"Qadın dartıb pulu əlimdən aldı" Elgiz keçmişi vərəqlədi


Şou-biznes 02 İyn 2023 23:38:00 161 0

"Qadın dartıb pulu əlimdən aldı"  Elgiz keçmişi vərəqlədi

"Toya getmirəm. Mənlik deyil. Bu, o demək deyil ki, toy aparıcılarına pis baxıram. Yox, insanlar bir parça çörəyini qazanmalıdırlar. Sadəcə elə hesab edirəm ki, toy aparıcısı son dərəcə səbirli, təmkinli olmalıdır, təzyiqdən əziyyət çəkməməlidir. Mən də bir balaca nəsə olan kimi əsəbiləşirəm, onda da təzyiqim qalxır. Ona görə də istəmirəm, ac başım, dinc başım. 

Son.az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri aparıcı Elgiz Əkbər "Elgizlə izlə" verilişində deyib. O, illər əvvəl aparıcılıq etdiyi toylarda başına gələn hadislərdən danışıb:

"Uzun illər bundan əvvəl, o vaxt da maşınım məni incidirdi, istəyirdim onu dəyişim. Gördüm ki, aparıcıların hamısı toya qaçır, mən niyə getməyim? Bir toy var idi, 800 nəfərlik. Girdim içəri gördüm ki, müğənnilər sıra ilə əyləşiblər. İndi elə toylar yoxdur, insanlar ayılıblar ki, artıq xərcdir. Qəşəng də geyinmişəm, yüksək səviyyədə. Saat yarım idi, toy başlayıb, bir yekə qarın, balaca boy kişi gəldi ki, ay Elgiz, səndən bir dənə "Ana" muğamı istəyirəm. Dedim ki, hansı müğənninin oxumasını istəyirsiniz. Qayıtdı ki, sənin oxumağını istəyirəm. Cavab verdim ki, hə, mütləq oxuyacağam. Pulu da qoyub. Üstündən bir az keçdi gəldi ki, nə oldu mahnım. Dedim ki, mən oxuyanam, zarafat edirsən? Boynuma qoydu ki, toyda səni "Ana" mahnısı oxuyan görmüşəm. İsti bir tərəfdən, səs digər tərəfdən, 800 nəfərlik toy, hərənin ağzından bir avaz gəlir, toy idarə etmək çox çətindir. Bunun üçün gərək insanın ayrı qabiliyyəti olsun. Nəysə bu kişi məndən əl çəkmədi. 3-cü dəfə yaxınlaşanda görün nə dedi. Ən gülməlisi budur: Muğamı elə oxu ki, ağlayım. Deməli hələ oxumalıyam, üstəlik o da ağlamalıdır. Məni yığdı boğaza. Ya orada mikrafonu qoyub getməli idim, ya da oxumalı. Nəysə siz başa düşün də, affekt vəziyyətində idim. Heç ömrümdə belə şey etməmişdim. Sən demə 4 oğlu da toydadır, getdi onlara dedi. Bəy də bunları görürmüş. Bəy ata-bala onları toydan qovdu. 

Bir dəfə də ən gözəl məkanların birində, yeganə yer idi ki, 1000 nəfərlik toy olurdu. Bir sevindim aparıcılıq edəcəyəm orada. Tanınmış ailənin toyu idi. Adlarını çəkməyəcəyəm. Toyda dayanmışdım, bir yaşlı qadın, elə bil brilliyantdır, başdan-ayağa qaşın içində, sanki işıqdır gəlir. Bir "paçka"nın yarısı qədər dollar çıxartdı, bilmirəm nə qədər idi. Mənə dedi ki, "Saçları qara qız" mahnısını oxu, mən də oynayım. Artıq əlim pulun başında idi, camaat da baxır, 10 müğənni də bu tərəfdə. Qıpqırmızı oldum, dedim ki, oxuyan deyiləm. Amma pulu da buraxmıram. Dedi ki, eybi yox, dartıb pulu əlimdən aldı. Bu məqamda Mətanət Əsədova (red. - müğənni) məni gördü. Nə olduğunu soruşanda dedim ki, belə oldu. Qayıtdı ki, külü qoyum sənin başına, necə avam insansan, oxuyardın, sonra da deyərdin ki, Mətiş gəl. Oxuyacaqdıq, pul da qalacaqdı cibimizdə. Gör, mənim başım işləyir. İndi ki, vaxtım olsa, o, mənim əlimdən pul ala bilərdi?"

