Ermənistan silahlı qüvvələrinin Ballıqayada törətdiyi qətliamla bağlı protokollar məhkəmədə tədqiq edilib
Siyasət 05 May 2025 18:38:00 72 0
Bu gün Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində 1992-ci il avqustun 28-də Goranboy rayonunun Ballıqaya kəndində törədilmiş qətliam faktı ilə bağlı protokollar elan və tədqiq edilib.
Bu xəbəri də oxu: Prezident bu fərmanda dəyişiklik etdi
Son.az AZƏRTAC-a istinadən bildirir ki, sənədlərə əsasən, Laçın rayonu işğal edildikdən sonra müvəqqəti olaraq Goranboy rayonunun Ballıqaya kəndində yerləşən, Gülüstan meşəliyinin kənarında alaçıqlarda məskunlaşmış Laçın rayonunun Nağdalı kənd sakinləri 1992-ci il avqustun 28-də gecə saat təxminən 05 radələrində Ermənistan silahlı qüvvələri tərəfindən odlu silahlardan ümumi təhlükəli üsulla atəşə tutulub, nəticədə 24 nəfər qətlə yetirilib, 9 nəfər yaralanıb.
Qətliam zamanı həlak olmuş şəxslərdən 7-si 18 yaşınadək, 4-ü 60 yaşdan yuxarı şəxslər, ümumilikdə, 13-ü qadın cinsinə, 11-i isə kişi cinsinə aiddir.
Hadisə yerinə baxış keçirilməsi haqqında protokola əsasən müəyyən edilib ki, Laçın rayonundan məcburi köçkün düşmüş şəxslər Ballıqaya kəndinin dağlıq hissəsində "fin evi" adlanan tikilidə və 4 alaçıqda məskunlaşıblar. Onlar həmin gecə təxminən 9 nəfər erməni hərbçisi tərəfindən ümumi təhlükəli üsulla odlu silahlardan atılmış atəşlər nəticəsində öldürülüb, daha sonra yaşadıqları alaçıqlar od vurulmaqla yandırılıb. "Fin evi" adlanan tikili tamamilə yanıb, içərisindən bir qadın və 6 uşaq meyiti, 1-ci alaçıqdan 6 meyit, 2-ci alaçıqdan 4 meyit, 3-cü alaçıqdan 1 yaralı uşaq, 2 meyit, 4-cü alaçıqdan 2 meyit və 2 yaralı uşaq, "Belarus" markalı traktorun yaxınlığında 3 meyit aşkarlanıb.
Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi mayın 8-də davam etdiriləcək. Son.az
Mayın 14-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı Opera stud

Seriallara çəkilən 11 yaşlı uşaq vəfat edib.

Hərbi xidmət bir çox ölkədə vətəndaşlıq borcu kimi qəbul edilir. Bəz

Son zamanlar geniş yayılan dələduzluq üsullarından biri - naməlum mənbə

ABŞ-ın prezidenti Donald Trampın üçüncü müddətə prezidentliyə namizə

Gənc ailələrin məşğulluğu və ekoloji sahibkarlığın təşviqi məqsəd

Müğənni Elnar Xəlilov qalmaqallı açıqlamalar verib.

Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında Azərbaycan Milli Kons

Rəqqasə Rəna Ağamuradova ( Renka ) efirlərin birində qonaq olub.

2024-cü ildə Bakının ümumtəhsil müəssisələrini 28203 şagird bitirib v

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva və qı

Mayın 6-da bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə ba�

Xarici İşlər Nazirliyinin vəzifələri müəyyən edilib.

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin fəaliyyət istiqamə
