Nazpəri Dostəliyeva Röyanın oxumağını bəyənmədi VİDEO
Şou-biznes 26 May 2023 01:01:00 281 0
Xalq artisti Nazpəri Dostəliyeva həmkarları - Xalq artistləri Röya Ayxanın və Zülfiyyə Xanbabayevanın ifalarını tənqid edib.
Bu xəbəri də oxu: Bir zamanların ulduz aktrisası tanınmaz halda Həyatı kabusa döndü
Son.az bizim media-ya istinadən xəbər verir ki, sənətçi bununla bağlı "7 Özəl" verilişində danışıb.
Nazpəri mərhum Əməkdar artist Zöhrə Abdullayevanın repertuarında yer alan "Tövbə" mahnısını yeni aranjimanda oxuyan Röyanın ifasına irad bildirib:
"Röya bu mahnıda tonallığı düz seçməyib. Röya bəm oxuyan ifaçı deyil. Ola bilsin ki, fonoqram hazır olub və ya başqa hansısa səbəblər var. Tonallıq aşağıdır. Əslində bu Röyanın qüsuru deyil. Amma qüsur deyib, Röyanın qüsurun içindən çıxarmıram. Özünə də aiddir. Hər bir ifaçı mahnı oxuyanda öz tonallığını bilməlidir.
Röyanın ifasında "Tövbə" mahnısı solğun çıxıb. Səs rəngini, xırdalıqlarını, sərbəstliyini bu mahnıda göstərə bilməyib. Tonallıq çox aşağıdır. Röyada bu mahnı uğursuz alınıb. Röya hələ gəncdir, nə olsun ki, populyardır. Sevilir, gözəl musiqiləri var. Amma o gəncin o balaca bilərəkdənmi, bilməyəkdənmi qüsurunu demək heç də qorxulu bir məsələ deyil. Onun gələcəyi üçün inkişaf deməkdir. Röya hələ uzun illər oxumalıdır. Baxmayaraq ki, onu çox istəyirəm, amma musiqidə yalnışlıq olmaz".
Verilişin gedişatında Dostəliyeva mərhum ustad sənətkar Xan Şuşinskinin ifasında yer alan "Şuşanın dağları" nəğməsini öz repertuarına daxil edən Zülfiyyənin ifası bəyənməyib:
"Zülfiyyə estrada ifaçısıdır deyə, bu mahnıda o doğmalıq olmayıb. Xalq ifaçılarının tərzi, boğazda olan xırdalıq, Xan Şuşinski havası və digər məqamlar Zülfiyyədə yox idi. Çünki estrada ifaçılarında estrada musiqiləri daha gözəl səslənir. Zülfiyyə "Şuşanın dağları"nı oxumaqla böyük risk edib. Tanınmış və böyük sənətkarlardan sonra bu mahnıya müraciət edib. O da onun öz arxayığınlığından irəli gəlir. Eyni zamanda isə mən həqiqəti demək istəyirəm. Bu, mənim şəxsi fikrimdir. Ola bilsin ki, bu düşüncəm kiminsə xoşuna gəlməsin. Amma xalq və muğam ifaçılarının tərzində bu əsər Zülfiyyənin ifasında səslənməyib. Zülfiyyə Xanbabayeva kimi səslənib".
Cənubi Afrika Respublikasında Fulqens Kaişem kişilər, qadınlar, uşaqlar v
Amerikalı aktyor Arnold Şvartsenegger əbədi yaşamaq planlarını açıqlay�
Mayın 26-sı səhər şimal və qərb rayonlarından başlayaraq 31-i gündüz�
Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope"
Bütün xəstəliklərin dərmanı təbiətdə gizlidir. Məsələn, aloe bitkis
Rusiyalı məşhur model İrina Şeyk 76-cı Kann Film Festivalında geyindiyi q
Bütün energetik içkilərdə, limonadlarda E211 maddəsi var. Hətta təbii ş
Son.az AZƏRTAC-a istinadən bildirir ki, mayın 25-də Moskvada Azərbaycan Re
Balakənin Qabaqçöl qəsəbəsi rayonun ən ucqar yaşayış məntəqəsidir.
Fikrimcə, Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıması barədə E
Rusiyanın Belarusa taktiki nüvə silahları yerləşdirməsinə başlanılıb.
Heydər Əliyev və Vladimir Putin Rusiya ilə Azərbaycan arasında münasibət
Bu il Heydər Əlirza oğlu Əliyevin 100 illiyi bayram edilir. Siz həm Sovet �
Hazırda bir çox məktəblərdə bəzi fənnlər var ki, dərs proqramına sal�
Rusiya - Azərbaycan münasibətləri yüksək səviyyədədir.