Yüz yara bir ölüm etməz: Rusiyaya qarşı sanksiyalar niyə
Siyasət 04 Apr 2023 11:56:00 286 0
Rusiya Federasiyasına qarşı Qərbin tətbiq etdiyi çox ağır sanksiyalar gözlənilən nəticəni verməyib. "Bunun səbəbi nədir və niyə belə olur?" sualının cavabı mürəkkəbdir. Azərbaycan ağır sanksiyalara məruz qalmış Rusiya Federasiyası ilə iqtisadi münasibətləri yeniləyib və yaranmış situasiyada Bakı ciddi mənfəəət əldə edə bilər.
Bu xəbəri də oxu: Ceyhun Bayramov Fuad Hüseyn ilə telefonla danışdı
Rusiya Federasiyası hazırda dünyada ən çox sanksiyalarla üzləşmiş ölkədir. Rusiyanın hüquqi və fiziki şəxslərinə qarşı ABŞ, BMT, Avropa İttifaqı, habelə Avstraliya, Kanada, İsrail, Hindistan və s. ölkələrlə təşkilatlar tərəfindən 14081 sanksiya tətbiq olunub. Müqayisə üçün yazaq ki, İrana qarşı hazırda 4191, Suriyaya qarşı - 2642, Şimali Koreyaya qarşı - 2133, Belarusa qarşı - 1155, Myanmaya qarşı - 806, Venesuelaya qarşı isə 651 cəza sanksiyaları tətbiq olunub.
Rusiyaya qarşı sanksiya tətbiq edən ölkələr arasında ABŞ (1948) İsveçrə (1782) və Kanada (1590) lider mövqelər tuturlar. Sanksiyaların 2210-u fiziki, yerdə qalanı isə hüquqi şəxslərə, dəniz daşımaları şirkətlərinə və aviaşirkətlərə qarşıdır.
Siyahıda təbii qaz və xam neftlə bağlı ticari embarqolar nəzərə alınmayıb.
Rusiyaya qarşı üst-üstə 10 sanksiya paketi tətbiq etmiş Avropa İttifaqı son olaraq RF-dən bitum və kauçuk idxalını yasaqladı.
Ötən il, Ukraynada hərbi əməliyyatlar başlayandan dərhal sonra Qərb ölkələrinin dövlət və hökumət başçıları, siyasətçilər, mass-media mənsubları, analitiklər və ekspertlər qətiyyətlə bəyan edirdiləri ki, "Rusiya iqtisadiyyatının çökməsinə, genişmiqyaslı böhrana, sürətli hiperinflyasiyaya və kollapsa az qalıb".
2022-ci ilin payızı sanksiyaların ən ağır nəticələrinin başlayacağı dövrün startı sayılırdı. Lakin Rusiya Federasiyasının iqtisadiyyatı çökmədi, fəaliyyətdədir və hətta bəzi sahələrdə böyük gəlirlər əldə edib.
Rusiyaya qarşı ilk sanksiya Ukraynada hərbi əməliyyatlar başlayandan iki gün sonra işə salındı. Belə ki, 2022-ci ilin fevralın 26-da ABŞ banklarda Rusiyanın 300 milyard dollar həcmində maliyyə aktivlərini "dondurdu". Bu məbləğ isə Rusiyanın qızıl-valyuta eştiyatlarının təqribən yarısıdır.
Vaşinqtonun qərarı Rusiyada əhali arasınlda ciddi narahatlıq və təşviş yaratmışdı. İnsanlar bankomatlarla valyuta mübaliləsi məntəqələrinə yönəldilər, uzun-uzadı növbələr yarandı və nəticədə Rusiya rublunun ABŞ dollarına olan kursu sürətlə aşağı düşdü. Martın 11-də ABŞ dollarının rubla olan kursu təqribən 2 dəfə artaraq 120,2 rubl/1 dollar səviyyəsinə çatmışdı.
Qərb mediası "Rusiya iqtisadiyyatının və maliyyə sisteminin çökməsinə az qaldı!" tipli propaqandaya başladı. Fəqət, Rusiyanın Mərkəzi Bankı təcili olaraq sərt tədbirlər tətbiq etdi, nəticədə rublun mövqeləri təxminən 2 dəfə möhkəmləndi. Daha sonra Rusiya Qərbə alternativ ticari tərəfdaşlar arayaraq tapdı.
Sanksiyalar Rusiya büdcəsində əhəmiyyətli kəsir yaratmadı, çünki Qərb ölkələri Rusiyadan xam neft, təbii qaz, daş kömür və s. kimi enerjidaşıyıcılarını idxalını əhəmiyyətli şəkildə azaltsalar da, dünya bazarlarında karbohidrogenlərin bahalaşması nəticəsində Rusiya ciddi səviyyədə gəlirlər əldə etdi.
