“Dünya daha əvvəl heç şahid olmadığı bir şey görəcək...”


Dünya 25 Apr 2023 20:26:00 134 0

“Dünya daha əvvəl heç şahid olmadığı bir şey görəcək...”

İngiltərənin "Daily Star" nəşri dünyaca məşhur öngörücü Nostradamusun verdiyi proqnozları süni intellektlə təkmilləşdirib.

Son.az oxu.az-a istinadən xəbər verir ki, son zamanlar ən populyar tətbiqlərdən olan süni intellekt platforması ChatGPT və məşhur öngörücü Nostradamusun məlumatları birləşdirilib.

Nəticədə "Nostradamus" süni intellekti bu məlumatlar əsasında gələcəkdə 2099-cu ilə qədər baş verəcək 7 hadisə barədə proqnoz verib.  

"Nostradamus" süni intellektinin verdiyi məlumatlara görə, tezliklə xərçəngin müalicəsi tapılacaq. Nostradamus kimi qədim üslubda yazılmış bu proqnozda xərçəngin xəstəliyinin 2031-ci ildə müalicə oluna biləcəyi qeyd edilib. "Dünya 2031-ci ildə daha əvvəl heç şahid olmadığı bir şey görəcək. Xərçəngin müalicəsi tapılacaq. Bu, tibbi inqilab olacaq", - deyə süni intellekt bildirib.

"Nostradamus" süni intellekti 2050-ci ildə kəskin iqlim dəyişikliklərinin baş verəcəyini və bunun  insanların həyatına mənfi təsir göstərəcəyini deyib.

ChatGPT 2060-cı ildə süni intellektin təkamül edəcəyini, robotların və maşınların özlərini daha da təkmilləşdirəcəyini bildirib. "Süni intellekt inkişaf edəcək və bir inqilab yaşanacaq. Robotlar və maşınlar daha ağıllı olacaq və bütün dünyada sənaye sahəsini yenidən formalaşdıracaq. İş yerləri itiriləcək və insanlar buna uyğunlaşmalı olacaq", - deyə o əlavə edib.

Süni intellekt iddia edib ki, 2074-cü ildə Marsa getmək yeni hədəfə çevriləcək və bu dövrdə orada məskunlaşma başlayacaq. "İnsanlar bu naməlum torpaqlarda çətinliklərlə qarşılaşacaqlar. Lakin uyğunlaşacaqlar", - deyə o qeyd edib.

Süni intellektin proqnozlarına görə, 2084-cü ildə kiborqlar real olacaq, insan və robotların qarışığı olan sistemlər elmi fantastika filmlərindən çıxaraq həyatın bir parçası olacaq.

ChatGPT 2085-ci ildə yeni epidemiyanın yayılacağını da iddia edib. O bildirib ki, hələlik bu xəstəliyin nə olduğunun bilinməsə də, bu xəstəlik səbəbilə dünyadakı bütün xalqlar əməkdaşlıq etməyə başlayacaq.

"Nostradamus" süni intellektinin verdiyi proqnozlara görə, 2099-cu il dünyada sülh ili olacaq.

O vurğulayıb ki, 21-ci əsrin sonunda Yer kürəsində sülh bərqərar olacaq. "Müharibə və zorakılıqla parçalanmış Yer kürəsində harmoniya yaranacaq və yeni bir həyat başlayacaq. Sərhədlər silinəcək, ayrılıqlar sona çatacaq", - deyə o şərh verib.

