Blinken ABŞnin Ukraynaya lendliz çərçivəsində silah vermədiyini bildirib
Dünya 23 Mar 2023 23:41:00 285 0
ABŞ Ukraynaya silah və hərbi texnikanın tədarükü üçün mövcud lend-liz mexanizmindən istifadə etmir.
Bu xəbəri də oxu: ABŞdəki yanğın peykdən belə görünür
Son.az "report"a istinadən xəbər verir ki, bu barədə ABŞ-nin dövlət katibi Entoni Blinken bildirib.
"Hələlik bu konkret səlahiyyətlərdən istifadənin zəruri hesab edildiyinə dair məlumatım yoxdur", - ABŞ Konqresinin Nümayəndələr Palatasının Xarici əlaqələr komitəsində Vaşinqtonun lend-liz üzərində Kiyevə silah ötürüb-ötürmədiyinə dair sualı cavablandırarkən xarici siyasət idarəsinin rəhbəri qeyd edib.
Blinken xatırladıb ki, Ukrayna təkcə ABŞ-dən deyil, digər Qərb ölkələrindən də "çox əhəmiyyətli" hərbi yardım alır. Dövlət katibi aydınlıq gətirib ki, ABŞ-nin tədarükü "əsasən ABŞ Müdafiə Nazirliyinin mövcud hesablarındakı vəsaitlərin ödənilməsi hesabına" həyata keçirilir.
"Bundan başqa, birbaşa tədarüklər və digər mexanizmlər var. Lakin əsas diqqət ABŞ Müdafiə Nazirliyinin hesablarından vəsaitlərin xərclənməsidir", - Blinken əlavə edib.
Xatırladaq ki, ABŞ prezidenti Cozef Bayden Kiyevə hərbi yardımın göstərilməsini sadələşdirmək üçün ötən ilin mayında Ukraynaya lend-liz üzərindən silah tədarükü haqqında qanun layihəsini imzalayıb.
Qanun ötən il oktyabrın 1-dən qüvvəyə minib.
Rusiyanın qırıcı təyyarələri Xarkov vilayətinin Boquslavka kəndi yaxın
Rusiya Ədliyyə Nazirliyi bloqer İlya Varlamovu xarici agentlərin reyestrinə
Aİ ölkələrinin liderləri Ukraynaya sursat təchizatının sürətləndirilm
2023-cü ilin yanvar ayında ölkə iqtisadiyyatında muzdla çalışan işçil�
Ötən il Polşa qonşu Ukraynaya ümumilikdə milyard zlot (6,4 milyard avro) h
Suriya və Səudiyyə Ərəbistanı qarşılıqlı şəkildə səfirliklərini a
Aparıcı Vüsalə Əlizadə ötən gün Oqtay Əliyevin ölüm xəbərini canl�
"Ruslar müvəqqəti olaraq Nova Kaxovkadadırlar. Düşmənin guya bu yaş
Fransanın paytaxt Paris də daxil olmaqla böyük şəhərlərində pensiya isl
Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi imzalanacaq və tərəfl�
Ermənistan 2020-ci il 10 noyabr bəyannaməsi ilə üzərinə götürdüyü öh