Ölkəsində “dəli” ləqəbi alan, NASAda çalışan dahi türk kim idi? FOTO
Digərləri 29 Mar 2023 22:26:00 371 0
Bu xəbəri də oxu: Əmircandakı Nizaməddin məscidinin sirli zirzəmisi: Sığınacaq, yoxsa qəbiristanlıq? FOTO
Bu adamı Türkiyənin baş naziri Adnan Menderes kəşf edib ABŞ-a göndərmişdi. O radarsız raketləri icad edən və NASA-nın ən dəyərli işçisi hesab olunan İrfan Mavrukdur.
Son.az lent.az-a istinadən İrfan Mavruk haqqında maraqlı faktları təqdim edir.
İrfan Mavruk 1940-cı ildə Adanada doğulmuşdu.
Adanada hələ peşə məktəbində təhsil alarkən balaca raketlər düzəldib havaya uçururdu. Elə buna görə başı dərddən açılmırdı, dəfələrlə polis idarəsinə çağırılmışdı. Müxtəlif layihələr hazırlayırdı, lakin kimsə başa düşmür və qəbul etmirdi. Bir gün məktəbdə fizika dərsində atomla bağlı danışdıqları müəllimin diqqətini çəkir və o bu barədə şəhər rəhbərliyinə xəbər verir. Xəbər qəzetlərdə yayılır, hətta o vaxtkı baş nazir Adnan Menderesə qədər gedib çatır.
O, İrfanı "Dolmabahçe" sarayına dəvət edir. Oğlanın çox istedadlı və üstün zəkalı biri olduğunu söyləyən alimlər onu dövlət xətti ilə ABŞ-a üstün zəkalı şagirdlərin təhsil aldığı xüsusi məktəbə göndərirlər. 1959-cu ildə İrfan xüsusi test imtahanları verərək Kolombiya Universitetinə (ABŞ-ın Nyu-York şəhərinin Manhetten bölgəsində yerləşən özəl ali təhsil müəssisəsi) daxil olur. O, Hyustonda nüvə təcrübələri aparılan məzkəzə xüsusi maaşla dəvət olunur və işləməyə başlayır.
İrfan kosmosa göndərilən raketlərin hansı səbəblərlə partladığını araşdırır və bunun qarşısını almaq üçün həll yollarını təqdim edir. Universitet təhsilini başa vurduqdan sonra gizli silahlar hazırlayn xüsusi məkəzdə, nüvə silahlarının detallarını hazırlayan xüsusi zavodda işləyən İrfan Mavruk kosmosda atom yükünü hesablayan cihaz hazırlayır. Onun ən böyük kəşfi isə yerdən idarə edilmədən kosmosda fəaliyyət göstərə bilən ağıllı raketlərin icadı idi. NASA İrfan Mavrukun fəaliyyətini yüksək qiymətləndirib, onu xüsusi mühafizə altına almışdı.
İrfan Mavruk 2010-cu ildə 69 yaşında Nyu-Yorkda ürək tutması nəticəsində vəfat edib. O illərdə Türkiyədə çıxan qəzetlərdə İrfan Mavruk haqqında ABŞ-da xüsusi qanun çıxarılmasından və onun gizli polis qüvvələri tərəfindən qorunmasından yazılmışdılar.
Öz ölkəsində hər kəsin "dəli" adlandırdığı dahi ömrü boyu və hətta ölümündən sonra Amerikada xüsusi şərəfə layiq görülüb.
İsrailin Baş naziri Binyamin Netanyahu Azərbaycanın xarici işlər naziri Ce
Sadiqlik bizim hər bir münasibətimizdə axtardığımız keyfiyyətdir. Dostl
Bu həftə ABŞ-da keçiriləcək "Demokratiya Sammiti" həm virtual,
20 mart tarixində keçirilən "Səs Azərbaycan: Doğma nəğmələr"
Martın 30-da Türkiyə parlamenti Finlandiyanın Şimali Atlantika Müqaviləsi
Süni intellekt artıq həyatın bütün sahələrinə daxil olub. Elm adamları
49 nömrəli "İntellekt" məktəb-liseyində valideynlərdən vəsait
Martın 21-də Rusiyanın SvoeTV kanalında "Gələcəyin proqnozu" ve
Övladı 27 yaşlı Fərid Səfərlidən xəbər ala bilməyən ana - Dilarə Ə
Ermənistanın baş naziri Nikol Paşinyanın da qatıldığı "Demokratiya
Problemi olan insanların bəzilərinin ehtiyac duyduğu ilk şey dərdini böl�
Aktyor Mehmet Aslantuğ millət vəkili namizədi olub.