Türkiyə qazandı!


Dünya 28 May 2023 23:06:00 188 0

Türkiyə qazandı!

Rəcəb Təyyib Ərdoğan bu dəfə də qazandı, 21 il ərzində keçirilən bütün seçkilərin qalibidir. Müxalifətin formalaşdırdığı "altılı masa"nın Cumhuriyyət Xalq Partiyasının lideri Kamal Kılıçdaroğlunu zəfərə daşımağa gücü yetmədi. Haqq-ədalət qələbə çaldı. Türkiyə xalqı təkcə Türkiyənin yox, Türk Dünyasının uzun vədəlik müqəddəratını həll etdi.

Son.az Trend-ə istinadən bildirir ki, nəticədə Rəcəb Tayyib Ərdoğan 52 % səslə prezident seçkilərinin ikinci turunun-həlledici mərhələnin qalibi olmaqla Türkiyənin yenidən dövlət başçısı seçildi. Türkiyə siyasətində yeni Ərdoğan dövrü başlayır.

Türkiyənin və Türk Dünyasının liderini bu qələbə münasibəti ilə ilk təbrik edən də elə məhz qardaşı gözlənilən kimi Prezident İlham Əliyev oldu. Dövlətimizin başçısı Rəcəb Tayyib Ərdoğanı prezident seçkilərində əldə etdiyi qələbə münasibətilə təbrik edib. Prezident İlham Əliyev bu qələbəni Türkiyə xalqının Rəcəb Tayyib Ərdoğanın həyata keçirdiyi siyasətə göstərdiyi etimad kimi dəyərləndirərək əmin oduğunu bildirib ki, Rəcəb Tayyib Ərdoğanın liderliyi ilə növbəti illərdə də Türkiyənin hərtərəfli inkişafı davam etdiriləcək. Bəli, bu belə də olacaq. Türkiyə və Türk Dünyası daha da güclənmək yolunda çox həlledici bir mərhələyə başlayır.

Rəcəb Təyyub Ərdoğanın qarşısında daha mürəkkəb vəzifələr var. Ona bundan sonra olacaq təzyiqlər indikindən bəlkə də daha çox olacaq. Amma bu Ərdoğan üçün ilk sınaq deyil. O artıq 20 ildən çoxdur istər daxildəki, istərsə də xaricdəki düşmənlərin müxtəlif təzyiqlərini, hücumlarını çox müdrikcəsinə dəf edərək həm ölkənin milli maraqlarını qorumağı bacardı, həm də bu illər ərzində Türkiyəni dünyanın lider ölkələri sırasına qaldırdı.

Azərbaycana gəldikdə bu müttəfiqlik indən belə daha da güclənəcək və bu bizə Qarabağda yerdə qalan məsələləri də həll etməyə imkan verəcək. Buna görə də Ərdoğanın qələbəsi Türkiyənin düşmənləri ilə yanaşı Azərbaycanın düşmənlərini də məyus etdi. Çünki bu regionda hegemonluq eşqinə düşən, mövcud reallıqları dəyişmək xülyası ilə alışıb-yanan qüvvələr, aktorlar bundan sonra da Cənubi Qafqazda Əliyev-Ərdoğan faktoru ilə əvvəlki tək hesablaşmalı olacaq. Təbii ki, Türkiyədə demokratiya, milli iradə qələbə qazandı. Bu seçki elə demokratiyanın mübarizəsi idi. Nəticə isə hər şeyi deyir.

Tanışını bıçaqlayan şəxs saxlanıldı like
  • 28 May 22:57  
Kriminal Tanışını bıçaqlayan şəxs saxlanıldı

Mayın  28-də Quba şəhəri ərazisində  Elman Muradov münaqişə zəminin

arrow Ətraflı
Ailə həyatı üçün ideal olan BÜRCLƏR like
  • 28 May 22:50  
Digərləri Ailə həyatı üçün ideal olan BÜRCLƏR

Onlar adət-ənənələrə hörmət edir, ailələri ilə vaxt keçirməyi və b

arrow Ətraflı
""Türkiyə əsri"ndə yeni uğurlara imza atacağıq" like
  • 28 May 22:44  
Dünya ""Türkiyə əsri"ndə yeni uğurlara imza atacağıq"

"Türkiyə əsri"ndə yeni uğurlara imza atacağıq.

arrow Ətraflı
"Rəcəb Tayyib Ərdoğan dünya lideridir" like
  • 28 May 22:37  
Dünya "Rəcəb Tayyib Ərdoğan dünya lideridir"

Rəcəb Tayyib Ərdoğan dünya lideridir.

arrow Ətraflı
"Türkiyə xalqı bugün tarix yazıb" like
  • 28 May 22:33  
Dünya "Türkiyə xalqı bugün tarix yazıb"

Türkiyə xalqı bugün tarix yazıb.

arrow Ətraflı
Mehriban Əliyeva Rəcəb Tayyib Ərdoğanı qələbə münasibəti ilə təbrik edib  FOTO like
  • 28 May 22:23  
Siyasət Mehriban Əliyeva Rəcəb Tayyib Ərdoğanı qələbə münasibəti ilə təbrik edib FOTO

Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi "İnstagram" hesabın

arrow Ətraflı
“21 gün xəstəxanada həyatda qalma mübarizəsi apardım” like
  • 28 May 22:17  
Şou-biznes “21 gün xəstəxanada həyatda qalma mübarizəsi apardım”

Müğənni Roza Zərgərlinin səhhətində problem yaşanıb. 

arrow Ətraflı
Ağlayan körpəni necə sakitləşdirmək olar? like
  • 28 May 22:10  
Digərləri Ağlayan körpəni necə sakitləşdirmək olar?

Mütəxəssislər ağlayan körpəni sakitləşdirməyin ən yaxşı üsulunu ta

arrow Ətraflı
"AzərbaycanTürkiyə strateji müttəfiqliyinin bundan sonra daha da möhkəmlənəcəyinə əminik" like
  • 28 May 22:02  
Siyasət "AzərbaycanTürkiyə strateji müttəfiqliyinin bundan sonra daha da möhkəmlənəcəyinə əminik"

Qardaş Türkiyədə keçirilən növbəti seçkilərdə Prezident Rəcəb Tayyi

arrow Ətraflı
Türkiyə mediası: "Prezident Ərdoğanın zəfərinə ilk təbrik qardaş Azərbaycandan gəldi" like
  • 28 May 21:45  
Siyasət Türkiyə mediası: "Prezident Ərdoğanın zəfərinə ilk təbrik qardaş Azərbaycandan gəldi"

Azərbaycan Prezidenti İlham Əliyevin Rəcəb Tayyip Ərdoğanı prezident se�

arrow Ətraflı
Prezident İlham Əliyev sevincini bizimlə paylaşdığını ifadə etdi  Ərdoğan like
  • 28 May 21:42  
Siyasət Prezident İlham Əliyev sevincini bizimlə paylaşdığını ifadə etdi Ərdoğan

Azərbaycan Prezidenti İlham Əliyev zəng edərək, bu sevinci bizimlə birgə

arrow Ətraflı
Prezident seçkilərinin ikinci turunu millətimizin xeyrinə başa vurduq like
  • 28 May 21:38  
Dünya Prezident seçkilərinin ikinci turunu millətimizin xeyrinə başa vurduq

Prezident seçkilərinin ikinci turunu millətimizin xeyrinə başa vurduq.

arrow Ətraflı