Terror aktları planlaşdıran radikal qrup zərərsizləşdirilib Qazaxıstanda
Dünya 29 Avq 2023 08:30:00 344 0
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Milli Təhlükəsizlik Komitəsinin (MTK) sədri Yermek Sagimbayevi qəbul edib.
Bu xəbəri də oxu: Puerto Rikonun 90%i işıqsız qaldı
Son.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Qazaxıstan Prezidentinin mətbuat xidmətindən məlumat verilib.
Tokayevə MTK-nin 2023-cü ilin üçüncü rübünün əvvəlindən fəaliyyətinin əsas yekunları və tapşırıqlarının icrası, eləcə də qarşıdakı dövr üçün planlar barədə məlumat verilib.
Eyni zamanda, Tokayevə Qazaxıstan ərazisində terror aktları törətməyi planlaşdıran radikal qruplaşmanın zərərsizləşdirilməsi barədə məlumat verilib.
"Terrorçuluq cinayətləri üzrə 7 ibtidai istintaq başlanıb, 3 ekstremist həbs edilib. Yermek Sagimbayevin sözlərinə görə, Milli Təhlükəsizlik Komitəsinin Antiterror Mərkəzinin qərargahı tərəfindən terrorizmə qarşı mübarizə tədbirlərinin təkmilləşdirilməsi məqsədilə 103 təlim keçirilib.
Qazaxıstan prezidentinə kriminogen vəziyyətin yaxşılaşdırılması istiqamətində görülən işlərin nəticələri barədə də məlumat verilib. O cümlədən, 5 təhlükəli cinayətkar qrupun fəaliyyətinin qarşısı alınıb. Polislə birgə 2 qanunsuz silah dövriyyəsi kanalı aradan qaldırılıb, 12 anbar aşkar edilib. Ümumilikdə 59 silah, 3 qumbara və 3339 döyüş sursatı ələ keçirilib.
Narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə çərçivəsində 7 laboratoriyanın, 8 beynəlxalq və regional narkotik vasitələrin qanunsuz dövriyyəsi kanalının fəaliyyəti dayandırılıb. 660 kq-dan çox narkotik vasitə və 17 tondan çox prekursor müsadirə edilib.
Bundan başqa, dövlət sərhədinin mühafizəsi və qeyri-qanuni miqrasiyaya qarşı mübarizə sahəsində 4257 qanun pozucusu saxlanılıb. 3,8 milyard tengedən artıq valyuta və malların qanunsuz dövriyyəsinin qarşısı alınıb. Həmçinin 120 silah, sursat və narkotik vasitələrin daşınması cəhdinin qarşısı alınıb.
İnformasiya təhlükəsizliyinin təmin edilməsi zamanı ölkənin mühüm infrastrukturuna 36 milyondan çox kiberhücum və 866 DDoS hücumu dəf edilib", - deyə mətbuat xidmətinin məlumatında bildirilir.
Qeyd edilir ki, görüşün yekununda Tokayev milli təhlükəsizlik orqanlarının fəaliyyət istiqamətləri üzrə bir sıra konkret tapşırıqlar verib.
Fransada güclü dolu yağıb. Yuxarı Luara departamenti daşqın və fırtına
"Mən bu cahana sığmazam" serialına yeni aktyor daxil olub.
Türkiyənin əyalətlərinin birində keçi və qoyunun dondurma yeməsini əks
Böyük Britaniyanın vəliəhd şahzadəsi Harrinin həyat yoldaşı, keçmiş
Türkiyəli məşhurlar Beyazıt Öztürk, Demet Akalın, Ahmet Güvənç dələ
Konqo Demokratik Respublikasında silahlılar kilsədə azı 14 nəfəri öldür
Şükür bu günümüzə. 30 illik həsrətdən sonra doğça torpağımıza qay
Xəbər verdiyimiz kimi, ötən həftə Əməkdar artist Elnarə Abdullayeva gö
Çox vaxt kişilər diabet olduğunun fərqinə varmır və simptomları iqnor e
Diş həkimi Parampreeta Kohli düzgün diş pastasını necə seçmək lazım o
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğu
Müğənni Rəqsanə İsmayılovanın qızı Aysun paylaşımı ilə diqqət ç�
Təbiəti Mühafizə İttifaqı (IUCN) nəsli kəsilməkdə olan heyvanların q�
Supermodel Klaudia Şiffer çimərlik geyimində olan fotolarını "İnstaq