Tanınmış aktyor indi də onunla eşq yaşayır like
  • 25 Apr 20:15  
Şou-biznes Tanınmış aktyor indi də onunla eşq yaşayır

Türkiyəli aktyor Sarp Levendoğlu yeni münasibətə başlayıb.

arrow Ətraflı
Bu məşhur da evini satışa çıxardı like
  • 25 Apr 19:53  
Şou-biznes Bu məşhur da evini satışa çıxardı

İnfluenser Səbinə Orucova (Sabiorudjeva) evini satışa qoyub.

arrow Ətraflı
Polis olduğunu deyib 30 sürücünü aldatdı like
  • 25 Apr 19:24  
Digərləri Polis olduğunu deyib 30 sürücünü aldatdı

Bakıda taksi sürücülərinə qarşı dələduzluq edən şəxs tutulub.

arrow Ətraflı
Prezident: Azərbaycan bütün hədəflərə nail olmaq üçün addımları davam etdirməyə hazırdır like
  • 25 Apr 19:23  
Siyasət Prezident: Azərbaycan bütün hədəflərə nail olmaq üçün addımları davam etdirməyə hazırdır

Enerji sahəsində etibarlı tərəfdaş kimi Azərbaycan bütün hədəflərə

arrow Ətraflı
Səmada əsrarəngiz təbiət hadisəsi like
  • 25 Apr 19:20  
Digərləri Səmada əsrarəngiz təbiət hadisəsi

Rusiyanın Moskva şəhəri və ətraf ərazilərdə gecə saatlarında sakinlə

arrow Ətraflı
Tramp təcavüz ittihamı ilə bağlı məhkəməyə çağırılacaq like
  • 25 Apr 18:58  
Dünya Tramp təcavüz ittihamı ilə bağlı məhkəməyə çağırılacaq

ABŞ-nin keçmiş prezidenti Donald Tramp təcavüzdə ittiham olunub.

arrow Ətraflı
Paytaxtın iki rayonunda qaz kəsiləcək like
  • 25 Apr 18:29  
Digərləri Paytaxtın iki rayonunda qaz kəsiləcək

"Qaz İxrac" İdarəsinə məxsus "Qum adası-Bayramzadə İEM&qu

arrow Ətraflı
"WhatsApp"dan növbəti yenilik like
  • 25 Apr 18:25  
Digərləri "WhatsApp"dan növbəti yenilik

"Telegram" və "Discord" kimi tətbiqlərin ən böyük rəq

arrow Ətraflı
ADA universitetində yeni kənd təsərrüfatı və qida elmləri fakültəsi yaradılacaq like
  • 25 Apr 18:22  
Digərləri ADA universitetində yeni kənd təsərrüfatı və qida elmləri fakültəsi yaradılacaq

ADA Universiteti Boloniya Universiteti ilə birgə kənd təsərrüfatı və qid

arrow Ətraflı
“Xoşbəxt anayam, çünki...” like
  • 25 Apr 18:14  
Şou-biznes “Xoşbəxt anayam, çünki...”

"3-4 yeni mahnı yazdırıram, inşallah ki, tezliklə tamaşaçılara təq

arrow Ətraflı
Xaçmaz rayonunda növbəti səyyar qəbul Yeni Həyat qəsəbəsində təşkil olunub  FOTO like
  • 25 Apr 17:59  
Digərləri Xaçmaz rayonunda növbəti səyyar qəbul Yeni Həyat qəsəbəsində təşkil olunub FOTO

Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, yerli hüquq müha

arrow Ətraflı
İlham Əliyevin Bolqarıstana işgüzar səfəri başa çatıb  FOTO like
  • 25 Apr 17:27  
Siyasət İlham Əliyevin Bolqarıstana işgüzar səfəri başa çatıb FOTO

Aprelin 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Bolqar�

arrow Ətraflı
Siyavuş Novruzov: Niyə Mehman Hüseynovdan qorxursunuz? like
  • 25 Apr 16:52  
Digərləri Siyavuş Novruzov: Niyə Mehman Hüseynovdan qorxursunuz?

"Milli Məclisdə sosial, iqtisadi sahələri, bələdiyyələri və digər

arrow Ətraflı
Unibank birinci rübü mənfəətlə başa vurub like
  • 25 Apr 16:50  
Digərləri Unibank birinci rübü mənfəətlə başa vurub

"Unibank" KB ASC 2023-cü ilin birinci rübü üzrə əsas maliyyə g�

arrow Ətraflı