İkinci Dünya Müharibəsinin QARANLIQ TƏRƏFİ: qadın döyüşçülərin çəkdiyi zülmlər...


Dünya 14 Yan 2024 20:20:00 155 0

İkinci Dünya Müharibəsinin QARANLIQ TƏRƏFİ: qadın döyüşçülərin çəkdiyi zülmlər...

1941-1945-ci illərdə Sovet İttifaqının qələbəsi ilə başa çatmış Böyük Vətən Müharibəsinin bir də bilinməyən, qaranlıq tərəfi var idi. Bu, qadınların yaşantıları ilə bağlı olub. İstər ön, istər arxa cəbhədəki qadnlar bu savaşdan məğlub, böyük travmalarla ayrıldılar.

Son.az lent.az-a istinadən Rusiya arxivlərində gizlədilmiş müharibə reallıqlarından bəhs edir.

Arxa cəbhədəki qadınlar sədaqətlə ər yolu gözləyirdilər, ərlərin isə çoxu cəbhədən yeni arvad və uşaqları ilə qayıtdılar.

Müharibə zamanı ön cəbhədəki qadınlar nələrə dözməli idilər?

Cəbhədə qadınların həyatı kişilərdən qat-qat çətin idi. Çoxlu problem, ədalətsizlik və çətin vəziyyətlərlə üzləşməli oldular. Çünki onları çox zaman döyüşçü kimi yox, cinsi obyekt kimi görürdülər.

"Tərk edilmiş arvadların ərizəsi"

Böyük Vətən Müharibəsi başa çatdıqdan sonra, 1947-ci ildə 60 qadın SSRİ Ali Sovetinin Rəyasət Heyətinə müraciət imzaladı. Onların hamısı generalların, bəziləri hətta marşalların keçmiş həyat yoldaşları idi. Onlar öz sənədini "Tərk edilmiş arvadların ərizəsi" adlandırıb və orada "20 il və daha çox nikahda olan arvadların hüquqlarını müdafiə edən" qanunun qəbulunu təklif ediblər.

Müharibədən sonra bir çox kişi qanuni arvadlarını  müharibədən gətirdikləri yeni arvadlarına görə tərk etdi. Onların arasında marşallar, generallar daha çox idi. Bir azdan bu barədə danışacağıq. Amma öncə Səfər Səhra Qadınlarından (SSQ) bəhs edək.

Cinsi təcavüz

Ön cəbhədə olan rabitəçilər, tibb bacıları, həkimlər, aşpazlar bir sözlə bütün qadınlar SSQ hesab olunurdu. Lakin zaman içində SSQ sözü fahişə sözünə bərabər tutulmağa başlamışdı və bütün qadınlar bu sözə nifrət edirdilər. Adi əsgərlər bir tibb bacısı və ya paltaryuyan qadınla münasibət qurmağı xəyal belə edə bilməzdi. Sahə arvadları həmişə zabitlərin idilər və çox zaman göstərdikləri "xidmətə" görə, "Hərbi xidmətlərə görə" medalı ilə təltif olunurdular.

Cəbhədə qadın-kişi münasibətləri heç də həmişə sevgi üzərində qurulmurdu. Bəzən qızların seçimi yox idi. Bəzən gözəlliklərinin bir mənbə olduğuna və bundan istifadə etməməyin günah olduğuna inanırdılar. Bəzən buna həyat boyu davam edəcək sevgi deyirdilər. Lakin müharibədə o həyat bəzən 1 gün, bəzən 1 ay sürürdü. 

Tibb bacısı həmişə bacı sayılmırdı

Çox vaxt qızlar ürəklərinin çağırışı ilə cəbhəyə gedirdilər: düşməni məğlub etmək, lazım gələrsə, Vətən uğrunda canlarını vermək. Onlar sərt reallığa hazır deyildilər. Döyüş meydanında "Bacı, kömək et!" deyən kişilər, döyüş olmayan günlərdə ac canavara çevrilir, zorlamağa cəhd göstərirdilər. Sakit saatlarda eyni adamlara yaxınlaşmaq çox qorxulu olurdu.

Svetlana Aleksieviç "Müharibədə qadın yoxdur" kitabında tibb bacısı Sofiyanın xatirələrini paylaşıb. Sofiya batalyonda yeganə qadın idi ki, kişilərlə eyni səngərdə yatmalı olurdu və gecələr təcavüz edərlər deyə, yatmağa qorxurdu. Sofiya könüllü olaraq batalyon komandiri ilə münasibət qurdu ki, başqaları ondan əl çəksinlər. "Hamıdan qorxmaqdansa, bir nəfərlə yaşamaq daha yaxşıdır", deyirdi və savaş bitəndən sonra komandirin onu tərk edib gedəcəyini bilirdi. Komandirdən ona yadigar bir qız övladı qaldı və o, heç vaxt atasının üzünü görmədi.