Bu yolda hərəkət məhdudlaşdırılacaq like
  • 02 İyn 23:30  
Digərləri Bu yolda hərəkət məhdudlaşdırılacaq

İyunun 4-də saat 09:00-dan 15:00-a qədər Bakının Nəsimi rayonunun Alı Mu

arrow Ətraflı
Krım körpüsündə çatlar aşkarlandı: Çökə bilər? like
  • 02 İyn 23:27  
Dünya Krım körpüsündə çatlar aşkarlandı: Çökə bilər?

Krımda rusiyalılar tərəfindən inşa edilən Krım körpüsünün bəzi süt

arrow Ətraflı
Rusiyada onlarla avtobus alovlara büründü  FOTO like
  • 02 İyn 23:12  
Digərləri Rusiyada onlarla avtobus alovlara büründü FOTO

Rusiyanın Moskva vilayətində stasionar taksilər də daxil olmaqla onlarla av

arrow Ətraflı
Yevlaxda 21 yaşlı gənci avtomobil vuraraq öldürüb like
  • 02 İyn 22:54  
Digərləri Yevlaxda 21 yaşlı gənci avtomobil vuraraq öldürüb

Yevlax rayonu ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi ol

arrow Ətraflı
Göyçayda sərxoş kişi qonşusunu kürəyindən bıçaqladı like
  • 02 İyn 22:51  
Digərləri Göyçayda sərxoş kişi qonşusunu kürəyindən bıçaqladı

Göyçay şəhərində sərxoş olan şəxslər arasında dava qanla bitib.

arrow Ətraflı
Samirə Əfəndi açıqsaçıq geyimi ilə diqqət çəkdi  FOTO like
  • 02 İyn 22:43  
Şou-biznes Samirə Əfəndi açıqsaçıq geyimi ilə diqqət çəkdi FOTO

Müğənni Samirə Əfəndi yenidən Parisdən fotolar paylaşıb.

arrow Ətraflı
Yaponiyada 200dən çox aviareys təxirə salındı  Təhlükə var like
  • 02 İyn 22:37  
Dünya Yaponiyada 200dən çox aviareys təxirə salındı Təhlükə var

Yaponiyanın Sakit okean sahilləri yaxınlığından keçən "Mavar"

arrow Ətraflı
Cavanşir Məmmədov 480 min dollarlıq maşınından danışdı  67 dənə olub like
  • 02 İyn 22:30  
Şou-biznes Cavanşir Məmmədov 480 min dollarlıq maşınından danışdı 67 dənə olub

"Məni maşın almaq dala saldı. Yoxsa daha imkanlı olardım. Baha alıb

arrow Ətraflı
Bakıda avtomobil yandı like
  • 02 İyn 22:23  
Digərləri Bakıda avtomobil yandı

Bakı şəhərinin Xətai rayonunda "Ford" markalı minik avtomobilini

arrow Ətraflı
Ukrayna ordusu Kiyevdə Rusiyanın 30dan çox PUAsını və raketini məhv edib like
  • 02 İyn 22:12  
Dünya Ukrayna ordusu Kiyevdə Rusiyanın 30dan çox PUAsını və raketini məhv edib

İyunun 2-nə keçən gecə Rusiya ordusunun birləşmələri Ukraynanın paytax

arrow Ətraflı
"Yalı çapkını"nın sezon finalı tarixi like
  • 02 İyn 22:00  
Digərləri "Yalı çapkını"nın sezon finalı tarixi

Reytinqlərdə ilk sırada yer alan "Yalı çapkını" serialı mövs�

arrow Ətraflı
Azərbaycanda hava şəraiti kəskin dəyişəcək like
  • 02 İyn 21:47  
Digərləri Azərbaycanda hava şəraiti kəskin dəyişəcək

Azərbaycanda iyun ayının 4-ü gündüz və 5-dən 9-dək bəzi rayonlarda hav

arrow Ətraflı
83 yaşlı sənətçi sevgilisindən atalıq testi tələb etdi  FOTO like
  • 02 İyn 21:38  
Digərləri 83 yaşlı sənətçi sevgilisindən atalıq testi tələb etdi FOTO

83 yaşlı məşhur aktyor Al Paçino ata olacağı barədə məlumatı təəcc�

arrow Ətraflı