“Nəsibə Zeynalova dedi ki, sən mənim kimi qəddar qaynana deyilsən, gəlinlər başında qoz sındırır”
Şou-biznes 09 Apr 2023 04:28:00 233 0
"Televiziya böyük təbliğat maşınıdır. Bu hər zaman belə olub. Ola bilər ki, sən illərlə teatrda çalışa bilərsən, amma səni heç kim tanıya bilməz. Elə mən özüm də vaxtilə televiziyaya görə məşhurlaşmışam. Televiziya tamaşalarında, filmlərdə tez-tez çəkilirdim. Xalq artisti fəxri adını da kinoya görə almışam. Bunu da televiziya sayəsində qazanmışam. Bu gün zəng edib, israrla verilişlərə dəvət edirlər. Səhhətimlə və yaşımla əlaqədar olaraq getmirəm. Artıq o həvəs qalmayıb. Bəziləri deyir ki, "bu sənət vəfasız sənətdir". Mən elə deməzdim. Vəfasız olsaydı tamaşaçılar məni unudardı. Bəzən olur ki, çölə çıxıram, hava alıram, tamaşaçılar məni görən kimi tanıyırlar. Əlbəttə ki, bu mənə çox gözəl təsir bağışlayır. Unudulmamaq gözəl hissdir. Amma uzun müddətdir evdən çölə çıxmıram, həvəsim yoxdur. Heç bir dəvəti qəbul etmirəm, düşünürəm ki, çəkildiklərim bəsimdir. Düzdür, vaxtilə oynamaq istədiyim rollar olub ki, rejissorlar mənə verməyib. Ola bilsin ki, onlar bu rolları məndə görməyiblər. Bu da normaldır".
Bu xəbəri də oxu: "Çilek" nişanlandı FOTOlar
Mill.Az xəbər verir ki, bunu moderator.az-a açıqlamasında xalq artisti, sevilən aktrisa Elmira Şabanova deyib.
"Bu dəqiqə mənim tərəf müqabilim qutu formasında olan televizordur. Verilişləri izləyirəm, xoşuma gələnlər də var, gəlməyənlər də. Ekranın bu yanından ekspert q ismində verilişlərdə çıxış edirəm. Münasibətimi bildirirəm, müzakirə edirəm. Sosial verilişlər də normaldır. Bəzən qoca yaşda evlənən qadınları tənqid edirlər. Mən belə düşünmürəm. Məncə o həvəs varsa, qadın hər yaşda sevə və evlənə bilər. Bunun nəyi pisdir ki? Deyirlər ki, "gözəllik dünyanı xilas edəcək". Mən isə deyirəm ki, dünyanı məhəbbət xilas edəcək. Məhəbbət təkcə kişinin qadına olan sevgisi deyil, ümumiyyətlə məhəbbət dünyaya sevgidir", - deyə sənətkar bildirib.
Xalq artisti sənət yoldaşlarını da xatırlayıb.
Bu günlərdə evlərimizə "Camdakı kız" serialı ilə qonaq olan g
NASA Marsın interaktiv xəritəsini istifadəyə verib.
Mançesterli Rey Houton əsgərlikdə olarkən bütün bədəninə döymə vurma
Düz deyirlər ki, evlilik yalnız bir insanın hissləri ilə yaşaya bilməz.
"Ukrayna heç kimə lazım deyil və buna görə də o, mövcudluğunu itir
Türkiyəli aktrisa Eda Ece 5 illik sevgilisi ilə toya hazırlaşır.
Ukrayna xarici işlər nazirinin birinci müavini Əminə Caparova aprelin 10-da
İsrailin müdafiə naziri Yoav Qalant İordan çayının qərb sahilində Fəl�
Federal Tədqiqatlar Bürosunun (FTB) cinayətkarlara əsaslanan məlumat bazas�
"Hacı Şahinin yerinə bu gündən sonra kim təyin olunsa da, onu əvəz