Sovet sənətşünası Nikolay Nikulinin kitabında deyilir : "Kişilərin əhatəsində olmaq onlar üçün çətin idi. Ac əsgərlərin qadınlara həvəsi yox idi, amma rəhbər şəxslər kobud təzyiqdən tutmuş, ən incə arvadbazlığa qədər istənilən yolla öz məqsədinə nail olurdular. Qızları yataqlarına çağırmaq üçün xüsusi termin var idi, buna "009-un əmri ilə getmək" deyilirdi.

Kəşfiyyatçı Nadya Kozhevnikova haqqında dəhşətli əhvalatı yazıçı, Böyük Vətən Müharibəsi iştirakçısı Ovid Qorçakov danışıb. "O, könüllü olaraq cəbhəyə yazıldı və təlim keçdikdən sonra Almaniyanın arxa cəbhəsinə, Belarus meşələrinə atıldı. Cəmi bir il sonra Nadyanın anası onun ölüm xəbərini aldı. Qızın ölümü haqqında təfərrüatlar illər sonra ortaya çıxdı. Partizan dəstəsinin komandiri Nadyanın onun qadını olmasını istəyirdi və Nadya bunu rədd edincə güllələnmişdi.  

Kommunistlər sevişməz 

Müharibənin lap əvvəlində Jukovun özü ölkə rəhbərliyinə məktub yazaraq, pozğunluğu dayandırmağa çağırıb: "Bölmə və alay komandirlərinin qərargahlarında, həmçinin komanda məntəqələrində xidmət adı altında çoxlu qadınlar var. Kommunist kimi simasını itirmiş bir sıra komandirlər sadəcə olaraq birgə yaşayırlar..."  yazan general hesabatdan çox keçmədən özü də "kommunist kimi simasını itirdi".

Onun iki ailəsi var idi. Müharibə illərində Jukovun şəxsi vəziyyəti daha da qarışdı. O, feldşer Lidoçka, Lidiya Zaxarova ilə tanış oldu. O günlərdə Jukov üçün asan deyildi, Moskva yaxınlığında dəhşətli döyüş gedirdi və yalnız Lidoçka onun ürəyini sevindirirdi. Bu cütlük müharibə boyu ayrılmadı.

Müharibdən sonra Jukovun ikinci arvadı Aleksandra hər şeydən xəbər tutdu və feldşer Lidiya Zaxarovaya qarşı NKVD-yə donos yazdı. Lidoçka ordudan qovuldu. Əfsanəvi marşal Lidanı özündən 30 yaş kiçik bir qıza aşiq olunca unutdu.

Baş katibin macəraları

SSRİ-nin gələcək lideri Leonid İliç Brejnev ilk əsl sevgisini cəbhədə tapıb. Müharibədən əvvəl evlənmişdi, amma həyat yoldaşını sevmirdi. Onun belə qızları çox idi və onun Viktoriya ilə evlənmək fikri olmasa da anasının təzyiqi ilə evləndi. Üstəlik onun cəbhədən gətirdiyi başqa bir sevgilisi də var idi - Toma.

Brejnev müharibədən sonra nə edəcəyini dəqiq bilirdi: Viktoriyadan boşanıb Tamara ilə evlənəcəkdi. Amma Viktoriya ərini şantaj etdi, "partiya komitəsinə gedəcəm, partiya vəsiqəni götürəcəklər". Brejnevin sevgi romanı yarımçıq qaldı, illər keçdikcə bir növ qəribə dostluğa çevrildi. Brejnev Tamara və ərinə Moskvada mənzil verdi, dostluq ömür boyu sürdü.

Yazılmamış qanun

Xoşbəxt sonluqla bitən bütün müharibə sevgiləri bir yazılmamış qanun sayəsində yaşadı."Heç bir kompromis yoxdur" qanunu ilə hərəkət edən keçmiş döyüşçülər cəbhədən yeni arvadları ilə döndülər və köhnə ailələrini tərk etdilər. 

SSQ - cəbhə arvadları ilə bağlı söz-söhbət arxaya da çatmışdı. Qadınlar ərlərini gözlədilər, onlar cəbhədə olan bütün qızlara nifrət edirdilər. Cəbhədən gələn qadınların alnında bir qara damğa var idi. Onlar yüzlərlə əsgərlə yatmış hesab olunurdular.

Qızlar isə çox vaxt hərbi keçmişlərini gizlədirlər. Bir çox cəbhəçi qızlar əsl təqiblərə məruz qaldılar. Yalnız yetmişinci illərdə cəmiyyətdə veteran qadınlara münasibət dəyişdi və onlar qəhrəman elan edildilər.

