"Priqojin sağsalamatdır və Marqarita adasında öz vaxtını çox gözəl keçirir..."


Digərləri 11 Sen 2023 12:18:00 316 0

"Priqojin sağsalamatdır və Marqarita adasında öz vaxtını çox gözəl keçirir..."

"Priqojinə təyyarəsinin məhv ediləcəyi barədə xəbərdarlıq edilib və o, təyyarədə olmayıb..." "Putin və Patruşev Priqojinlə kritik vəziyyətdə əməkdaşlıq barədə razılıq əldə edib..."   "Vaqner qrupu" özəl hərbi şirkətinin rəhbəri, "Putinin aşpazı" adlandırılan  Yevgeni Priqojin avqustun 23-də aviasiya qəzasında şirkətin yüksək vəzifəli üzvləri ilə birlikdə həlak olub. Lakin ilk günlərdən onun sağ-salamaq olduğu və gizləndiyi barədə şayiələr dolaşmağa başlayıb.   Son.az moderator.az -a istinadən xəbər verir ki, bu barədə tanınmış rusiyalı politoloq Valeri Solovey Britaniyanın "Daily Mail" nəşrinə verdiyi müsahibəsində bəyan edib. Onun sözlərinə görə, Priqojin Vladimir Putinin qisasından gizlənir.   Solovey adları açıqlanmayan mənbələrə istinadən iddia edir ki, Priqojin təyyarəsinin məhv ediləcəyi barədə informasiya əldə edib və təyyarədə olmayıb.   "Yevgeji Priqojinə onun qətlə yetiriləcəyi, onun təyyarəsinin məhv ediləcəyi ilə bağlı xəbərdarlıq edilib", - Solovey bəyan edib.   "Putunin qisası" barədə danışarkən, Solovey bununla yanaşı iddia edir ki, Putin və Patruşev Priqojinlə sövdələşmə əldə edib ki, onlar bizim müşahidə etdiyimiz bu "fokusu" işləyib hazırlayıb.   "Onlar kritik vəziyyətdə əməkdaşlıq barədə razılaşıblar", - o, deyib və qeyd edib ki, bu beş min vaqnerçidən Patruşevlə bağlı yeni hakim koalisiyasına qarşı çıxmağa cəhd edənlərdən xilas olmaq üçün istifadə edilməsi güman edilir.   Solovey güman edib ki, Priqojin Vladimir Putin ölməyincə, Vətənə dönməyəcək. O, deyib ki, geriyə dönən kimi Priqojin yenidən beş minlik "Vaqner"ə rəhbərlik edəcək və Kremlin müxtəlif qütblərinin hakimiyyət uğrunda mübarizəsində ən mühüm fiqur olacaq.   Solovey həmçinin bəyan edib ki, Priqojinin aktivləri, o cümlədən brilliantlar, qızıl və nağd pulları bölünüb, həm də Priqojinə onların yeddidə bir hissəsi qalıb, digər hissələri "Vladimir Putinin ailəsinin nəzarət etdiyi qurumlara" çatıb.    Politoloq əmindir ki, Putin xəstədir və 2023-cü ilin payızında ölə bilər. İctimaiyyət qarşısına isə onun oxşarları çıxır.   "Putinin oxşarları, daha doğrusu, iki oxşarına Federal Mühafizə Xidməti tərəfindən nəzarət edilir", - o, deyib. Onun həkimlərinin sözlərinə görə, Putin xəstədir və payızadək ölə bilər.   Valeri Solovey kimdir?   Valeri Solovey çoxdandır ki, ekspert cəmiyyətində sui-qəsd nəzərriyyələrinin başlıca tərəfdarı kimi qəbul edilir. Onlardan iki ən populyarı bunlardır: Putin ölüm ayağındadır və çoxdandır ki, ölkəyə rəhbərlik etmir; Putinin yerinə oxşarları çıxış edir.   Solovey rusiyalı tarixçi, siyasi analitik, publisist və ictimai xadimdir. Tarix elmləri doktorudur.   2007-2019-cu illərdə o, Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunun reklam və ictimaiyyətlə əlaqələr kafedrasının müdiri vəzifəsində çalışıb. 1993-cü ildə "Qorbaçov Fondu"nun eksperti olub.   2012-ci ildə milliyyətçi yönlü "Yeni qüvvə" partiyasının sədri seçilib, Rusiya Ədliyyə Nazirliyi onu qeydiyyatdan keçirməkdən imtina edib.   Solovey müntəzəm olaraq Putinə və "Vahid Rusiya" partiyasına qarşı çıxıb. 2022-ci ildə İstintaq Komitəsi müstəntiqləri tərəfindən onun evində axtarış aparılıb. O, həmçinin dəfələrlə piketlərdə saxlanılıb.   Solovey 9 sentyabr 2022-ci ildə Rusiya Ədliyyə Nazirliyi tərəfindən "xarici agentlər" siyahısına salınıb.   Qeyd edək ki, Soloveyin bu açıqlaması Priqojini öldürən adamın adını açıqlayan Ukrayna prezidentinin sözlərilə ziddiyyət təşkil edir.   Eyni zamanda, bu həftə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi bəyan edib ki, Priqojinin ölümünü hələlik 100 faiz təsdiq edə bilmir.   Bu barədə nazirliyin nümayəndəsi Andrey Yusov məlumat verib və vurğulayıb ki, Dmitri Utkinin və təyyarənin digər sərnişinləri həlak olub, amma Priqojinlə bağlı "bir qədər gözləmək lazım gələcək. Biz faktlara əsaslanmalıyıq, Yusov deyib.

