Hormon pozucu maddələrdən necə qoruna bilərik?
Digərləri 23 Apr 2023 23:25:00 225 0
Yediyimiz, içdiyimiz, geyindiyimiz və gündəlik həyatda istifadə etdiyimiz bir çox məhsulla kimyəvi maddələrin təsirinə məruz qalırıq. Hormonlar orqanizmdə böyümə və inkişafdan tutmuş zehni funksiyalara, çoxalmadan immunitetə qədər bir çox proseslərdə mühüm rol oynayır.
Bu xəbəri də oxu: Xamneyi Ali Milli Təhlükəsizlik Şurasına tapşırıq verdi
Son.az lent.az-a istinadən xəbər verir ki, bəzi xarici amillər hormonlarımızı poza və ciddi sağlamlıq problemlərini çağıra bilər.
Hormon pozucuları bədənimizə tənəffüs, yediyimiz yeməklər, içdiyimiz mayelər, nəfəs aldığımız hava, geyindiyimiz paltarlar, gündəlik həyatda tez-tez istifadə etdiyimiz kosmetika və təmizləyici vasitələr kimi məhsullar vasitəsilə daxil olur. Bunlar hormonlarımızı alt-üst edən kimyəvi maddələrdir. Bu zəhərli maddələr zamanla hormonlarımızın ifrazını pozaraq təsirlərini azaldır.
Hansı problemlərə səbəb olur?
Hormon pozucuları tiroid funksiyasını poza bilər. Erkən yetkinlik, autizm və hiperaktivliyə səbəb ola bilər. Sperma sayını azaldaraq kişilərdə sonsuzluğa səbəb ola bilər. Bundan əlavə, sümük yaşını irəlilətməklə tez-tez xəstəliyə və boy qısalmasına səbəb ola bilər. Estrogenə bənzər təsirlər göstərərək qadınlarda menstruasiya pozğunluğuna səbəb ola bilər. İnsulinin ifrazını pozaraq diabetə səbəb ola bilər. Təbii ki, onun kanserogen təsiri də ola bilər.
Nə etməliyik?
Bədənimizdə müəyyən dərəcədə mövcud olan hormonları pozan maddələr yüksək dozalarda öz təsirini göstərməyə başlayır. Hormon pozucularının həm uşaqlarımıza, həm də özümüzə təsirini minimuma endirmək üçün aşağıdakı məqamlara diqqət yetirməliyik.
1. Əllərinizi tez-tez yuyun
Əllərimiz həm evdə, həm işdə, həm də çöldə kimyəvi maddələrlə tez-tez təmasda olur. Zərərli maddələri çıxarmaq üçün yeməkdən əlləri yumaq xüsusilə vacibdir.
2. Nə yediyinizə diqqət edin
Xüsusən də heyvan mənşəli qidalardan istifadə edərkən, heyvanların piy toxumasında zərərli kimyəvi maddələrin ola biləcəyini unutmaq olmaz. Tərəvəz və meyvə yemək daha sağlamdır, lakin unutmaq olmaz ki, bu qidalarda pestisid qalıqlarına rast gəlinir. Meyvə və tərəvəzləri mövsümdən kənar, pestisidsiz və çox miqdarda istehlak etsək, hormonları pozan təsir qaçılmazdır.
3. Plastikdən uzaq durun
Mümkünsə, bütün plastikləri həyatımızdan çıxarmalıyıq və ya onları azaltmaq üçün tədbirlər görməliyik. Yemək üçün şüşə və ya paslanmayan polad qablara üstünlük verməliyik. Mikrodalğalı sobada plastik qablardan istifadə etməməliyik. Xüsusilə plastik su qablarının həddindən artıq istiyə və ya günəş işığına məruz qalmasının qarşısı alınmalıdır. Əslində, su təmizləyici qurğulardan istifadə etməklə plastik butulkalardan istifadəni azaltmaq və plastik çəlləklərdən istifadənin qarşısını almaq olar.
4. Teflon qabları çox qızdırmayın
Teflon qazan və tavalarda böyrəklərə və qaraciyərə zərər verən perfluorooktan turşusu (PFOA) yerinə ümumiyyətlə zərərsiz olan politetrafloroetilen (PTFE) adlı maddə istifadə edilməyə başlandı. Lakin 300 dərəcədən yuxarı temperaturda bu maddə zəhərli də ola bilər. Teflonları boş olduqda qızdırmayın. İçində yağ və yemək olmalıdır. Aşağı, orta atəşdən istifadə edin.
5. Ətiri dərinizə vurmayın
Ətirlər və dezodorantlar kommersiya istehsalı zamanı formulaları gizlədilən maddələrdir. Lakin biz bilirik ki, onların tərkibində ftalatlar istifadə olunur. Ftalatlar hormonları pozan və böyük miqdarda sağlamlığa zərərlidir. Krem kimi qoxusuz və təbii kosmetik məhsulları seçin.
Sabah İranın paytaxtı Tehranda qondarma "erməni soyqırımı"nın
Bu gün Azərbaycan Sərhəd Xidmətinin Laçın yolunun girişində, Həkəri �
Sağlam qidalanmaq və müntəzəm idmanla məşğul olmaq istədiyiniz çəkiy�
1532-ci ildə qədim latın dilində yazılmış və Qazaxıstanın paytaxtı As
Türkiyə vətəndaşlarının Sudandan təxliyəsi başlayır.
Arıqlamaq üçün hər dəfə fərqli pəhrizə müraciət edən milyonlarla in
İrəvandakı Azadlıq Meydanında məşəl yürüşü zamanı Azərbaycan və T
Paşinyan Zəngəzur dəhlizinin açılmasını yubatdığına görə biz də La
Alimlər müəyyən ediblər ki, yeni avtomobil sözün əsl mənasında zərər