Ticarət mərkəzi və bazarlarda baş verən yanğınlarda məhkəmələrin mövqeyi necədir?


Digərləri 10 Yan 2024 21:25:00 140 0

Ticarət mərkəzi və bazarlarda baş verən yanğınlarda məhkəmələrin mövqeyi necədir?

Azərbaycanda ən mübahisəli məhkəmə işləri sırasında yanğın hadisələri ilə bağlı olanlar xüsusi yer tutur. Belə ki, bu sahədə vahid məhkəmə praktikası olmadığı üçün bəzən məhkəmələr ekspert rəyləri və şahidlərin fikirlərini nəzərə almadan qərar verə bilirlər.

Son.az xəbər verir ki, məsələ ilə bağlı yanğın hadisələri üzrə ixtisaslaşmış hüquqşünas Tural Şükürov "Qafqazinfo"ya bildirib ki, qüvvədən düşmüş SSRİ Ali Məhkəməsi Plenumunun "Məhkəmələrin yanğınlara dair tətbiqi təcrübəsi haqqında" 1989-cü il 02 mart tarixli qərarında vahid məhkəmə təcrübəsi mövcud olub. Qərar SSRİ məkanında fəaliyyət göstərən məhkəmə və istintaq orqanlarına yanğın hadisələrinin araşdırılması ilə bağlı xüsusi istiqamət verirdi. Lakin qərar müstəqilliyimizin bərpasından sonra qüvvədən düşüb və bundan sonra hər hansı təcrübə formalaşmayıb.

Hazırda yanğın hadisələrinə görə qaldırılan məhkəmə işlərində hakimlərin ekspert rəylərinə və s. sübutlara əsaslanmaması ədalətli qərar çıxarılmasına mane olur: "Adətən yanğın hadisələrində daha dolğun rəy verə bilən şəxs bu işin mütəxəssisləri sayılan ekspertlərdir. Hakim yanğın üzrə ixtisaslaşmış şəxs olmadığı üçün yalnız qanunlara əsaslanıb qərar çıxarır. Lakin qərar çıxarılarkən bəzən ekspert rəyləri, ümumiyyətlə, nəzərə alınmır. Təəssüflər olsun ki, bəzi hallarda hakimlər sadəcə öz təxəyyülü əsasında qərar çıxarır.

Məsələn, hazırda mənim nümayəndə kimi çıxış etdiyim bir işdə analoji durum yaşanmaqdadır. Belə ki, 8 il əvvəl Saatlıda yerləşən "Araz-Şöhrət" şirkətinə məxsus Ticarət Mərkəzində irimiqyaslı yanğın hadisəsi baş verib və hadisə nəticəsində sahibkarlara külli miqdarda ziyan dəyib. Bir çox sahibkarların iqtisadi fəaliyyəti dayanıb. Amma yanğının baş verməsində təqsirli şəxslərin bəziləri cinayət, o cümlədən mülki məsuliyyətdən yayınıblar. İş üzrə Məhkəmə Ekspertizası Mərkəzinin 4 avqust 2023-cü il tarixli ekspert rəyində göstərilib ki, "Araz-Şöhrət" şirkətinə məxsus ticarət mərkəzində Nadir Rzayevin istifadəsində olan ticarət obyektinə (piştaxtaya) elektrik xəttini yolverilməz üsulla, yəni yanar materialların üzəri ilə çəkdiyinə və həmin xəttin çəkilməsi zamanı naqillərin birləşmə yerlərini sıxaclama üsulu ilə birləşdirmədiyinə görə, "Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydaları"nın 6.4, 6.5 bəndlərinin və "Elektrik qurğularının quraşdırma qaydaları"nın 2,1.1.15, 2.1.2.3, 2.1.2.10 bəndlərinin tələbləri həmin xəttin çəkilməsini həyata keçirmiş çilingər Qubad Əhədov tərəfindən pozulub".

Vəkil bildirib ki, elektrik xəttinin ticarət mərkəzinin rəhbərliyinin icazəsi ilə çəkildiyini nəzərə aldıqda aydın olur ki, xəttin yolverilməz üsulla çəkilməsinə nəzarət aparıImadığına görə, yanğın təhlükəsizliyi qaydalarının 1.2, 1.9 bəndlərinin tələbləri "Araz-Şöhrət" şirkətinin vəzifəli şəxsləri tərəfindən pozulub: "Qaydalara riayət olunmaması isə yanğına gətirib çıxarıb. Ekspert rəyi və digər sübutların olmasına baxmayaraq, "Araz-Şöhrət" şirkətinin vəzifəli şəxsləri, o cümlədən müəssisənin özü mülki və s. məsuliyyətdən yayınıblar. Məhkəmələr isə "Araz-Şöhrət"i və onların vəzifəli şəxslərini mülki və s. məsuliyyətə cəlb etməməkdə maraqlıdır. 

