Tikintini sökmək ixtiyarım yox idi, amma sökdük


Kriminal 15 Sen 2023 19:12:00 236 0

Tikintini sökmək ixtiyarım yox idi, amma sökdük

Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda dələduzluq və digər ağır cinayətlərdə təqsirləndirilən, "Xural Yayınları" MMC-nin təsisçi və baş direktoru Əvəz Zeynallı və "Səda TV" MMC-də rəhbər vəzifədə işləyən Elnur Şükürovun barəsində olan cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Son.az news24.az-a istinadən xəbər verir ki, prosesdə bildirilib ki, şahid, Sabunçu rayonu ərazisində inşa edilən obyektin sahibi Telman Vəliyev xəstəxanaya yerləşdirildiyi üçün məhkəməyə gələ bilmir. 

Daha sonra prosesdə Sabunçu rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev şahid qismində ifadə verib. İcra başçısı bildirib ki, Əvəz Zeynallını tanıyır: "Qəsəbə icra nümayəndəsi mənə  məlumat verdi ki, ərazidə obyekt tikilir. Tapşırıq verdim, tikinti dayandırıldı. Bir müddət sonra yenə məlumat aldım ki, tikinti davam edir. Dedim ki, tikintini sökün. Tikinti söküləndə sonra  Əvəz Zeynallı mənə zəng vurub xahiş etdi ki, o obyektin tikintisinə kömək edin. Dedi ki, imkansız adamdı.Həmçinin dedi ki, həmin ərazi neft ərazisidir, icra hakimiyyətinin həmin əraziyə nəzarət etmək ixtiyarı yoxdur.  Mən də tapşırıq verdim ki, obyekt tikilsin. İcra nümayəndəsinə tapşırıq verdim ki, tikintiyə müdaxilə etməyin". 

İcra başçısı bildirib ki, Əvəz Zeynallı mənim haqqında xoşagəlməz məlumatlar yayırdı. Mən də Əvəz Zeynallı ilə danışdım, xahiş elədim ki haqqımda elə məlumatlar yayılmasın. Həmin vaxt telefon nömrəmi də Əvəz Zeynallıya verdim. 

Əvəz Zeynallı birinci dəfə mənə zəng vurub xahiş eləmişdi, mən tapşırmamışdım. Tikinti dayandırılandan sonra təkrar zəng vurdu xahiş elədi, mən də tapşırdım. 

Vəkillərin suallarını cavablandıran A. Vəliyev bildirib ki, Əvəz Zeynallını özü dəvət edib: "Mənim barəmdə dəfələrlə Xural TV-də təhqirlər, böhtanlar deyilirdi. Böhtan atırdı mənə, qarğışlar edirdi. Xural tv də deyirdi ki, Adil Vəliyev nədir? Kimdir yox, nədir? Sonra deyirdi ki, bandit, quldur Adil Vəliyev, sonra deyirdi ki dövlət büdcəsini soyub talayır, Adil Vəliyevin biznes imperiyası var. 

Əvəz Zeynallının telefonunu tapıb ona zəng vurdum. Dedim ki, siz mənə qarğış edirsiniz, kişi kişiyə qarğış eləməz. Dedim ki gəl söhbət edək. Əvəz Zeynallı da təklifi qəbul elədi, gəldi. Bundan sonra Əvəz Zeynallı ilə münasibətimiz yarandı". 

Adil Vəliyev bildirib ki, tikinti işləri aparılan ərazi barədə qərar qəbul etmək Dövlət Neft Şirkətinin və Dövlət Tikinti Arxitektura Komitəsinin səlahiyyətindədir: "Ona görə də mən həmin tikintiyə sərəncam vermədim. Biz orda istənilən qanunsuz tikintiyə maneçilik edirik. Amma səlahiyyətimiz yoxdur. Qanunvericiliyə əsasən  bizim tikintiyə müdaxilə etmək ixtiyarımız yoxdu, maneçilik edib məhkəməyə müraciət etməliyik, məhkəmənin qərarı ilə tikinti dayandırılır.  Səlahiyyətim olmadığı halda tapşırıq verdim. Sökməli deyildik, tikintini dayandırmalı idik, belə məsləhət oldu, biz də sökdük. Fərqi yoxdu səlahiyyətimiz var, yoxdu. Elə danışırsınız, elə bil Azərbaycanda yaşamırsınız". 

Proses sentyabrın 22-də davam etdiriləcək.

Qeyd edək ki, Baş Prokurorluğun Mətbuat xidmətinin məlumatına görə, Baş Prokurorluğun İstintaq idarəsində aparılmış istintaq zamanı Əvəz Zeynallının ayrı-ayrı şəxslərdən hədə-qorxu gəlməklə, təkrar və külli miqdarda rüşvət almasına, habelə Əvəz Zeynallı və Elnur Şükürovun qabaqcadan əlbir olan bir qrup şəxs halında vəzifəli şəxslərin qərarına təsir etmək məqsədilə nüfuz alveri edərək pul almaları, xeyli miqdarda pulu dələduzluq yolu ilə ələ keçirmələri, eləcə də, digər şəxsi rüşvət verməyə təhrik etmələrinə əsaslı şübhələr müəyyən edilib.

