Dodaq boyası haqqında 6 fakt
Digərləri 23 Mar 2023 20:12:00 248 0
Bütün qadınların makiyaj çantasında ən az bir dodaq boyası olur. Bu kiçik dekorativ kosmetika xırda bir toxunuşla möcüzə yarada bilir. Sehri ondan ibarətdir ki, qadınlara özünü daha inamlı və gözəl hiss etdirir. Xüsusilə qırmızı dodaq boyası çəkən qadının davranış və ədası dərhal dəyişir. Makiyaj trendləri yox olur, amma pomada qalır. Bir çox cəhətdən əksər ulduzlar populyarlıqlarını ona borcludurlar. Merilin Monronu, Dita Von Tizi və ya Qven Stefanini qırmızı dodaqsız təsəvvür etmək olar? Əlbəttə ki, yox.
Son.az oxucuları dodaq boyası barədə maraqlı faktlarla tanış edir.
Qədim Yunanıstanda dodaqlar yalnız "ilk qədim peşənin" nümayəndələri tərəfindən rənglənirdi. Ləyaqətli qadınlara özlərini belə bəzəmək qadağan idi.
ABŞ-ın ilk prezidenti Corc Vaşinqton ictimai çıxış zamanı daha gözəl görünmək üçün dodaqlarını dodaq boyası ilə boyayıb.
Kraliça II Yelizaveta 1952-ci ildə tacqoyma mərasiminə hazırlaşarkən, paltarına mükəmməl uyğunlaşmaq üçün xüsusi pomada çalarları sifariş etmişdi. Nəticədə ortaya çıxan soyuq qırmızı rəng Şotlandiyadakı qalasına uyğun gəldiyi üçün "Balmoral" adlandırıldı.
İkinci Dünya müharibəsi illərində Britaniyada bütün kosmetik vasitələrin istehsalı qadağan edilmişdi. Uinston Çörçill yalnız pomada üçün bir istisna etdi - o, qadınlar tərəfindən istifadənin "əhalinin mənəviyyatını artırdığına" inanırdı.
Elizabet Teylor qırmızı dodaq boyasını o qədər sevirdi ki, çəkildiyi filmlərdə qırmızı dodaqların yalnız onda olmasını tələb edirdi.
Pomada istehsalında əsl bum 20-ci əsrin 20-ci illərində baş verib. Bu, qara və ağ filmin meydana gəlməsi ilə əlaqədar idi. Kino ulduzları kadrda parlaq görünmək istəyirdilər.
Dodaq baxımı bazarında ən populyar məhsullar qırmızı pomada deyil, çəhrayı parıldadıcı deyil... rəngsiz balzamlardır. (publika.az)
Macarıstan Beynəlxalq Cinayət Məhkəməsinin Rusiya Prezidenti Vladimir Puti
Naxçıvanda avtomobil velosiped sürən uşaqları vurub.
Türkiyə parlamentinin xarici əlaqələr komitəsi Finlandiyanın NATO-ya üzv
Slovakiya ötən il milli hərbi hava qüvvələrindən çıxarılan 13 ədəd M
"Oqtayın heç bir ürək xəstəliyi olmayıb. Ürəyindən əməliyyat da
Kembric imtahanlarına, OGE və Vahid Dövlət İmtahanlarına hazırlıq proqra
Dünən Saray qəsəbəsi yaxınlığında baş verən dəhşətli qəzada düny
İran Vətən Müharibəsindən əvvəl Ermənistana siyasi, hərbi və iqtisadi
Xalq artisti Zülfiyyə Xanbabayeva ötən gün yol-nəqliyyat hadisəsi zamanı