Qadınları şantaj edən haker
Kriminal 15 Okt 2024 18:15:00 135 0
Sosial şəbəkələrdə "Roman" adı ilə qadınları şantaj edən Yaşar Məmmədovun cinayət işinin məhkəmə baxış iclası keçirilib.
Bu xəbəri də oxu: Son günlərdə həbs olunan tiktokerlərin Siyahısı
Son.az oxu.az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs ona qarşı irəli sürülən şantaj ittihamı üzrə özünü təqsirli bilməyərək zərərçəkən xanımlara qarşı hər hansı bir hədə qorxu gəlmədiyini deyib.
Onlardan əldə etdiyi pulları isə xanımlara məxsus müxtəlif sifarişlərlə bağlı aldığını deyib. Bununla da o, zərərçəkən xanımlara müxtəlif veb-xidmətlər göstərdiyini iddia edib. 19 yaşlı təqsirləndirilən Yaşar Məmmədov ona qarşı irəli sürülən 9 epizodun heç biri üzrə özünü təqsirli bilməyib.
Araşdırma zamanı məlum olub ki, Y.Məmmədov qadınların sosial şəbəkədəki fotolarını götürərək başqa saxta hesablar açıb və onların fotoşəkillərini orada paylaşıb. Daha sonra isə başqa hesab vasitəsilə həmin qadınlara yazaraq özünü onlara "Roman" adı ilə tanıdıb.
Qadınlarla tanış olduqdan sonra dostunun haker fəaliyyəti göstərdiyini və müəyyən pul müqabilində həmin hesabların silinməsinin mümkün olduğunu bildirib. Bu kimi vədlərlə onların ümumilikdə 5 min manata yaxın pulunu dələduzluq yolu ilə ələ keçirib. İstintaq zamanı Y.Məmmədovun respublikanın digər şəhər və rayon sakinlərinə qarşı da analoji cinayətlər törətdiyi müəyyən edilib.
Son.az Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
"Yaxın zamanda Laçın şəhərinin Heydər Əliyev küçəsində hotel, q
Rusiya məşhurlaşan azərbaycanlı müğənni Nəvai Bəkirov instaqram səhif
Yastıpəncəlik yeriyən zaman ayaq altında və üstündə, topuq oynağında
Ermənistanın Ukraynadakı səfiri Vladimir Karapetyan İtaliyaya diplomatik f�
Mərakeşə səfəri zamanı Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əl
"Həzi Aslanov-Dərnəgül" marşrutu üzrə hərəkət edən qatar &q
Ağdam "Çay evi" olduğu kimi bərpa olunaraq istifadəyə veriləcə
"Heç vaxt tamaşaçı məni belə görməmişdi. Ölkə bir-birinə dəydi
Hindistan "Pralay" kvaziballistik raketləri Ermənistana satmağa haz
Lənkəran Şəhər İcra Hakimiyyətinin vəzifəli şəxsi dünyasını dəyi�
Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı, Jurnalistlər Birliyi
Müğənni Afət Fərmanqızı boşandığı keçmiş həyat yoldaşı Mamed Nan
"Azərbaycanda 20-34 yaş aralığında olan universitet məzunlarının ya
Göyçay şəhər 3 saylı uşaq bağçasının müəllimi Rəfiqə Həsənova d
Britaniya Çaqos adalarını Mavrikiyaya təhvil verməyə razılaşıb. Bununla