"17 il təhsil alıb, sonra da 1000 manat maaşa işləmək məntiqsizdir" Nura Suri
Şou-biznes 07 Sen 2023 23:42:00 351 0
"Gənc nəslin yaşlı nəslə hörmətsizliyi qəbulolunmazdır. Ölkəmizdə özəl məktəblər çoxdur və təhsil xarici dildədir. Övladlarımın üçü də təhsili ingilis dilində alıblar. Əlavə məktəbdə Azərbaycan, rus və başqa (fransız, alman, ispan) dillərlə bağlı fənlər də keçiblər. Sonra da xaricdə təhsillərini davam etdiriblər".
Bu xəbəri də oxu: Bakıda məşhur aktyorun avtomobilini YARARSIZ HALA SALDILAR
Son.az axşam.az-a istinadən bildirir ki, bu sözləri müğənni Nura Suri sosial şəbəkə hesabında yazıb. Övladlarından bəhs edən sənətçi iş tapmağın çətinliyinə toxunub:
"Övladlarımın hər üçü də Azərbaycan dilində danışır, amma yazıda çox səhvləri var. Qınaya da bilmirəm, çünki məktəbdə bütün fənləri ingilis dilində keçiblər. O dildə düşünürlər. İki oğlum xaricdə yaşayır. Sabah qayıdıb gəlsələr, hansısa dövlət işində işləmək istəsələr, necə olacaq bilmirəm. Uşaqlarıma yaxşı təhsil vermək üçün çox əziyyət çəkmişəm (bu ayrı mövzudur). Yaxşı məktəb və xaricdə yaxşı universitetlər çox bahadır. Mənim kimi çox valideyn övladını özəl məktəblərdə oxutdurur. Azərbaycanda da yalnız ADA Universitetinə ingilis dilində imtahan verib qəbul olmaq mümkündür. Fakültə seçimi də azdır.
Bu qədər vəsait sərf edib, 1000 manat maaşa harasa işə düzəltmək (o da tanışsız mümkün deyil) məntiqsizdir. Ömürünün 16-17 ilini təhsilə sərf edən insan, külli miqdarda pul xərcləyən valideyn əziyyətinin bəhrəsin görməyəcəksə, təbii ki ölkəmizdən kənarda işləyib yaşamağa üstünlük veriləcək. Yəni bu qədər vacib məsələlər qalıb bir kənarda, rus dilində təhsil alan və o dildə öz fikirlərini daha yaxşı izah edə bilən insanı niyə bu qədər hörmətsizləşdirirsiniz?".
Ermənistanın paytaxtı İrəvandan böyük hərbi karvan Azərbaycanla şərti
Dietoloqlar arıqlamağa kömək edən zərərli qidaları açıqlayıb.
Vətən Müharibəsi Qəhrəmanı, Xüsusi Təyinatlı Qüvvələrin şəhid ba�
"Afət Fərmanqızının Flora Kərimovaya qarşı etdiyi çox böyük hör
Qripə yol açan viruslarla hamımızın başı dərddədir. İctimai yerlərdə
Aghori rahibləri Hinduizm dinində əsas axından uzaqlaşdırılan bir təriq�
Ötən ay ailəsi ilə Türkiyədə dincələn müğənni Zamiq Hüseynov yenid�
Azərbaycanda çox anaların uşağı müəyyən dövrdən sonra şirinçaya al�
Türkiyədə bir qadın canlı yayımda üzləşdiyi xəyanətdən danışarkən
Kanadalı məşhur müğənni-bəstəkar, "Runrig" qrupunun solisti Br
Türkiyənin məşhur mügənnisi və aparıcısı olan Seda Sayan əlil pərəs
Papilloma virusu tibb elminə çox qədim zamanlardan məlum olan bir xəstəlik
Türkiyəli aktrisa Ahsen Eroğlunun yeni layihəsi bəlli olub.
"Heç zaman əməliyyatlarımı gizlətməmişəm. Çünki hamısı görün
Müğənni Fədayə Laçının pulla bağlı paylaşımı diqqət çəkib.