İlak baxışdan, paradoks yaşandı: 2022-ci ildə ağır və çoxsaylı sanksiyalara rəğmən, Rusiyanın ümumdaxili məhsulu (UDM) cəmi 2 faiz azaldı. Bu isə Qərbin proqnozolarından xeyli azdır.
Beynəlxalq Valyuta Fondu (BVF) isə ümuiyyətlə, bu il Rusiya iqtisadiyyatının güclənəcəyini proqnozlaşdırıb.
Moskvanın sanksiyaların dağıdıcı təsirini minimuma endirməsinin iki əsas səbəbi var:
1. Rusiyanın Mərkəzi Bankı və Maliyyə Nazirliyi yüksək peşəkarlıq nümayiş etdirərək valyuta bazarını tənzimlədi, habelə ticari balansın profisitinə nail oldu
2. Xam neft və təbii qaz satışlarından əldə edilmiş vəs ait bütün iqtisadiyat üzrə paylandı, xidmət sektoru maliyyələşdirilərək dəstəkləndi.
Qərb mediasındakı iddialara rəğmən, Avropa İttifaqı Rusiyadan təbii qaz idxalını dayandırmadı: sadəcə olaraq, "mavi yanacaq" istehlakı sürətlə azaldıldı.
Nəticədə Rusiyanın təbii qaz ixracında 40 faiz geriləmə var. Dünya bazarlarında təbii qazın alış qiymətləri 18 ay əvvəlki səviyyəyə qayıtdığından 2020-ci il Rusiya iqtisadiyyatı üçün bir də təkrarlanmayacaq.
Bundan başqa, Rusiyanın enerjidaşıyıcıları ixracında təbii qaz lider mövqe tutmur. Hərgah 2021-ci ildə xam nefti satışları Rusiyaya 100 milyard dollar gəlir gətirmişdisə, təbii qaz ixracından əldə edilmiş vəsait 55 milyard dollar idi.
Avropa İttifaqının Rusiyaya qşarşı tətbiq etdiyi "RF nefti 1 barreli 60 dollardan artıq qiymətə satıla bilməz" sanksiyasına gəldikdə isə, bu mürəkkəb sxemdir.
Qərarda, Aİ üzvü olan ölkələrdə rəsmi qeydiyyatdan keçmiş şirkətlərə məxsus və ya Aİ-də sığortalanmış tankerlər vasitəsilə Rusiyanın xam neftinin daşımaları zamanı bu neftin 1 barrelinin maksimum 60 dollar ola biləcəyi nəzərdə tutulub.
Lakin Moskva bu sanksiyadan yan keçməyin yolun tez tapıb.
Əvvəla, Rusiyanın dünya bazarına çıxardığı xam neft "Urals" tiplidir və 1 barreli də daim 60 dollardan ucuz satılıb.
Həmin limitdən baha qiymətə neft satanda isə Rusiya yaratdığı "əlahiddə tanker donanması"ndan istifadə edir: sözügedən qeyri-rəsmi donanmada indi 1200-dən artıq tanker var.
Eyni zamanda, dünya ölkələrinin əksəriyyəti Rusiyaya qarşı sanksiyalara qatılmadıqlarından Moskva nefti çox asanlıqla Yaponiya, Çin, Hindistan və Pakistan kimi iri alıcılara satmaqdadır.
Neft məhsulları ilə bağlı situasiya isə mürəkkəbdir.
Rusiya Federasiymsı Qərbin sanksiyalarından yayınmaq üçün neft məhsullarını Asiya, Afrika və Latın Amerikası bazarlarına yönəldə bilərdi, lakin həmin xam neftdən fərqli olaraq, neft məhsullarına real tələbat azdır.
Məsələn, Çin, Yaponiya, Hindistan, Pakistan kimi ölkələrinin öz neft emalı zavodları var və onlara daha ucuz qiymətə xam neft almaq sərfəlidir.
Bəhs etdiyimiz səbəblərdən Rusiya bu aydan etibarən ölkə ərazisində təbii qaz hasilatını azaltmaqla yanaşı, neft məhsullarının emal həcmini də aşağı salmaq məcburiyyətində qalacaq.
Ümumiyyətlə isə 2023-cü ilin yanvarından etibarən Rusiyanın xam neft və təbii qaz satışlarından əldə etdiyi gəlirlərin ümumi həcmi ötən illə müqayisədə 40 faiz azalıb.
Bu, Rusiya iqtisadiyyatına zərbədirmi?
Düşünmürük, çünki 2022-ci il neft və qaz ixracı baxımından Rusiya üçün rekordlar ili olmuşdu: ötən il Moskvanın "qara qızıl"la "mavi yanacaq" satışından əldə etdiyi gəlirlər dünya bazarlarındakı konyuktura nəticəsində 28 faiz (!) artmışdı.
Hazırda dünya bazarlarında təbii qazla neftin qiyməti ucuzlaşıb, Rusiya "Urals" neftini 20 dollar daha ucuz satmaq məcburiyyətindədir. Üstəlik, "Qazprom" korporasiyası təbii qaz ixracı həcminin 45 faiz azaldığını bəyan edib.
