Azərbaycan və Türkmənistan arasında ticarət dövriyyəsi artıb
Digərləri 20 İyn 2023 08:54:00 388 0
2023-cü ilin yanvar-may aylarında Azərbaycan və Türkmənistan arasında ticarət dövriyyəsi ötən ilin müvafiq dövrü ilə müqayisədə (106,93 milyon dollar) 3,6 dəfə artaraq 392,74 milyon dollara çatıb.
Bu xəbəri də oxu: Cəbrayıla növbəti köç karvanı yola salınıb
Son.az Azərbaycan Dövlət Gömrük Komitəsinin məlumatına istinadən xəbər verir ki, hesabat dövründə Türkmənistan Azərbaycanla ticarət dövriyyəsinə görə ilk 15 ölkədən biri olub.
Hesabat dövründə Türkmənistanın Azərbaycana ixracı 354,42 milyon dollara çatıb ki, bu da 2022-ci ilin eyni dövrü (96,34 milyon dollar) ilə müqayisədə 3,6 dəfə artıqdır.
Bu dövrdə Türkmənistanın Azərbaycanın idxalının ümumi həcmində payı ötən ilin ilk 5 ayında 1,88 faizlə müqayisədə 5,18 faiz artıb.
Türkmənistan həmçinin 2023-cü ilin yanvar-may aylarında 2022-ci ilin eyni dövrü ilə müqayisədə Azərbaycandan idxalı 3,6 dəfə artırıb. İdxalın həcmi 10,58 milyon dollardan 38,32 milyon dollara yüksəlib.
Hesabat dövründə Azərbaycanın ümumi ixracatında Türkmənistanın payı 2022-ci ilin yanvar-may aylarındaki 0,07 faizlə müqayisədə 0,24 faiz təşkil edib.
Qeyd edək ki, 2022-ci ildə Azərbaycan və Türkmənistan arasında ticarət dövriyyəsi 535,3 milyon ABŞ dolları təşkil edib.
Ötən il İrsəl Çivitlə evlənən aktrisa Sevcan Yaşar keçmiş sevgililər
Almaniyanın cənub-qərbindəki Rust şəhərində turistlər arasında məşhu
İyunun 20-si saat 00:20-də Azərbaycan Ordusunun bölmələri tərəfindən gu
Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə olunur.
2023-cü ilin ilk beş ayında Azərbaycan Gürcüstanın ən böyük 5 ticarət
Birləşmiş Millətlər Təşkilatı (BMT) okeanları qorumaq üçün tarixi sa
Finlandiyanın müdafiə avadanlığı şirkəti "Patria" və Amerika
Azərbaycan Prezidentinin rəsmi internet informasiya ehtiyatına (www.president
Sabirabad şəhər sakini, 2006-cı il təvəllüdlü Qurbanlı Zəhra Həbib q�
Həftəlik ulduz falı sizə 19 iyundan 25 iyuna qədər olan dövrün çətin s
Bu gündən tədrisi digər dillərdə aparılan bölmələrdə məktəb seçimi
Rusiya uzun müddət Finlandiya və İsveçə NATO-ya üzv olmamaq barədə xəb