Ümumiyyətlə, ölkəmizdə ticarət mərkəzi və bazarlarda baş verən yanğınlarda vəzifəli şəxslər məsuliyyətdən yayınırlar. Bu cür yanaşma da gələcəkdə yenidən ticarət mərkəzi və bazarlarda yanğınların baş verməsinə gətirib çıxarır.

Hazırda analoji iş üzrə Şirvan Apellyasiya Məhkəməsində hakim Pərviz Əhmədovun sədrliyi ilə icraat aparılır. Ümid edirəm ki, məhkəmə bu iş üzrə tam, hərtərəfli və obyektiv araşdırma aparmaqla ədalətli qərar çıxaracaq".

Son.az Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

ABŞ Milli Təhlükəsizlik Agentliyinin rəhbəri istefa verəcək like
  • 10 Yan 21:17  
Dünya ABŞ Milli Təhlükəsizlik Agentliyinin rəhbəri istefa verəcək

ABŞ Milli Təhlükəsizlik Agentliyinin (NSA) rəhbəri Pol Nakasone fevralın

arrow Ətraflı
Azərbaycan Prezidenti: Ermənistanı silahlandıran, növbəti müharibəyə hazırlayan ölkə Fransadır like
  • 10 Yan 21:08  
Siyasət Azərbaycan Prezidenti: Ermənistanı silahlandıran, növbəti müharibəyə hazırlayan ölkə Fransadır

Bizə qarşı olan mənfi münasibət, ənənəvi mənbələrdən gələn mənfi

arrow Ətraflı
Yaşımız çatmadan pensiya kapitalından istifadə edə biləcəyik? like
  • 10 Yan 21:06  
Digərləri Yaşımız çatmadan pensiya kapitalından istifadə edə biləcəyik?

Pensiya yaşına çatmadan pensiya kapitalından istifadə edə bilmək məsəl�

arrow Ətraflı
Röyanın bu mahnısı xaricdə də uğur qazandı  FOTO like
  • 10 Yan 21:00  
Şou-biznes Röyanın bu mahnısı xaricdə də uğur qazandı FOTO

Xalq artisti Röya Ayxanın "Tut əlimdən" mahnısı xaricdə də uğ

arrow Ətraflı
Bakıdan Naxçıvana iki dəhliz olacaq like
  • 10 Yan 20:56  
Digərləri Bakıdan Naxçıvana iki dəhliz olacaq

Azərbaycan qərb rayonlarını Naxçıvanla birləşdirəcək və Çindən Mər

arrow Ətraflı
“Kürəkənimin maşın qalereyası var, onun puluna nə gəlib ki?“ like
  • 10 Yan 20:52  
Şou-biznes “Kürəkənimin maşın qalereyası var, onun puluna nə gəlib ki?“

Müğənni Nüşabə Musayeva türkiyəli kürəkəni haqda bir sıra açıqlama

arrow Ətraflı
26 yaşlı modeldən bikinili FOTOlar like
  • 10 Yan 19:19  
Şou-biznes 26 yaşlı modeldən bikinili FOTOlar

Məşhur model Keyt Mossun bacısı Lottie Moss paylaşımı ilə müzakirələr

arrow Ətraflı
“Ona əynindəki şalvarı mən almışam” like
  • 10 Yan 18:57  
Digərləri “Ona əynindəki şalvarı mən almışam”

Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinin Maliyyə Xidmətinin sabi

arrow Ətraflı
Xalq artistinə Rusiyadan film təklifi  Baş rolda oynayacaq like
  • 10 Yan 18:56  
Şou-biznes Xalq artistinə Rusiyadan film təklifi Baş rolda oynayacaq

Xalq artisti Naibə Allahverdiyeva Rusiyadan bədii filmə çəkilmək üçün d

arrow Ətraflı
Bu sürücülərin taksi fəaliyyəti göstərməsi mümkün olmayacaq like
  • 10 Yan 18:49  
Digərləri Bu sürücülərin taksi fəaliyyəti göstərməsi mümkün olmayacaq

"Avtomobil nəqliyyatı haqqında" Qanuna əsasən, taksi minik avtomo

arrow Ətraflı
Lüks binanın qarşısında QƏTL: Ölən və yaralananlar var like
  • 10 Yan 18:45  
Digərləri Lüks binanın qarşısında QƏTL: Ölən və yaralananlar var

Türkiyənin Aydın bölgəsində qətl baş verib.

arrow Ətraflı