"Ondan qurtulmaq hər oğulun işi deyil"
Şou-biznes 04 May 2025 18:54:00 59 0
"Həyatımda çox qadın olmayıb. İnsan özünə hörmət etməlidir. Hələ indiyə qədər məşhurluğumdan istifadə edib küçədə, tədbirdə kiminləsə tanış olmamışam. Cavan vaxtı kiminləsə əl-ələ tutub şəhərdə gəzməmişəm, bulvara qızla çıxmamışam. Çünki belə xasiyyətim olmayıb. Daxilimdə bir ağırlıq olub. Baxamayaraq ki, deyib-gülənəm, elə məqam olur ki, utancaq oluram. Tərbiyə ailədən gəlir".
Bu xəbəri də oxu: "Məcbur həmin qadınla nikaha girdim"
Son.az xəbər verir ki, Əməkdar artist Vasif Məhərrəmli sevgini "bəla" adlandırıb.
"Allah bizi Leyli-Məcnun sevgisindən qorusun. Sevgi bəladır. Bir də var hörmət. Çox şükür ailəm, övladlarım var. Sevgim də, məhəbbətim də, bütün hisslərim də hamısı ailəmdə cəmləşib. Leyli-Məcnun eşqini heç yaşamaq da istəməmişəm. Ondan qurtulmaq hər oğulun işi deyil. Orada hər şeyin üstündən xətt çəkə bilərsən. Bu elə bir hissdir ki, orada ata-ana, bacı-qardaş, qohum-əqrəba, nəsil - hamısı axırıncı plana keçir. Və sən hər şeyi onda görürsən. Xoşum gələ bilər, deyə bilərəm ki, biz ailə quraq. Kinoda deyir, "Sonra sevərsən". Bu gün ailəm, həyat yoldaşım mənim üçün əvəzolunmazdır. Bir də anam. Atam rəhmətə gedib. Anamın 87 yaşı tamam oldu, başımın tacıdır. Çalışıb-vuruşuram ki, 87-ni 97 edim. Nə qədər ki, onun nəfəsi var, mənim yolum Qazaxa açıqdır. Orada qalır. Buranın havası ona düşmür, qala bilmir. Yaşlananda adam narahat olur. Elə bilir ki, bura gəldilər, evini aparacaqlar".
V.Məhərrəmli daim ailəsinin yanında olduğunu açıqlayıb:
"Ailəmin xilaskarı mənəm. Onlarla nəyisə bölməmişəm, onları birbaşa ayağa qaldırmışam. Nə problem olubsa, onu mən həll etmişəm. Daha nə olmalıdır? Qədir bilən bilir". (Axşam.az) Son.az
Türkiyənin Qars şəhərindən 4 azərbaycanlı çıxarılıb, birinə cinayə

Yasamal rayonunda, metronun "Nizami" stansiyasının qarşısında mop

"Evimizdə iki maşın var idi. Termosun içindəki şüşəni qırırdıq,

Son zamanlar kiberdələduzlar tərəfindən vətəndaşlara yerli mobil şəbə

Astroloqların proqnozlarına görə, bəzi bürclər yaxın günlərdə uğurlu

1990-cı illərin əvvəllərindən başlayaraq, Rusiya özünü postsovet ölk�

Yer kürəsinin dərinliklərində baş verən geoloji dəyişikliklər alimlər

Əməkdar artist Lalə Məmmədova illər əvvəl oxuduğu "Məktəb illər

“Valideynlər bu amilləri nəzərə almalıdır”

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Sumqay

Gənc xanəndə Rəqsanə Ağayeva Muğam müsabiqəsinin seçimlərinin ədalə

Azərbaycan Respublikası Milli Məclisinin deputatı Azər Badamov 2025-ci ilin

Tibbi-meteoroloji proqnoz açıqlanıb.
