Ümumdünya Heyvanların Mühafizəsi təşkilatı: Əxlaqsızlıqdır, iyrənc haldır!
Digərləri 18 Sen 2023 21:59:00 379 0
Ümumdünya Heyvanların Mühafizəsi təşkilatı erməni silahlılarının itlərdən terror aktı üçün istifadəsini pisləyib.
Bu xəbəri də oxu: Bu vəzifə Rufik İsmayılova həvalə edildi
Təşkilat bunu insanlığa sığmayan vəhşilik adlandırıb.
"Günahsız bir heyvandan terror aktı kimi istifadə edilməsi əxlaqsızlıqdır, qeyri-etikdir və bu itin həyatına, eləcə də insan həyatına nə qədər az dəyər verildiyini göstərir. Səssiz, müdafiəsiz heyvanlardan istifadə iyrəncdir. Biz bu məsələni Beynəlxalq Heyvanların İdarə Olunması (ICAM) koalisiyası və itlərin rifahına diqqət yetirən digər xeyriyyə təşkilatları ilə birlikdə qaldırdıq", - Ümumdünya Heyvanların Mühafizəsinin yaydığı məlumatda deyilir.
Qeyd edək ki, sözügedən məsələ ilə bağlı "Hüquqi Təhlil və Araşdırmalar" İctimai Birliyi Ümumdünya Heyvanların Mühafizəsi təşkilatının Böyük Britanıyanın paytaxtı London şəhərində yerləşən ofisinə müraciət ünvanlayıb. Müraciətdə təşkilatdan erməni silahlılarının Azərbaycana qarşı terror aktında itlərdən istifadə cəhdlərinə reaksiya verilməsi istənilib.
Xatırladaq ki, sentyabrın 11-i saat 08:30 radələrində Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri Ordumuzun Xocavənd rayonu istiqamətində döyüş növbətçiliyi aparan hərbi qulluqçularına qarşı itdən sui-qəsdçi kimi istifadə etməklə terror aktı törətməyə cəhd göstəriblər.
Rusiya sanksiyalara cavab olaraq 2014-cü ildə tətbiq edilən ərzaq embarqosu
Məşhur bloqer Aysel Şükürə İstanbulda evlilik təklifi edilib.
Fəsil dəyişib və yay fəslinin meyvələri artıq öz yerini payız meyvəl�
Xəbər verdiyimiz kimi, aparıcı İslam Mehrəliyev "Xəzər axşamı&quo
Bu il Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinə qəbul olunan 5
Azərbaycan nümayəndə heyəti Rusiya Federasiyasının Həştərxan şəhəri
Türkiyənin Kilis bölgəsində toydan əvvəl cehiz mərasimi zamanı ov tüf�
Sosial şəbəkələrdə yayılan video maraq doğurub.
Türkiyəli aktrisa Burçin Terzioğlunun yeni layihəsi bəlli olub.
"Bakı Kristal Zalı" İqtisadiyyat Nazirliyinin tabeliyinə verilib.
Sabirabad rayonunun kəndlərindən birində 12 yaşlı oğlanın cinsi zorakıl
Bakıda gəlinini qətlə yetirməkdə təqsirli bilinən Firdovsi Məhərrəmov
Qərbi Azərbaycan İcması hazırda ABŞ-ı təmsil edən erməni şahmatçı L
Bakıda avadını qətlə yetirməkdə təqsirli bilinən Vadim Avçiyevin cinay