Son.az  

Nazir ibtidai sinif müəllimlərinin sertifikasiya nəticələrindən danışdı like
  • 11 Sen 12:12  
Digərləri Nazir ibtidai sinif müəllimlərinin sertifikasiya nəticələrindən danışdı

Sertifikasiya nəticəsinə əsasən bildik ki, ibtidai sinif müəllimlərimizi

arrow Ətraflı
Bakıda təmir olunan məktəb və bağçaların sayı açıqlanıb like
  • 11 Sen 11:56  
Digərləri Bakıda təmir olunan məktəb və bağçaların sayı açıqlanıb

Bu il Bakı şəhəri üzrə 50 ümumtəhsil və 30 məktəbəqədər təhsil m�

arrow Ətraflı
Sevinc Musayeva ərə getdi  FOTO like
  • 11 Sen 11:50  
Şou-biznes Sevinc Musayeva ərə getdi FOTO

Müğənni Sevinc Musayeva ailə qurub. 

arrow Ətraflı
Qubadakı dəhşətli qəzada ölənlərin kimliyi bilindi  VİDEO like
  • 11 Sen 11:23  
Digərləri Qubadakı dəhşətli qəzada ölənlərin kimliyi bilindi VİDEO

Ötən gecə Quba rayonunda baş vermis ağır yol qəzasında vəfat edən və

arrow Ətraflı
Hərbi qulluqçumuzun minaya düşməsinə Ombudsmandan reaksiya like
  • 11 Sen 11:18  
Siyasət Hərbi qulluqçumuzun minaya düşməsinə Ombudsmandan reaksiya

Ermənistan silahlı qüvvələri və qeyri-qanuni erməni silahlı dəstələri

arrow Ətraflı
Ermənistana yenidən müharibəyə kimlər dəstək verir?  Silahlar sərhədə yığılır like
  • 11 Sen 11:16  
Siyasət Ermənistana yenidən müharibəyə kimlər dəstək verir? Silahlar sərhədə yığılır

İkinci Qarabağ müharibəsindən sonra təxminən 3 ildir ki növbəti mühari

arrow Ətraflı
[Dizayn Hekayəsi] Sevindir, Yarat, Göstər: Galaxy Z Flip5 və Galaxy Z Fold5 dünyası like
  • 11 Sen 11:15  
Digərləri [Dizayn Hekayəsi] Sevindir, Yarat, Göstər: Galaxy Z Flip5 və Galaxy Z Fold5 dünyası

Galaxy Z Flip və Galaxy Z Fold qatlanan smartfon sahəsində pionerlik edəndə

arrow Ətraflı
Əməkdar artist : “Yeddi aylıq qızım qucağımda dünyasını dəyişdi” – like
  • 11 Sen 11:12  
Şou-biznes Əməkdar artist : “Yeddi aylıq qızım qucağımda dünyasını dəyişdi” –

"Əziz insanları hər zaman yanında görmək istəyirsən. O da mənim va

arrow Ətraflı
Şəhərin mərkəzində biabırçılıq  İki qız yol kənarında soyunub, like
  • 11 Sen 11:01  
Digərləri Şəhərin mərkəzində biabırçılıq İki qız yol kənarında soyunub,

Sosial şəbəkələrdə yayılan görüntülər maraq doğurub.

arrow Ətraflı
Bu rayonlarda su olmayacaq like
  • 11 Sen 10:52  
Digərləri Bu rayonlarda su olmayacaq

Son günlər müşahidə olunan intensiv yağıntılar səbəbindən Kür çayı

arrow Ətraflı
“Onu oxut”, daha gözəl dünya qur like
  • 11 Sen 10:51  
Digərləri “Onu oxut”, daha gözəl dünya qur

Cəmiyyətimizin həyatına dəyər qatan Qırmızı Ürəklər Fondu növbəti

arrow Ətraflı
“Müharibə olacaq və Azərbaycan Qarabağa nəzarəti tam ələ keçirəcək” like
  • 11 Sen 10:50  
Siyasət “Müharibə olacaq və Azərbaycan Qarabağa nəzarəti tam ələ keçirəcək”

"Əslində Ermənistan lideri Nikol Paşinyan Rusiyanın iddia etdiyi fövq

arrow Ətraflı
Muğanbankdan yeni güzəştli tarif planı like
  • 11 Sen 10:40  
Digərləri Muğanbankdan yeni güzəştli tarif planı

"Muğanbank" ASC fərdi sahibkar və hüquqi şəxslər üçün kampan

arrow Ətraflı
Məzarı üstündə 10 milyonluq heykəl like
  • 11 Sen 10:39  
Şou-biznes Məzarı üstündə 10 milyonluq heykəl

Ötən il vəfat edən müğənni Yuri Şatunovun 50 illik yubileyi günündə m

arrow Ətraflı
Betonqarışdıran maşın 78 yaşlı qadını vurub öldürdü like
  • 11 Sen 10:28  
Digərləri Betonqarışdıran maşın 78 yaşlı qadını vurub öldürdü

Ələt-Astara yolunun Salyan şəhəri hissəsində ağır qəza baş verib.

arrow Ətraflı