"Qızım məhkəmədə məndən imtina edib"
Şou-biznes 04 Fev 2024 00:29:00 313 0
Xalq artisti Tarıyel Qasımov "Evdəkilərə salam" verilişində qonaq olub.
Bu xəbəri də oxu: "2024 mənim üçün itkilər ili oldu"
Son.az axşam.az-a istinadən xəbər verir ki, aktyor ilk həyat yoldaşından boşanmasından danışıb:
"Xanımımın (ilk həyat yoldaşını nəzərdə tutur - red.) o sözlərini kişi kimi qəbul edə bilmədim. Rayonda böyümüşəm və orada qadınlar kişiyə qarşı mehriban olurlar. Kişinin bir sözünü iki etmirlər. Qadın kişiyə böyük kimi, ər kimi baxır. Birinci həyat yoldaşım Dağıstandan gələndən sonra mənə elə bir söz dedi ki... O sözü heç kimə deməmişəm, çünki deyiləsi deyil. Həmin sözündən sonra onunla bir yastığa baş qoya bilməzdim. Bu sözlərdən sonra onunla necə barışa bilərdim?
Paltarlarımı geyinib oturdum maşına və getdim rəhmətlik bacımgilə. Uşaqlar onda balaca idi. Bu əhvalat çoxdan olub. Bacıma dedim ki, icazə ver burada bir-iki gün qalım, özümə ev tutacağam. Bacım sual verdi ki, "Evinə geri qayıdacaqsan?" Cavab verdim ki, o evə qayıtsam, kişi olmaram".
T.Qasımov qızının ondan imtina etdiyini etiraf edib:
"Qızımla işim yoxdur, amma oğlumu unutmamışam. Oğlum mənimlə danışır və deyir ki, bu məsələdə haqlı idin. Amma qızım məhkəmədə məndən imtina edib. Onun iki övladı vardı. Onun oğlu xəstə olduğundan öldü. Mən ona bir kəlmə belə söz deyə bilmərəm. Qəti olmaz. O geri addım atarsa, belə onu qəti bağışlamaram. Qəti!"
Qeyd edək ki, T.Qasımov ilk həyat yoldaşından söyüşə görə boşandığını açıqlamışdı.
Son.az Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
BMT-nin Somaliyə dəstək şöbəsi keçid dövründə yerli orduya texniki tə
Bu gündən MDB Parlamentlərarası Assambleyasının (PA) beynəlxalq müşahid
Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope"
Məşhur görücü Vanqanın 2024-cü ildə hansı bürclər üçün əsl xoşb�
"Yevlax şəhəri, Sadıqcan küçəsində vəziyyət acınacaqlıdır. İs
İraq parlamenti ABŞ-ın İraq ərazisinə endirdiyi zərbələri və onların
Ötən il ölkəyə xaricdən 41 min 707 ton ət gətirilib. Bu məhsulların h�
İraq parlamenti ABŞ-ın bu ölkəyə endirdiyi zərbələri və onların nəti
Rusiya Federasiyası ABŞ-ın İraq və Suriyaya endirdiyi zərbələrlə əlaq�
ABŞ İordaniyadakı hərbi bazalarına hücuma cavab olaraq Yəməndəki həd
BMT-nin baş katibi Antoniu Quterreş ABŞ-ın İraq və Suriyaya endirdiyi hava
İndi hamı Hollivudda bu müəmmalı ölümdən danışır.
Çukçaların maraqlı ailə qayda-qanunları var. Bu insanlara qısqanmaq anlay
Berlində 150 mindən çox insanın iştirak etdiyi sağçı ekstremizmə qarş�
Yataq otağınızın qəşəng görünməsi üçün ailə büdcəsini kəsməyə