Tehran rejimi Urmu aksiyasına imkan verməyəcək
Digərləri 20 Avq 2023 10:52:00 316 0
Hökumət Urmu gölünü qəsdən qurudur. Ona görə də millətin bu istiqamətdə etiraz aksiyası keçirməsinə icazə verməyəcək.
Bu xəbəri də oxu: "Bizi pilotsuz aparat vurdu" VİDEO
Son.az bildirir ki, bu sözləri Axar.az-a güneyli milli fəal Qədir Cəliloğlu Ərdəbildə avqustun 27-də Urmu gölü ilə bağlı keçirilməsi nəzərdə tutulan etiraz aksiyasından danışarkən deyib.
O, hökumətin aksiyanın keçirilməsinə icazə verməsi ilə bağlı yayılan xəbərlərə toxunaraq, surəti yayılan məktubun tam olaraq icazə məktubu olmadığını bildirib:
"Ərdəbil vilayətinin başçısına etiraz aksiyasının keçirilməsi üçün məktub göndərilib. Bu məktub icazə almaq məktubudur. Məktubda Urmu gölünün quruması və Araz çayının çirklənməsindən bəhs edilir. Müraciət edənlər avqustun 27-də Ərdəbilin Şəriət meydanında etiraz aksiyası keçirmək istəklərini bildirib. Böyük etimalla icazə verilməyəcək. Çünki bu gölün qurumasına rejim özü fərman verib. SEPAH komandirlərindən biri Urmu gölünün müdafiəsinə etiraz edənləri dövlət nizamını pozmaqda günahlandırıb. Düşünmürəm ki, İran rejimi azərbaycanlılara qarşı geri addım atsın. Əksinə, bacardığı qədər onlara təzyiq göstərəcək. Artıq 4 fəal xanımı ETTELAAT-a çağırılıblar, digər milli fəalları isə həbsə atıblar. Heç bir şəkildə azərbaycanlıların bu istiqamətdə fəallıq göstərməsinə imkan verməzlər".
Qeyd edək ki, bəzi sosial şəbəkələr milli fəallar Aqil Azərdoxt və Əbdüləziz Əzim Qədiminin Ərdəbil vilayətinin başçısı ilə görüşərək, etiraz aksiyası keçirmək üçün icazə aldıqları haqda xəbərlər paylaşıblar.
Xarici diplomların tanınması qaydaları təsdiqlənib.
Çin imperatorunun məzarı yaxınlığında 2200 illik nəhəng panda və tapir
İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) xətti ilə verilən ipoteka kred
Ölkə ərazisində müşahidə olunan yağıntılı hava şəraitinin avqustun
Avtomobilin dövlət qeydiyyat nişanı yararsız olan sürücülərə xəbərda
Rusiyanın paytaxtı Moskva şəhərinin Domodedovo və Vnukovo hava limanları
Rusiyanın paytaxtı Moskvaya dron hücumu cəhdi olub. Bu cəhdlər hava hücum
Şimali Atlantika Alyansı Ukraynanın münaqişədəki qələbəsinə inamını
Şəmkirdə yol-nəqliyyat hadisəsi baş verib.
Laçını qayıdışı bizə yaşatdığı üçün Prezidentimizə təşəkkür
Azad edilmiş Laçına gənc bir insan kimi qayıtdığımı düşünürəm.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğu
2 həftədir ki, gigiyenik məhsulların qiymətində artım müşahidə olunur.