Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində faşizm üzərində Qələbənin 80 illiyinə həsr olunmuş konsert keçirilib – FOTO


Kriminal 05 May 2025 22:07:00 67 0

Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində faşizm üzərində Qələbənin 80 illiyinə həsr olunmuş konsert keçirilib – FOTO

Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində faşizm üzərində Qələbənin 80 illiyinə həsr olunmuş konsert keçirilib.

Tədbir Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi və Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası tərəfindən birgə təşkil olunub.  Tədbirin əvvəlində Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi, sənətşünaslıq doktoru Alla Bayramova konsert iştirakçılarına söz verərək, toplaşan tamaşaçılara giriş sözü ilə müraciət edib.  Tədbirin aparıcısı və kuratoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, BMA-nın baş müəllimi Alyona İnyakina dinləyicilərə görkəmli Azərbaycan musiqiçilərinin: bəstəkarların, ifaçıların və müəllimlərin o dəhşətli müharibədə qələbəyə verdiyi töhfələrdən danışıb.   BMA-nın tələbələri Nəzrin Məmmədova və Əminə Məmmədova II Dünya müharibəsində faşizm üzərində qələbə uğrunda Azərbaycan xalqının ön və arxa cəbhədə göstərdiyi qəhrəmanlıq və şücaəti haqqında məlumatlarla çıxış edib. Bayram konsertinin proqramında Azərbaycanın Xalq Artisti, BMA-nın professoru Ülviyyə Hacıbəyova, Azərbaycan Dövlət Akademik Musiqi Teatrının solisti Yuliya Heydərova, BMA-nın konsertmeysteri Dilarə Kərimovanın, Dövlət Xor Kapellasının artistlərinin -  Kamilla İmanova, Elyar Əliyev, Tofiq Zeynalov, Fərhad Ələkbərov, Akademik Opera və Balet Teatrının artisti Ruslan Persan, BMA-nın məzunu Nərgiz Məmmədova, musiqiçi Cavid Babayev, eləcə də BMA-nın tələbələri Aişə Məmmədova, Nigar Novruzova və Nərmin Günəşova ifalarında o dövrün qəhrəmanlıq hadisələrinə həsr olunmuş klassik əsərləri və müharibə illərinin mahnıları səsləndirilib. Tədbir zamanı tamaşaçılar Sülh Səfiri, sülh mədəniyyəti İnstitutunun (UNESCO) "Avropa-Asiya" humanitar və kommersiya layihələri departamentinin direktoru, Azərbaycan Mədəniyyət Assosiasiyasının üzvü Renat İlyazovun və "Yaşlek" Tatar Gənclər Mərkəzinin solistləri Amina Ahmedcanova və Raul Kərimovun ifasında rəqsdən həzz ala bildilər.  Tədbir zamanı qonaqlar və konsert iştirakçıları müharibə qəhrəmanlarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Son.az, Azernews.Az

Çayı belə içmək xərçəng yaradır like
  • 05 May 22:00  
Digərləri Çayı belə içmək xərçəng yaradır

Əgər çay axşamdan qalıbsa, əsla içməyin — ilk 45 dəqiqədə içilməs

arrow Ətraflı
"Bu hərəkət mədəniyyətimizə qara ləkədir" like
  • 05 May 21:46  
Şou-biznes "Bu hərəkət mədəniyyətimizə qara ləkədir"

Xalq artisti Nazpəri Dostəliyeva sərt açıqlaması ilə diqqət çəkib.

arrow Ətraflı
Yardımlıya güclü dolu yağdı like
  • 05 May 21:31  
Digərləri Yardımlıya güclü dolu yağdı

Yardımlı rayonuna güclü dolu yağıb.

arrow Ətraflı
Maştağada itkin düşən qızları evində gizlədən taksi sürücüsü like
  • 05 May 21:27  
Digərləri Maştağada itkin düşən qızları evində gizlədən taksi sürücüsü

Bakının Sabunçu rayonunda itkin düşən qızları evində gizlədən taksi s

arrow Ətraflı
Bu yolda sürət həddi endirildi like
  • 05 May 21:23  
Digərləri Bu yolda sürət həddi endirildi

Hazırda Bakıda müşahidə edilən yağışlı hava şəraiti ilə əlaqədar

arrow Ətraflı
Bu halda aliment ləğv olunur like
  • 05 May 21:14  
Digərləri Bu halda aliment ləğv olunur

Qanunvericiliyə əsasən, uşaqları saxlamaq valideynlərin borcudur. Ailə m�

arrow Ətraflı
Bu həftə pullanacaq bürclər like
  • 05 May 21:00  
Digərləri Bu həftə pullanacaq bürclər

Bu həftə astroloji baxımdan əhəmiyyətli dəyişikliklər baş verir və b�

arrow Ətraflı
"İşğala qədər bizim kənd mütəmadi olaraq Ermənistan tərəfindən atəşə tutulurdu"  MƏHKƏMƏ like
  • 05 May 20:48  
Siyasət "İşğala qədər bizim kənd mütəmadi olaraq Ermənistan tərəfindən atəşə tutulurdu" MƏHKƏMƏ

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və

arrow Ətraflı
"Nə ləkə vardısa, bizə yaraşdırırdılar" like
  • 05 May 20:43  
Şou-biznes "Nə ləkə vardısa, bizə yaraşdırırdılar"

Müğənni Zamiq Hüseynov maraqlı açıqlama verib.

arrow Ətraflı
Azərbaycanda müəllimləri like
  • 05 May 20:28  
Digərləri Azərbaycanda müəllimləri

Müəllimlərə sosial dəstəyin gücləndirilməsi istiqamətində yeniliklər

arrow Ətraflı
Adınıza kredit götürülmüş ola bilər  11 il sonra öyrəndi like
  • 05 May 20:16  
Digərləri Adınıza kredit götürülmüş ola bilər 11 il sonra öyrəndi

İsmayıllı rayon sakini Emin Qırxlarovun başına qəribə hadisə gəlib. 

arrow Ətraflı
Bloqerlərin yaxta gəzintisində biabırçılıq  FOTO like
  • 05 May 20:00  
Digərləri Bloqerlərin yaxta gəzintisində biabırçılıq FOTO

Mayamidə 30-a yaxın influenserin yaxta gəzintisi biabırçılıqla bitib.

arrow Ətraflı
Bir sıra bağçalar təmir ediləcək  9,8 milyon manat ayrıldı like
  • 05 May 19:51  
Digərləri Bir sıra bağçalar təmir ediləcək 9,8 milyon manat ayrıldı

Azərbaycanda bir sıra məktəbəqədər təhsil müəssisələrində təmir v�

arrow Ətraflı
Ərdoğan Trampı Türkiyəyə dəvət etdi like
  • 05 May 19:21  
Digərləri Ərdoğan Trampı Türkiyəyə dəvət etdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ lideri Donald Trampla telefon

arrow Ətraflı
Özbəkistan AİBin dəstəyinin artırılmasına ümid edir like
  • 05 May 19:14  
Digərləri Özbəkistan AİBin dəstəyinin artırılmasına ümid edir

Özbəkistan Mərkəzi Asiyada regional əlaqələrin yaxşılaşdırılmasında

arrow Ətraflı