Onkoloq ürək xərçənginin əlamətlərindən danışdı
Digərləri 03 Fev 2024 07:46:00 324 0
Bədxassəli ürək xərçəngi angiosarkoma ən çox 45 yaş və yuxarı kişilərdə diaqnoz qoyulur və xəstəlik uzun müddət simptomsuz keçir. Bu barədə Rusiya Federal Klinik Tədqiqat Mərkəzinin onkoloqu İrina Oleynikova məlumat verib.
Bu xəbəri də oxu: Şüşəsi “skotç”lanmış avtobusla bağlı RƏSMİ AÇIQLAMA
Son.az publika.az-a istinadən xəbər verir ki, "Ürəyin angiosarkoması miokard toxumasında inkişaf edən bədxassəli yenitörəmə növlərindən biridir. Endotel hüceyrələrindən əmələ gəlir və bir qayda olaraq sağ atrium və perikarda təsir göstərir. Çox vaxt patoloji 45 yaşdan yuxarı kişilərdə diaqnoz qoyulur", - Oleynikova bildirib.
Həkim əlavə edib ki, angiosarkoma nadir xəstəlikdir, qeydə alınan ürək-damar xəstəliklərinin ümumi nisbətində bu, 0,2% təşkil edir.
Xəstəlik əksərən gec mərhələlərdə diaqnoz qoyulur, çünki uzun müddət simptomsuz keçir və exokardioqrafiyadan keçən zaman kiçik şişlər görünməyə bilər. Bəzən isə xəstəliyin simptomların qeyri-spesifikliyi səbəbindən tamamilə fərqli xəstəliklərə aid edilir. Tipik olaraq, xəstələr qolların və ayaqların şişməsindən, qarnın böyüməsindən, boyun damarlarının şişməsindən, nəfəs darlığından, taxikardiyadan, yüksək təzyiqdən, şiddətli zəiflikdən və gündəlik fiziki fəaliyyətləri yerinə yetirməkdə çətinlikdən (sürətli yerimə, pilləkənlərə qalxma), ürək ağrısından, başgicəllənmədən şikayət edirlər.
"Angiosarkomanın dəqiq səbəbləri müəyyən edilməyib. Bununla belə, xəstəliyin inkişafında genetik faktorların iştirak etdiyi güman olunur. Ona görə də, əgər birinci dərəcəli qohumlarında angiosarkoma aşkarlanıbsa, xəstə 25-30 yaşından etibarən kardioloqun nəzarətində olmalı və daha tez-tez ürək müayinəsindən keçməlidir", - deyə onkoloq yekunlaşdırıb.
Son.az Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
Ukrayna Silahlı Qüvvələrinin əslən azərbaycanlı zabiti Murad Babayev hə
Xəbər verdiyimiz kimi, ABŞ İraq ərazisinə hava zərbələri endirməyə ba
Sağlamlıq üçün bir çox faydası olan acı bibərin həddindən artıq isti
Türkiyənin "Baykar" şirkəti tərəfindən hazırlanan milli "
Məşhur müğənni Rita Ora paylaşımı ilə diqqət çəkib. Son.az xarici
Fevral ayı dörd bürcün nümayəndələri üçün böyük dəyişikliklər ha
İngiltərədə 285 yaşlı limon hərracda satılıb. Alıcı bunun üçün 178
Hollivud aktrisası Blanka Blanko bikinili fotolar paylaşıb.
Ukrayna Silahlı Qüvvələrinin azərbaycanlı zabiti Murad Babayev həlak olub
"Lyst" onlayn platforması dünyanın ən məşhur moda brendlərinin
Türkiyə Mərkəzi Bankının rəhbəri Hafizə Qayə Ərkan istefa verib.
Ümumdünya Səhiyyə Təşkilatı 2050-ci ilə qədər xərçəng xəstəliyini
"Klon" serialında Əli dayı obrazı ilə tanınan braziliyalı aktyo
Ukraynada humanitar işlərlə məşğul olan iki Fransa vətəndaşı ölüb.