Alternativ yol sıxılmış (maye) qaz, yəni LPG satışları ola bilərdi ki, sözügedəqn variant da qısamüddətli perspektivdə reallaşan deyil. Səbəb sadədir: LPG satışlarını artırmaq üçün Rusiyanın zəruri infrastrukaturu yoxdur.
Təbii, yaxın aylarda Rusiyanın daxili bazarında istehlak qiymətləri artacaq, rublun kursu aşağı düşəcək. Amma bu, Rusiyanın dövlət strukturlarına sərfəlidir, çünki onlar ixracdan gəlirləri valyuta ilə əldə edir, ölkə daxilində rublla xərcləyirlər.
Rusiyanın mülki aviasiyası, avtomobil sənayesi ən ağır zərbələr alıb və almağa davam edəcək. Situasiya o həddə çata bilər ki, ölkə daxilində xarici modelli avtomobillərin satış qiymətlərinin bahalaşması indiki 40 faizdən 70 faizə çata bilər.
Mövcud sərnişin təyyarələrinin və avtomobillərin ehtiyat hissələri ilə təminatı da günbəgün ciddiləşən problemdir.
Rəsmi Moskva üçün milli valyutanın əlverişli, komfort kursu 75-79 rubl/dollardır. İnflyasiyaya gəldikdə isə, ölkə iqtisadiyyatına və maliyyə sisteminə 12 faizlik inflyativ təzyiq kritik sayılmır.
Yəqin ki, 2023-cü ilin sonunadək Rusiyada inflyasiya məhz bu səviyyədə qalacaq.
Bəs yaxşı, Rusiya Federasiyasının üzləşdiyi bu situasiya bizim üçün, Azərbaycan üçün hansı mənfəətlər vəd edir?
Təbii qaz və xam neft idxalı sahələrində Rusiya-Azərbaycan əlaqələri fərqli səviyyədədir.
Rusiyanın neftinə Bakının ciddi ehtiyacı yoxdur. Situativ mənfəət yalnız svop sövdələşmələri ola bilər ki, bunun üçün də Rusiyadan alına biləcək xam neftin 1 barreli 60 dollardan artıq olmamalıdır.
Rusiyanın Bakı-Ceyhan, TAP, TANAP, "Cənub Qaz Dəhlizi" kimi marşrutlara qoşulmasının Bakı üçün real "törəmə sanksiya" riski əldə edilə biləcək hipotetik gəlirlərdən dəfələrlə artıq olduğundan bəhs etdiyimiz variant da əlverişli deyil.
Ən uyğun variant Qərb ölkələrinə satdığımız təbii qazın həcmini sürətlə artırmaq, daxili bazar üçün yarana biləcək çatışmazlığı isə Rusiyadan alınacaq təbii qazla təmin etmək, yaxud İranla svop anlaşmalarımızda Rusiyanın "mavi yanacaq"ından yararlanmaq olardı.
Rusiyaya təkrar ixrac məkanı qismində Azərbaycanın çıxış etməsi mütləq şəkildə Qərbin sanksiyaları ilə üzləşmək riskimizi artırdığı üçün indiki şəraitdə şimal qonşumuzun daxili bazarında kənd təsərrüfatı, yüngül sənaye, tikinti-inşaat materialları, furnitura və s. kimi məhsullara olan tələbatın dəfələrlə artdığını unutmamalıyıq.
Azərbaycan həmin bazarda ciddi yer tuta bilər və ya mövcud mövqelərini sürətlə gücləndirə bilər.
Yaranmış imkanları maksimal dərəcədə, sürətlə dəyərləndirməliyik.
Elçin Alıoğlu
Azərbaycanın müstəqil daxili və xarici siyasəti İranın xoşuna gəlmir.
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Səhiyyənin İnformasiyalaşd�
İranda Azərbaycana qarşı təxribatlar davam etdirilir.
Deputat Fazil Mustafaya qarşı silahlı hücum Milli Məclisdə pislənilib.
Kapital Bank ölkədə ilk dəfə olaraq hüquqi şəxslər və fərdi sahibkarl
Asiya İnkişaf Bankı (AİB) Azərbaycanda orta illik inflyasiyanı 2023-cü il
Bəzi sosial şəbəkə səhifələrində Fövqəladə Hallar Nazirliyi (FHN) D�
Özünü "Zaman səyyahı" adlandıran və 2671-ci ilə aid olduğunu
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Beynəlxalq Mina Maarifləndirilmə
Azərbaycanın tək regionda deyil, müxtəli beynəlxalq təşkilatlarda nüfuz
Aparıcı Afaq Gəncəli keçirdiyi əməliyyatdan sonra ilk dəfə instaqram he
Qardaş ölkədə zəlzələ bölgəsini ziyarət etmək üçün Azərbaycandan
Başqırdıstan Respublikasında 12 yaşlı yeniyetməni öldürməyə cəhddə