Son.az Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Toy mərasimində 50 nəfər xəstəxanalıq oldu like
  • 14 Yan 20:10  
Dünya Toy mərasimində 50 nəfər xəstəxanalıq oldu

İtaliyanın Toskana şəhərində toyda tavanın uçması nəticəsində 50-yə

arrow Ətraflı
Davosda UkraynaRumıniya danışıqları başladı like
  • 14 Yan 20:03  
Dünya Davosda UkraynaRumıniya danışıqları başladı

Ukrayna Davosda Rumıniya ilə ikitərəfli təhlükəsizlik sazişinin bağlanm

arrow Ətraflı
“X” xəstəliyi: Dünya yeni ölümcül pandemiyaya hazırlaşır like
  • 14 Yan 19:57  
Dünya “X” xəstəliyi: Dünya yeni ölümcül pandemiyaya hazırlaşır

Bəşəriyyəti "X" xəstəliyi gözləyir. Bütün dünya yeni bir pa

arrow Ətraflı
Qarlı hava İlhaməni işıqsız qoydu like
  • 14 Yan 19:55  
Şou-biznes Qarlı hava İlhaməni işıqsız qoydu

Müğənni İlhamə Qasımova işığın olmamasından şikayətlənib. 

arrow Ətraflı
Diyetoloq əridilmiş pendirin zərərlərindən danışdı like
  • 14 Yan 19:50  
Digərləri Diyetoloq əridilmiş pendirin zərərlərindən danışdı

Dietoloq Alexandra Razarenova emal olunmuş pendirin təhlükələri barədə x�

arrow Ətraflı
Bakıda şaxtalı havada istilik problemi yaşanır like
  • 14 Yan 19:45  
Digərləri Bakıda şaxtalı havada istilik problemi yaşanır

Bakıda havanın qarlı və şaxtalı olmasına baxmayaraq, bir çox ərazilərd

arrow Ətraflı
Qan şəkərinin səviyyəsini like
  • 14 Yan 19:40  
Digərləri Qan şəkərinin səviyyəsini

Düzgün pəhriz qan şəkərinin səviyyəsini idarə etməyə kömək edir.

arrow Ətraflı
100 milyonluq evini gizlicə satmaq istəyir like
  • 14 Yan 19:35  
Şou-biznes 100 milyonluq evini gizlicə satmaq istəyir

Türkiyəli məşhur aktyor Cem Yılmaz Leventdə yerləşən villasını satı�

arrow Ətraflı
Qar xeyli sayda qəzaya səbəb oldu like
  • 14 Yan 18:56  
Digərləri Qar xeyli sayda qəzaya səbəb oldu

Biləcəridə bir neçə avtomobil qəza törədib. Son.az xəbər verir ki,

arrow Ətraflı
Rusiya öz sözünü demədən sülh olmayacaq  Kassis like
  • 14 Yan 18:47  
Dünya Rusiya öz sözünü demədən sülh olmayacaq Kassis

Rusiya Ukraynada sülh prosesinə qoşulmalıdır.

arrow Ətraflı
Hoqqaşouların qırıqqırıq etdiyi rekordlar və dəyərlər like
  • 14 Yan 18:42  
Şou-biznes Hoqqaşouların qırıqqırıq etdiyi rekordlar və dəyərlər

Son.az musavat.com-a istinadən Samir Sarının yazısını təqdim edir Bu g

arrow Ətraflı
Qallant Netanyahuya əsəbiləşdi, iclası tərk etdi like
  • 14 Yan 18:37  
Dünya Qallant Netanyahuya əsəbiləşdi, iclası tərk etdi

İsrailin müdafiə naziri Yoav Qallant Baş nazir Binyamin Netanyahu ilə müna

arrow Ətraflı
Qışda xəstəliklərdən qorunmaq üçün praktiki tövsiyələr like
  • 14 Yan 18:31  
Digərləri Qışda xəstəliklərdən qorunmaq üçün praktiki tövsiyələr

Son.az oxu.az-a istinadən xəbər verir ki, qışda bəzi praktiki ehtiyat təd

arrow Ətraflı
Putinin vizit kartı 2.1 milyona satılır like
  • 14 Yan 18:25  
Digərləri Putinin vizit kartı 2.1 milyona satılır

Moskvanın Novıye Çeremuşki rayonunun sakini Prezident Vladimir Putinin vizit

arrow Ətraflı
Nazir müavini işdən çıxarıldı like
  • 14 Yan 18:18  
Digərləri Nazir müavini işdən çıxarıldı

Naxçıvan Muxtar Respublikası fövqəladə hallar nazirinin müavini vəzifəs

arrow Ətraflı