırıldı like
  • 22 Okt 18:03  
Dünya Almaniya səfiri Rusiya XİNə çağırıldı

Almaniyanın Moskvadakı səfiri Aleksandr Lambsdorff Rusiya Xarici İşlər Naz

arrow Ətraflı
Sabah 10 mindən çox abonent like
  • 22 Okt 17:56  
Digərləri Sabah 10 mindən çox abonent

Sabah Hacıqabul və Sabirabad rayonlarının qaz təchizatının dayandırılma

arrow Ətraflı
Zakir Həsənov Qırğızıstana getdi like
  • 22 Okt 17:55  
Digərləri Zakir Həsənov Qırğızıstana getdi

Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsəno

arrow Ətraflı