Paşinyan yenə "artistlik" edir


Dünya 19 May 2023 11:10:00 169 0

Paşinyan yenə "artistlik" edir

Ermənistanın baş naziri Nikol Paşinyan mayın 17-də Avropa Şurasının Reykyavikdə keçirilən sammitində çıxışı zamanı yenə Ermənistanı "sülhsevər", "demokratik" qiyafəsində təqdim etməyə çalışıb. Paşinyan 2022-ci il oktyabrın 6-da Praqada Ermənistan və Azərbaycan liderləri arasında razılaşma əldə olunduğunu, ona əsasən, tərəflərin münasibətlərini 1991-ci il Alma-Ata Bəyannaməsi əsasında tənzimlədiyini, sovet Ermənistanı ilə sovet Azərbaycanının inzibati sərhədlərinin dövlətə çevrildiyini dilə gətirib. Lakin Ermənistanın sön günlərdə ardıcıl olaraq Azərbaycana qarşı törətdiyi təxribatlar Paşinyanın səmimi olmadığını və beynəlxalq ictimaiyyəti aldatdığını aydın şəkildə göstərir.

Məsələ ilə bağlı Trend-ə açıqlama verən Milli Məclisin deputatı Sevinc Hüseynova bildirib ki, Paşinyanın bu açqlamaları bir daha göstərir ki, o, beynəlxalq ictimaiyyəti çaşdırmağa çalışır.

"Çünki Paşinyanın dedikləri ilə etdikləri arasında fərq çox böyükdür. Bir tərəfdən guya Ermənistanın sülh tərəfdarı olduğunu, demokratik dəyərlərə önəm verdiyini çıxışlarında qeyd edir, digər tərəfdən isə tam əksini edir. Belə ki, mütəmadi olaraq ermənistan silahlı qüvvələri tətrəfindən Azərbaycana qarşı təxribatlar törədilməsi, hücumlar edilməsi Paşinyanın nə qədər yalan danışmasının əyani sübutudur.

Elə bu gün səhər saatlarında Ermənistan Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Yellicə yaşayış məntəqəsi istiqamətində yerləşən bir neçə mövqeyinə qarşı döyüş PUA-ları tətbiq etməklə təxribat törədib. Bu bir daha gösdtərir ki, Paşinyanın çıxışları, açıqlamaları qeyri-səmimidir və o riyakarlıq edir və beynəlxalq ictimaiyyəti çaşdırmağa, aldatmağa cəhd edir", - deyə deputat əlavə edib.

Milli Məclisin deputatı Vüqar İskəndərov isə bildirib ki, Azərbaycan tərəfidnən 44 günlük Vətən müharibəsində sərgilənən qətiyyət postmüharibə dövründə də davam edir.

"Məhz bunun, Prezident İlham Əliyevin rəhbrəliyi ilə həyata keçirilən uğurlu siyasətin nəticəsidir ki, artıq Ermənistan tərəfi reallığı qəbul edir".

Onun sözlərinə görə, Ermənistanın baş naziri Nikol Paşinyan mayın 17-də Avropa Şurasının Reykyavikdə keçirilən sammitində çıxışında "Ermənistan Azərbaycanın 86 min 600 kvadrat kilometr ərazisi ilə ərazi bütövlüyünü tanıyır. Azərbaycan da öz növbəsində Ermənistanın 29 800 kvadrat ilometr ərazisi ilə ərazi bütövlüyünü tanıyır" deyə bəyan etməsi də bunu bir daha təsdiqləyir.

"2020-ci il noyabrın 10-da və ondan sonra tərəflər arasında bir sıra razılaşmalar imzalandı. Lakin Ermənistan bu vaxta qədər həmin razılaşmalara əməl etmirdi. Bununla belə onlar gördülər ki, Azərbaycan bu məsələdə necə qətiyyətlidir. Eyni zamanda başa düşdülər ki, razılığa gəlməsələr bu, onlar üçün daha ağır itkilərə səbəb olacaq. Ancaq Paşinyanın səmimiliyinə inanmaq çətindir çünki Ermənistan hər zaman beynəlxalq ictimaiyyəti aldatmaq məqsədilə bəyanatlar verir lakin təxribatlara əl atır. Ümid edək ki, heç olmasa bundan sonra ağıllı addımlar atacaq, sülh sazişinin imzalanmasına mane olacaq hər hansı təxribata yol verməyəcəklər", - deyə deputat əlavə edib.

