Sənədsiz ev sahiblərinə MÜHÜM XƏBƏR
Digərləri 11 Yan 2024 00:55:00 273 0
Bir neçə gün əvvəl paytaxtı Bakı şəhərinin Baş planı təsdiqlənib. Baş nazir Əli Əsədov bununla bağlı dekabrın 30-da qərar imzalayıb. Qərara əsasən, Bakının inkişafına dair bu plan 2040-cı ilədək olan dövrü əhatə etməlidir.
Bu xəbəri də oxu: Daha 6 KOB subyektinə “Startap” şəhadətnaməsi verildi
Planın hansı sahələri əhatə etməsi ilə bağlı müəyyən məlumatlar ictimaiyyətlə bölüşülüb. Vətəndaşlara maraqlı olan isə bu planda uzun illərdir davam edən sənədsiz evlərin sənədləşdirilməsi ilə bağlı problemin həll yolunun da öz əksinin tapıb tapmamasıdır.
Son.az xəbər verir ki, məsələ ilə bağlı Milli Məclisin deputatı Aydın Hüseynov referans.az -a açıqlamasında danışıb.
"Bakının Baş planı 2040-cı ilə qədər olan dövr üçün təsdiqlənib. Planın təxmini dəyəri 93 milyard manatdır. Bura layihələrin həyata keçirilməsi, görüləcək işlər və s. aiddir. Sənədsiz evlər isə ayrıca bir məsələdir. Baş planda, əsasən, tikiləcək yollardan, hər hansı bir şəhər infrastrukturundan söhbət gedir. Bildiyiniz kimi artıq sənədsiz evlərlə, obyektlərlə bağlı qanun qəbul olundu. 2002-ci il mart ayının 1-nə qədər olan sənədsiz obyektlərin özəlləşdirilməsi, sənədləşməsi ilə bağlı qaydalar müəyyənləşib. Bildiyiniz kimi sənədsiz bina evləri ilə bağlı məsələ artıq öz həllini tapıb, lakin fərdi yaşayış evləri, qanunsuz ərazilərdə tikilən evlər ilə bağlı problem hələ də aktualdır. Bu məsələ hələ də müzakirə olunur. İqtisadi İnkişaf Nazirliyinin müvafiq qurumu hökumətə müəyyən təkliflərlə çıxış edəcək".
Deputat qeyd edib ki, nəzərdə tutulan evlərin sənədləşdirilməsi prosesi bir çox səbəblərdən dolayı illərdir uzanır.
"Neft ərazilərində, kənd təsərrüfatı təyinatlı torpaqlarda tikilən evlər hər biri bu prosesi daha da yubadır. Lakin artıq bu evlərin nəyə görə o torpaqlarda tikilməsini araşdırmaq vaxt itkisidir və prosesin tezliklə yekunlaşmasına mənfi təsir göstərir. Sadəcə faktın bundan ibarət olduğunu qəbullanmaq lazımdır. Buna görə də hazırda neftli ərazilər müəyyənləşməlidir. Kənd təsərrüfatı əhəmiyyətli torpaqlar da Kənd Təsərrüfatı nazirliyinin balansından çıxarılmalıdır".
Aydın Hüseynov vurğulayıb ki, bu problemin kökündən həll olunması üçün əsas addımlardan biri də torpaqların təyinatının tam dəqiqliklə müəyyən edilməsidir.
Son.az Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
Almaniya 2023-cü ilin sonunda Səudiyyə Ərəbistanına silah tədarük etməy
Culfa şəhərində yol-nəqliyyat hadisəsi baş verib.
Torontodan Dubaya uçan "Air Canada" aviaşirkətinə məxsus təyyar�
Türkiyənin Hatay vilayətində 4,2 bal gücündə zəlzələ baş verib.
Müğənnilər Nura Suri və Səidə Sultan geyiminə görə tənqid olunan Əm�
Zoğalın faydalı xüsusiyyətlərini hər zaman eşidir və bilirik.
Xəbər verdiyimiz kimi, "FOX TV"də yayımlanan "Kızıl goncala
Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope"
İkinci Dünya Müharibəsi bir çox qeyri-adi hadisələrlə ən dağıdıcı b
Lalə Azərtaşın Xəzər TV-nin efirində yayımlanan "Təsir dairəsi&qu
Biz 20-yə yaxın ölkəni bir araya gətirdik ki, bu hücumlar dünənki kimi d
Müğənni "FKA Twigs"in (Taliya Debrett Barnett) yer aldığı "
NATO 2024-cü ildə Ukraynaya milyardlarla avro dəyərində böyük yardım və
Türkiyəli aktyor Özcan Dəniz baş rolunu canlandırdığı "Kızıl gon