“Deyirdi ki, sənin üçün ev qurum, toyunu edim, sonra ölərəm”
Şou-biznes 19 Apr 2023 16:02:00 232 0
Son.az xəbər verir ki, Xalq artisti, sevilən və mərhum aktrisa Nuriyyə Əhmədovanın nəvəsi Faiq İbadzadə Moderator.az-ın suallarını cavablandırıb.
Bu xəbəri də oxu: "Bu pulu verirəm kanala çatdır, məni efirə buraxsın" VİDEO
- Faiq, mərhum Nuriyyə xanım sizi bizlərə oğlu kimi tanıtmışdı..
- Anam rəhmətə gedəndən sonra nənəm mənə analıq edib. Gözümü açandan onu anam bilmişəm.
- Daha sonralar necə bildiniz ki, oğlu yox nəvəsisiniz?
- Onu artıq özüm başa düşürdüm. Həm də görənlər ondan soruşurdu ki, nəvənizdir? Deyirdi ki, xeyr, oğlumdur. Mən heç vaxt bunu onun özündən soruşmamışam. Daha sonra qadınlar öz aralarında danışırdılar ki, qızının oğludur. Mən də istər-istəməz eşidirdim.
- Nuriyyə xanım Əhmədova bizim görkəmli sənətkarımız idi. Evdə sizə necə analıq edirdi?
- Mənim üstümdə əziyyəti çox böyükdür. Qoymazdı ki, nəsə çatışmayan bir şeyim olsun. Nadinc uşaq olduğum üçün daim nəzarəti üstümdə idi. Ona görə də istər bağçaya, istərsə də məktəbə məni özü aparıb-gətirərdi. Məni gözündən qoymurdu. Hətta çəkilişlərə də bir gedirdik. Allah cəmi ölənlərə rəhmət etsin. Bir gün gələn, bir gün getməlidir. Allahın işidir. Bu gün həyatda xalalarım da yoxdur, anam da. Əlbəttə ki, onlarsız çox darıxıram, amma Allah insana daşıya bilməyəcəyi yükü verməz.
- Nuriyyə xanımla bağlı ən xoş xatirəniz hansıdır?
- Onunla bağlı xatirələrimin hamısı gözəldir. Çünki o Allaha bağlı insan idi. Uşaqlıq illərimdə mənim idmana böyük həvəsim var idi. İdmandan evə gələndə zədələndiyimi görüb, məni bu sahədən uzaqlaşdırmaq istədi. Mənə deyirdi ki, "idmanla qurtardıq, dərslərini oxu, səni zədəli görə bilmirəm". Müəllimimə zəng edib tapşırdı ki, məni məşqə qoymasın. Həmin vaxt karate məşqləri bizim İncəsənət Gimnaziyasının idman zalında keçirilirdi. Mən müəllimdən nə qədər xahiş etsəm də, o dedi ki, "Nuriyyə xanıma söz vermişəm". Onun mənə hər gün verdiyi puldan yığıb, Texkini Univeritetin idman korpusundakı boks zalına yazıldım. O vaxt 5-ci sinifdə oxuyurdum. Həmin vaxt inglis dili dərsim də həmin universitetin yanında idi, oradan çıxıb boksa gedirdim. Artıq biz köçmüşdük, kirayədə yaşayırdıq. İki ay məşqə gedəndən sonra uşaqlar arasında yarış təşkil olunurdu. Hər gün gəlib deyirdim ki, "yarışda iştirak edəcəm". Bu zaman əsəbləşirdi. Deyirdim ki, başqa yarışdır, narahat olma, gəl bax. Yarışlar Əl Oyunları İdman Sarayında keçirilirdi. Ürəyi dözmədi, icazə verdi, özü də gəlib mənə baxdı. Elə oldu ki, qalib gəldim. Üzünə baxanda gördüm ki, ağlayır. Həm də çox sevinirdi. Bu sevinc göz yaşları idi. Müəllimim o vaxta kimi bilmirdi ki, kimin övladıyam?! Orada bildi ki, mən Nuriyyə Əhmədovanın övladıyam.
- Bir müddət əvvəl sənətkarların köməyi ilə Mədəniyyət və İncəsənət Universitetinə qəbul olunduğunuz haqda xəbərlər yayılmışdı. Tələbə adını qazanmaqda sizə kimlər kömək oldu?
- Bəli, 2016-cı ildə universitetə qəbul oldum. Xalq artisti Həmidə Ömərova və Şəfiqə Məmmədova qabiliyyət imtahanına hazırlaşmaqda mənə kömək etdilər. Bir də babam Xanların bacısı, xalq artisti Əminə Yusifqızı da mənə dəstək oldu.
- Universiteti oxuyub bitirdiniz?
- Xeyr, yarım qaldı. O vaxt tək idim, problemlərim oldu. Həm işləməli, həm də dərslərə getməli idim. İşə görə dərslərə gedə bilmədim. 3-cü kursdan yarım qaldı. İnşallah, bu il istəyirəm gedib oxuyub, bitirim.
- Müəllimləriniz kimin övladı olduğunuzu bilirdi?
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Kamal Kılıçdaroğluna şəxsi h
2023-cü ilin yanvar-mart aylarında Yunanıstandan Türk limanlarına 3 milyon
Şadlıq evlərinə müraciət edənlərin sayında azalma var. Bu isə mart ay�
Ölkəyə idxal edilən tropik meyvələr 15 faiz gömrük rüsumundan azad edil
"Bakıda bütün köhnə binalar söküləcək və hər birinin yerində ye
"Müğənni qısqanclığı hər zaman olub və olacaq da. Vallah, mən he�
Azərbaycan və İsrail arasında yaxşı siyasi əlaqələr mövcuddur. Azərba
Türkiyənin ilk hidrogen vadisinin həyata keçiriləcəyi "Cənubi Mərm�
Ermənistanın Baş naziri artıq öz qorxularını gizlədə bilmir.
Çinin Hebey vilayətinin Lanfan şəhərində Azərbaycan xalqının ümummilli
Azərbaycan Respublikası Hökuməti ilə İsrail Dövləti Hökuməti arasında
Müğənni Günel Zeynalova Mayami tətilindən növbəti fotolarını paylaşı
Türkiyənin zəlzələ baş verən vilayətlərindən başlayaraq yeddi coğraf