Bakıda parklanma ilə bağlı məsafə qısaldılacaq
Digərləri 08 Yan 2024 11:26:00 302 0
Bakının Mərkəzi Planlaşdırma Rayonunun Xüsusi Mühafizə Zonasının hüdudlarında, xüsusilə tarixi şəhər mərkəzində və küçələr boyu parklanma ilə bağlı vəziyyətin yaxşılaşdırılması nəzərdə tutulur.
Bu xəbəri də oxu: Prezident Ərdoğan: “Şara ilə hər mövzuda həmfikirik”
Son.az xəbər verir ki, bu, Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planında əksini tapıb.
Baş planda qeyd olunub ki, park edilən avtomobil ilə yaşayış və ya iş yeri arasında məsafəni qısaltmaq üçün mərkəzləşdirilməmiş parklanma həllərinin yaradılması da əsas hədəflər sırasındadır.
Hədəflər sırasında nəqliyyat vasitələrinin küçələr boyu parklanma yerlərindən avtomobil dayanacaqlarına köçürülməklə rahat və fasiləsiz nəqliyyat axınlarının təmin edilməsi və yol hərəkəti təhlükəsizliyinin artırılması, yeni dayanacaq və parklanma yerlərinin tələbata uyğun təmin edilməsi qeyd olunub.
Qeyd olunub ki, 2027-ci ilədək mövcud tələbata uyğun olaraq şəhər mərkəzində yeni parklanma yerləri yaradılacaq, parklanma yerlərinin sayının artırılması və şəhər inkişafına inteqrə edilməsi üçün mövcud yerüstü parklanma sahələrində yeni yeraltı və çoxmərtəbəli dayanacaqlar inşa ediləcək.
Parklanma yerləri ilə bağlı yeni qaydaların tətbiqi yeni inşa olunan parklanma yerlərindən səmərəli istifadəni təmin edəcək.
Yeni inkişaf ərazilərində parklanma ilə bağlı çatışmazlığın kompensasiya edilməsini nəzərə almaqla parklanma qaydaları çərçivəsində yeni parklanma tarifləri müəyyən ediləcək.
2040-cı ilədək olan hədəflər sırasında əlavə parklanma yerlərinin mövcud yerüstü avtomobil dayanacaqlarında və ödənişsiz əsaslarla fəaliyyət göstərən ərazilərdə təmin edilməsi qeyd olunub.
Bundan başqa, vurğulanıb ki, parklanma yerlərinə olan tələbatı ödəmək üçün Xüsusi Mühafizə Zonasının hüdudlarından kənarda, onun sərhədinin birbaşa yaxınlığında yeni parklanma yerlərinin yaradılması tələb oluna bilər.
"Yeraltı avtomobil dayanacaqlarının inşası üçün şəhərdaxili yaşıllıq sahələri də nəzərə alınmalıdır ("Qış parkı"nda olduğu kimi)", - deyə vurğulanıb. Son.az Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
Kanadanın Britaniya Kolumbiyası dağlarında qəzaya uğrayan helikopter tapı
Hətta sabah Vaşinqton və Brüssel bütün sanksiyaları aradan qaldırsalar b
Əməkdar artist Aygün Hümmətovanın (Bəylər) vəfat etməsi Azərbaycan m�
Ötən gün 4-cü kurs tələbəsinin evdən meyiti tapılması barədə məlum
Əməkdar artist Aygün Bəylərlə vida mərasimi başlayıb.
Yanvarın 8-də saat 10 radələrində Şirvan şəhərində 1950-ci il təvəll
Polis əməkdaşları Xankəndi şəhəri və Xocalı rayonu ərazisində silah-
"Tv8" kanalında yayımlanan "MasterChef Türkiye All Star"n
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 25 dekabr 2023-cü il tarixli qə
2040-cı ilə qədər sürət həddi 30 km/saat müəyyən edilən küçələrin
Yaponiyanın İşikava prefekturası sahillərində yanvarın 1-də baş verən
2040-cı ilədək Xırdalan şəhərinə metro xəttinin çəkilməsi nəzərdə
Bir müddətdir xərçənglə mübarizə aparan məşhur sənətçi Yüksel Uzel
• təklif olunan mərkəzlərin yüksək sərnişindaşıma qabiliyyətinə ma
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi 2024-cü il