Xordad hadisələrinin ildönümü ilə bağlı Berlində etiraz aksiyası keçirilir VİDEO


Dünya 20 May 2023 18:30:00 158 0

Xordad hadisələrinin ildönümü ilə bağlı Berlində etiraz aksiyası keçirilir  VİDEO

Almaniyanın paytaxtı Berlində 2006-cı ildə İranda baş verən 22 may (1 Xordad) hadisələrinin növbəti ildönümü ilə bağlı keçirilən aksiyanın iştirakçıları meydana toplaşıb.

Etirazçılar əllərində müxtəlif şüarlar, Azərbaycan və Güney Azərbaycanın bayraqları Berlinin "Unter Der Linden" meydanına gəliblər.

Aksiyanın şüarı "Azadlıq, Ədalət, Milli Hökumət"dir.

Aksiyada azərbaycanlılar, türkiyəlilər, Qaşqay türkləri iştirak edirlər. İrandan didərgin salınan və dünyanın müxtəlif ölkələrində məskunlaşmış Güney Azərbaycandan olan soydaşlarımız xüsusi fəallıqları ilə seçilirlər.

Xatırladaq ki, 2006-cı il mayın 12-də İran hakimiyyəti "İran" rəsmi qəzetində 35 milyondan çox Azərbaycan türkünü həşərat kimi təsvir edən təhqiramiz karikatura çap edib. Bu hadisə Güney Azərbaycanda kəskin etirazla qarşılanıb və azərbaycanlılar yaşadıqları şəhər və qəsəbələrdə etiraz aksiyalarına başlayıblar.

Təhlükəsizlik qüvvələri Tehran, Zəncan, Təbriz, Urmiya, Ərdəbil, Əhər, Həmədan, Kəleybər, Muğan, Miyanə, Marağa, Xoy, Salmas, Xiyav, Qoşaçay, Sulduz və Mərənd şəhərlərində təşkil edilən nümayişlərə müdaxilə edib. Rəsmi məlumatlara görə, dinc aksiyaçılara atəş açılması nəticəsində az 30 nəfər öldürülüb, yüzlərlə insan yaralanıb.

Güney azərbaycanlı fəallar isə bildirirlər ki, hadisələr zamanı 5 mindən artıq etirazçı həbs edilərək, işgəncəyə məruz qalıb, 200 nəfərə yaxın şəxs öldürülüb və ya itkin düşüb.

Hər il, azərbaycanlılar və xüsusilə də Güney Azərbaycan fəalları dünyanın hər yerində, bu tarixi gündə - 1 Xordad hadisələri zamanı həlak olanların xatirəsi yad edirlər.

"Əməliyyatdan əvvəl Dianaya oxşayırdım" like
  • 20 May 18:24  
Şou-biznes "Əməliyyatdan əvvəl Dianaya oxşayırdım"

Aparıcı Xoşqədəm Hidayətqızı Uels şahzadəsi, III Çarlzın birinci hə

arrow Ətraflı
“Lənətlənmiş ev” kimi tanınan villa dağıdıldı  FOTO like
  • 20 May 18:12  
Digərləri “Lənətlənmiş ev” kimi tanınan villa dağıdıldı FOTO

Bir zamanlar Türkiyəni yasa boğan Münəvvər Karabulut cinayətinin törədi

arrow Ətraflı
"Dünyanın iki yerə bölünməsinin qarşısını almaq vacibdir" like
  • 20 May 18:02  
Dünya "Dünyanın iki yerə bölünməsinin qarşısını almaq vacibdir"

Dünya iki yerə bölünməməli, beynəlxalq birliyin üzvləri danışıqlar �

arrow Ətraflı
Bu səhnə sosial şəbəkədə gündəm oldu  VİDEO like
  • 20 May 18:00  
Digərləri Bu səhnə sosial şəbəkədə gündəm oldu VİDEO

Türkiyənin "Star TV" telekanalında yayımlanan "Yüz Yıllık

arrow Ətraflı
Keçmiş Baş nazir səkkizinci dəfə ata olacaq like
  • 20 May 17:48  
Dünya Keçmiş Baş nazir səkkizinci dəfə ata olacaq

Böyük Britaniyanın keçmiş Baş naziri Boris Consonun həyat yoldaşı Kerri

arrow Ətraflı
Tanınmış aktrisa ana oldu  FOTO like
  • 20 May 17:36  
Şou-biznes Tanınmış aktrisa ana oldu FOTO

Türk aktrisa Funda Eryiğit ana olub.

arrow Ətraflı
Bu gün keçirilən imtahanın testlərinin cavabları açıqlandı like
  • 20 May 16:58  
Digərləri Bu gün keçirilən imtahanın testlərinin cavabları açıqlandı

Ali təhsil müəssisələrinə qəbul olmaq üçün III ixtisas qrupu üzrə bu

arrow Ətraflı
Son sutkada 1 nəfər koronavirusdan vəfat etdi like
  • 20 May 16:48  
Digərləri Son sutkada 1 nəfər koronavirusdan vəfat etdi

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 11 yeni yolux

arrow Ətraflı
Lavrovun qızı əri ilə Gürcüstana getdi, qalmaqal yarandı like
  • 20 May 16:36  
Dünya Lavrovun qızı əri ilə Gürcüstana getdi, qalmaqal yarandı

Rusiyanın XİN rəhbəri Sergey Lavrovun qızı Yekaterina Lavrovanın həyat y

arrow Ətraflı
Şavkat Mirziyoyev yaxın vaxtlarda Azərbaycana səfər edəcək like
  • 20 May 16:32  
Siyasət Şavkat Mirziyoyev yaxın vaxtlarda Azərbaycana səfər edəcək

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev yaxın vaxtlarda Azərbaycana səfər

arrow Ətraflı
İnəklər polisə cinayətkarı tutmaqda kömək etdi like
  • 20 May 16:12  
Digərləri İnəklər polisə cinayətkarı tutmaqda kömək etdi

ABŞ-da inəklər polis əməkdaşlarını qaçan şübhəlinin yanına apararaq

arrow Ətraflı
Azərbaycanda nazir və müavini işdən çıxarıldı like
  • 20 May 16:08  
Digərləri Azərbaycanda nazir və müavini işdən çıxarıldı

Naxçıvan Muxtar Respublikasının ekologiya və təbii sərvətlər naziri May

arrow Ətraflı
Mülk üstündə əri ilə birgə analığını baltalayıb, gölə atdı  Cinayət işi like
  • 20 May 16:00  
Kriminal Mülk üstündə əri ilə birgə analığını baltalayıb, gölə atdı Cinayət işi

Qadın mülk üstündə əri ilə birgə analığını baltalayaraq qətlə yeti

arrow Ətraflı