Tramp məhkəmədə mühakimə olunacaq ABŞ tarixində ilk!


Dünya 31 Mar 2023 18:02:00 236 0

Tramp məhkəmədə mühakimə olunacaq  ABŞ tarixində ilk!

Nyu-Yorkda keçirilən Manhetten böyük münsiflər heyəti ABŞ-nin sabiq Prezidenti Donald Trampı 2016-cı il seçkiləri ərəfəsində pornoaktrisa Stormi Denielsə 130 min dollar ödəməklə "Trump Organization"nun maliyyə sənədlərinin saxtalaşdırılmasında ittiham etmək üçün səs verib. Eyni zamanda Manhetten prokurorları onu 30-dan çox biznes fırıldağında ittiham edirlər.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, bununla da ABŞ tarixində ilk dəfədir ki, keçmiş Prezidentə qarşı cinayət işi başlanılmış olacaq və o, məhkəmədə rəsmən mühakimə olunan ilk eks-Prezident olacaq.

İddiaya görə, sözügedən məbləği Denielsə Trampın vəkili Maykl Koen çatdırıb. 76 yaşlı siyasətçi həmin ödənişin guya "siyasi kampaniyaya xərcləmə" kimi qələmə verilməsində ittiham olunur ki, bu da saxtakarlıq kimi qiymətləndirilə bilər. Eks-prezidentin özü həm Denielslə əlaqəni, həm də onun aldığı ödənişlə bağlılığını inkar edib. Tramp öz sosial şəbəkə hesabında ona qarşı ittihamı "siyasi təqib və seçkilərə ən yüksək səviyyədə müdaxilə" kimi dəyərləndirib: "Bu, tarixdə ən yüksək səviyyədə siyasi təqib və seçkiyə müdaxilədir".

Bundan əlavə, Tramp Manhetten prokuroru Elvin Braqqanı Nyu-Yorkda törədilən cinayətlərlə mübarizə aparmaq əvəzinə ABŞ-ın hazırkı Prezidenti Co Bayden üçün "çirkli iş görməkdə" də ittiham edib.

Fotoda Stormi Deniels

44 yaşlı Stormi Deniels (əsl adı Stefani Klifford) 2006-cı ildə Trampla seksual əlaqəyə girdiyinə görə susması müqabilində 130 min dollar aldığını bildirib. Maykl Koen isə bildirib ki, o, Deniels və başqa bir qadın, keçmiş "Playboy" modeli Karen Makduqal üçün Trampla ödənişləri koordinasiya edib.

Koen 2018-ci ildə kampaniyanın maliyyə pozuntularına görə təqsirli bilinib və bir ildən çox həbsxanada yatıb.

İli 2013cü ildən aşağı olan avtomobillərin qiyməti artacaq  VİDEO like
  • 31 Mar 18:00  
Digərləri İli 2013cü ildən aşağı olan avtomobillərin qiyməti artacaq VİDEO

Aprelin 29-dan sonra ölkəyə istehsal ili 2013-dən aşağı olan maşınları

arrow Ətraflı
Bu, Azərbaycan hökuməti ilə razılaşdırılmalıdır  XİN like
  • 31 Mar 17:58  
Siyasət Bu, Azərbaycan hökuməti ilə razılaşdırılmalıdır XİN

Azərbaycanın keçmiş işğal altında olan ərazilərində yaradılmış qond

arrow Ətraflı
Qubaya qar yağıb  VİDEO like
  • 31 Mar 17:36  
Digərləri Qubaya qar yağıb VİDEO

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti

arrow Ətraflı
Rüşvət almaqda təqsirləndirilən gömrük inspektorunun işi məhkəməyə göndərildi like
  • 31 Mar 17:30  
Digərləri Rüşvət almaqda təqsirləndirilən gömrük inspektorunun işi məhkəməyə göndərildi

Gömrük rəsmiləşdirilməsi müqabilində rüşvət almaqda ittiham olunan v�

arrow Ətraflı
"Meyxana Rəşadla bitmədi" like
  • 31 Mar 17:12  
Şou-biznes "Meyxana Rəşadla bitmədi"

Meyxanaçı Orxan Lökbatanlı "13 sual" yutub layihəsinin qonağı o

arrow Ətraflı
Bakıda 31 evdən 36 min manatlıq oğurluq olub like
  • 31 Mar 17:02  
Kriminal Bakıda 31 evdən 36 min manatlıq oğurluq olub

Bakıda evlərdən oğurluq edən şəxslər tutulub.

arrow Ətraflı
“Marvel”in rəhbəri bir zənglə istefaya göndərildi like
  • 31 Mar 16:58  
Digərləri “Marvel”in rəhbəri bir zənglə istefaya göndərildi

"Walt Disney" şirkəti xərclərin azaldılması kampaniyası çərç

arrow Ətraflı
Roma Papası hospitala yerləşdirilib like
  • 31 Mar 16:56  
Dünya Roma Papası hospitala yerləşdirilib

Roma Papası Fransisk hospitala yeləşdirilib.

arrow Ətraflı
Balaca qızcığazın udduğu maqnit kürələr onu xəstəxanalıq etdi like
  • 31 Mar 16:50  
Digərləri Balaca qızcığazın udduğu maqnit kürələr onu xəstəxanalıq etdi

Moskvada balaca qız maqnit konstruktordan 12 kürə udub. Maqnit kürələr bir

arrow Ətraflı
"Fransa hakimiyyəti miqrantları buraxmır, lakin terrorçuları müdafiə edir" like
  • 31 Mar 16:48  
Dünya "Fransa hakimiyyəti miqrantları buraxmır, lakin terrorçuları müdafiə edir"

Prezident Emmanuel Makron hökuməti miqrantları buraxmır, lakin terrorçular�

arrow Ətraflı
Yoluxanların sayı açıqlandı like
  • 31 Mar 16:40  
Digərləri Yoluxanların sayı açıqlandı

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 64 yeni yolux

arrow Ətraflı
"Şəfiqə Məmmədova hamıya “xox gəlir”: Xalq artisti əsəbləşdi like
  • 31 Mar 16:37  
Şou-biznes "Şəfiqə Məmmədova hamıya “xox gəlir”: Xalq artisti əsəbləşdi

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının sədri, Xalq artist

arrow Ətraflı