İşçilərin nəzərinə: Bu halda ezam üçün ödəniş almayacaqsınız
Digərləri 16 Okt 2024 14:41:02 104 0
Azərbaycanda işçilərin ezamiyyə qaydaları dəyişdirilib.
Son.az bildirir ki, yeni qərara əsasən:
Dəvət edən tərəf ezam olunan işçini yaşayış yeri və yeməklə təmin etdiyi hallarda işçiyə hər gün üçün ezamiyyə xərclərinin 1 günlük normasının 5%-i qədər vəsait ödənilir. Dəvət edən tərəf ezam olunan işçini yalnız yaşayış yeri ilə təmin etdiyi hallarda işçiyə hər gün üçün ezamiyyə xərclərinin 1 günlük normasının 30%-i qədər vəsait ödənilir. Dəvət edən tərəf ezam olunan işçini yalnız yeməklə təmin etdiyi hallarda işçiyə hər gün üçün ezamiyyə xərclərinin 1 günlük normasının 75%-i qədər vəsait ödənilir.Ölkə xaricinə ezam olunma qaydaları isə bir qədər fərqlidir:
Ölkə xaricində dəvət edən tərəf ezam olunan işçini yalnız yaşayış yeri ilə təmin etdiyi hallarda işçiyə hər gün üçün ezamiyyə xərclərinin 1 günlük normasının yenə də 40 %-i qədər, dəvət edən tərəf ezam olunan işçini yalnız yeməklə təmin etdiyi hallarda işçiyə hər gün üçün ezamiyyə xərclərinin 1 günlük normasının 60 %-i deyil, 65 %-i qədər vəsait ödənilir.
Bəs, yaxşı, şəxs xaricə gedibsə və bütün xərclər dəvət edən tərəfdən təmin edilirsə bu zaman nə baş verir? İşçiyə heç bir əlavə ödəniş olunmur?
Son.az-ın əldə etdiyi məlumata görə, əgər dəvət edən tərəf ezam olunan işçini yaşayış yeri və yeməklə təmin edirsə bu zaman təşkilat tərəfindən işçiyə heç bir əlavə ödəniş edilmir.
Qeyd edək ki, Nazirliyin Dövlət aparatının maliyyəsi şöbəsinə tapşırılıb ki, bu qərarın 3 gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil olunması üçün Ədliyyə Nazirliyinə təqdim edilsin.
Nərmin Mahmudova Son.az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
Ukrayna Prezidenti Vladimir Zelenski Ali Radada Rusiya ilə müharibədə ölkə
Müasir dövrdə ağıllı elektron cihazların, xüsusilə də IoT (əşyaları
"Olur yazırlar ki, sizi əvvəl sevmirdik. Amma indi sevirik. Mənim buna
Norveçli ailə Azərbaycana köçüb.
Milli Hidrometeorologiya Xidməti oktyabrın 17-si gündüzdən 19-u gündüzəd
Bu gün səhər saatlarında Bakı-Quba Rusiya Federasiyası sərhədi avtomobil
"Dünyada bir ölümə çarə yoxdur. İstədiyin hər şeyi əldə edə bi
Tədris ilinin bir aydır başlamasına baxmayaraq bəzi məktəblərdə dərs c
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan hökuməti işğaldan azad olunmu
Yaxın gələcəkdə İranın parçalanacağı və onun yerində 4 dövlətin qu
Xalq artisti Aygün Kazımova toy məclislərinin birində iştirak edib.
Əvvəllər texnologiyanın insanları əvəzləyəcəyi fantaziya məhsulu hesa