Prezident Hindistanın yeni səfirini qəbul etdi  FOTO like
  • 19 May 11:08  
Siyasət Prezident Hindistanın yeni səfirini qəbul etdi FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 19-da Hindistan R

arrow Ətraflı
3 bələdiyyə sədri cərimələndi like
  • 19 May 10:56  
Digərləri 3 bələdiyyə sədri cərimələndi

Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin əməkd

arrow Ətraflı
Nazilədən Fatiməyə cavab: "Səni ələ salırlar" like
  • 19 May 10:45  
Şou-biznes Nazilədən Fatiməyə cavab: "Səni ələ salırlar"

"Həyatımızda elə insanlar var ki, onları tanımağıma peşmanam"

arrow Ətraflı
“Taliban”ı tənqid edən siyasi fəal Türkiyədə bıçaqlanıb like
  • 19 May 09:52  
Digərləri “Taliban”ı tənqid edən siyasi fəal Türkiyədə bıçaqlanıb

Türkiyədə yaşayan və Əfqanıstanda siyasi hakimiyyətdə olan "Taliba

arrow Ətraflı
Yıxılaraq xəstəxanalıq olan müğənnidən günlər sonra ilk paylaşım like
  • 19 May 09:19  
Şou-biznes Yıxılaraq xəstəxanalıq olan müğənnidən günlər sonra ilk paylaşım

Ötən həftə verdiyi konsertdə səhnədən yıxılaraq zədələnən türki

arrow Ətraflı
Goranboyda zəlzələ olub like
  • 19 May 08:53  
Digərləri Goranboyda zəlzələ olub

Goranboyda zəlzələ olub.

arrow Ətraflı
Beynəlxalq Kosmik Stansiya orbitdən like
  • 19 May 08:36  
Dünya Beynəlxalq Kosmik Stansiya orbitdən

Rusiyanın "Roskosmos" dövlət korporasiyası amerikalı həmkarları

arrow Ətraflı
"SpaceX" "Iridium" və "OneWeb" rabitə peykləri qrupunu orbitə çıxaracaq like
  • 19 May 08:00  
Digərləri "SpaceX" "Iridium" və "OneWeb" rabitə peykləri qrupunu orbitə çıxaracaq

"Falcon 9" raketi cümə günü ABŞ-ın beş "Iridium" rabi

arrow Ətraflı
Çəkilişləri başlamadan serialdan ayrıldı like
  • 19 May 07:48  
Şou-biznes Çəkilişləri başlamadan serialdan ayrıldı

Türkiyəli aktrisa Esra Bilgiç baş rolunu canlandıracağı "Saklı kals

arrow Ətraflı
ABŞ 300dən çox şəxsi qara siyahıya salacaq like
  • 19 May 07:36  
Dünya ABŞ 300dən çox şəxsi qara siyahıya salacaq

ABŞ Rusiyaya qarşı sektoral sanksiyalarını genişləndirmək, həmçinin Ru

arrow Ətraflı
Masazırda azyaşlı uşaqlar itlərin hücumuna məruz qaldı, like
  • 19 May 07:24  
Digərləri Masazırda azyaşlı uşaqlar itlərin hücumuna məruz qaldı,

Abşeron rayonunda 2 azyaşlı uşağı küçə itləri dişləyərək ağır x�

arrow Ətraflı
Fəhlələr arasında dava like
  • 19 May 07:04  
Digərləri Fəhlələr arasında dava

Daş karxanasında fəhlə bıçaqlanıb.

arrow Ətraflı
Astronomlar Yer ölçüsündə bir planet kəşf ediblər like
  • 19 May 06:04  
Dünya Astronomlar Yer ölçüsündə bir planet kəşf ediblər

Astronomlar Günəş sistemindən kənarda vulkanik olaraq aktiv olduğu güman

arrow Ətraflı
Bu bürclərə böyük dəyişikliklərlə bağlı xəbərdarlıq like
  • 19 May 04:04  
Digərləri Bu bürclərə böyük dəyişikliklərlə bağlı xəbərdarlıq

Astroloq Tamara Qloba xəbərdar edir ki, qarşıdan gələn həftə Bürcün d�

arrow Ətraflı
“Rahat ol, sevgilim...” like
  • 19 May 01:22  
Şou-biznes “Rahat ol, sevgilim...”

İbrahim Çelikkol yeni sevgilisi Natali Yarcanla ilk dəfə görüntülənib. 

arrow Ətraflı