Odur ki, Əvəz Zeynallı Cinayət Məcəlləsinin 178.2.1, 311.3.2, 311.3.3, 311.3.4, 32.4, 312.2 və 312-1.1 və digər maddələri, Elnur Şükürova isə həmin Məcəllənin 178.2.1, 32.4, 312.2 və 312-1.1 və digər maddələri ilə ittiham elan edilib.

Təyyarə tualetində biabırçılıq like
  • 15 Sen 19:08  
Dünya Təyyarə tualetində biabırçılıq

Təyyarə tualetində biabırçılıq - Cinsi əlaqəyə girərkən yaxalandıla

arrow Ətraflı
"Hiss burada özü ilə yarışır.." like
  • 15 Sen 19:06  
Şou-biznes "Hiss burada özü ilə yarışır.."

Müğənni Hiss dinləyicilərini yenidən sevindirib. 

arrow Ətraflı
Şahzadə Harri penaltidə 63 yaşlı alman siyasətçiyə uduzdu like
  • 15 Sen 19:05  
Digərləri Şahzadə Harri penaltidə 63 yaşlı alman siyasətçiyə uduzdu

Bir neçə gün əvvəl Böyük Britaniya kralının kiçik oğlu Şahzadə Harr

arrow Ətraflı
Nura Suri: "Qınanılası mövzuya fikir bildirən yoxdur" like
  • 15 Sen 18:54  
Şou-biznes Nura Suri: "Qınanılası mövzuya fikir bildirən yoxdur"

"Xaçmazda körpü aşıb avtomobil düşüb çaya, yaralananlar var. Bu x�

arrow Ətraflı
Nobel mükafatının məbləği artırıldı like
  • 15 Sen 18:43  
Digərləri Nobel mükafatının məbləği artırıldı

Nobel Fondu bütün kateqoriyalar üzrə Nobel mükafatının məbləğini ötə

arrow Ətraflı
MMin payız sessiyasında ilk iclası keçirildi  FOTO like
  • 15 Sen 18:41  
Digərləri MMin payız sessiyasında ilk iclası keçirildi FOTO

Sentyabrın 15-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq

arrow Ətraflı
Norveç şahzadəsi və şamanın toy tarixi açıqlandı like
  • 15 Sen 18:21  
Digərləri Norveç şahzadəsi və şamanın toy tarixi açıqlandı

Norveç şahzadəsi Marta Luiza və onun nişanlısı, özünü şaman adlandır

arrow Ətraflı
Azərbaycanda bu məhsullar like
  • 15 Sen 18:10  
Digərləri Azərbaycanda bu məhsullar

Dünyada son bir ildə ərzaq qiymətlərində 11,8 faiz enmə müşahidə edili

arrow Ətraflı
Vilayət Eyvazov türk polisini təltif etdi like
  • 15 Sen 18:02  
Digərləri Vilayət Eyvazov türk polisini təltif etdi

Sentyabrın 8-də UEFA 2024 Avropa Çempionatının Türkiyə-Ermənistan matç�

arrow Ətraflı
ABŞın 2024 proqnozu: like
  • 15 Sen 18:00  
Dünya ABŞın 2024 proqnozu:

ABŞ 2024-cü ildə ölkədə terror təhlükəsinin yüksək səviyyədə qalac

arrow Ətraflı
İpoteka və Kredit Zəmanət Fondunun nizamnamə kapitalı artırılıb like
  • 15 Sen 17:55  
Siyasət İpoteka və Kredit Zəmanət Fondunun nizamnamə kapitalı artırılıb

İpoteka Kredit və Zəmanət Fondunun nizamnamə kapitalı 87,7 milyon manat

arrow Ətraflı
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi işçilərinin say həddi artırıldı like
  • 15 Sen 17:52  
Siyasət Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi işçilərinin say həddi artırıldı

Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi işçil

arrow Ətraflı
Türk dünyası yeni bir canlanma yaşayır like
  • 15 Sen 17:49  
Digərləri Türk dünyası yeni bir canlanma yaşayır

Türk dünyası güclü dövlətçilik ənənəsi ilə yeni bir canlanma yaşay�

arrow Ətraflı
“Bütün pulları qəbul otağında Nəcməddin Sadıkova vermişəm” like
  • 15 Sen 17:42  
Digərləri “Bütün pulları qəbul otağında Nəcməddin Sadıkova vermişəm”

Müdafiə Nazirliyinin mənimsəmədə ittiham olunan Satınalmalar və Təchiza

arrow Ətraflı
Masallıda “BMW” xəndəyə düşdü, like
  • 15 Sen 17:38  
Digərləri Masallıda “BMW” xəndəyə düşdü,

Masallıda ölümlə nəticələnən yol qəzası baş verib.

arrow Ətraflı