Çiçəklərin tozları və bəzi qidalar allergiyaya səbəb olur
Digərləri 22 Mar 2023 21:16:00 278 0
Yazın gəlişi ilə təbiət oyanır, əhvali-ruhiyyə yüksəlir. Təbiətin oyanmasının müsbət təsirləri ilə yanaşı mənfi fəsadları da var. Xüsusilə allergiyası olanlar yaz gələn kimi əziyyət çəkməyə başlayırlar. Çiçəklərdə gedən tozlanma prosesi onlarda allergik reaksiyalar əmələ gətirir.
Bu xəbəri də oxu: 6 yaşlı Şirinin qatilinin cəzası bəlli oldu
Son.az AZƏRTAC-a istinadən xəbər verir ki, həkim-allerqoloq Aynurə Mənsimovanın dediyinə görə, hər il mart ayında həmin allergiya növü ilə əlaqədar şikayətlər artır, əlamətlər isə fərqli olur: "Pollinozun başqa forması tozcuq bronxial astmadır. Bronxial astma xəstələrinə isə boğulma, təngnəfəslik, xışıltılı tənəffüs kimi əlamətlər xasdır. Aparılan müayinə zamanı ağciyərlərdə quru fitverici xırıltılar özünü büruzə verir".
Mütəxəssislər allergiyası olanların xüsusilə yaz aylarında qida rasionuna daha çox diqqət yetirməli olduğunu bildirirlər. Qida allergiyasının klinik əlamətləri əsasən qidanın istehlakından sonra 2 dəqiqədən 2 saat müddətində meydana çıxır. Bunlara dəridə səpgi, qızartı, ağız nahiyəsində qıcolma, nəfəsalmada çətinlik, huşun itməsi, qarında spazm kimi əlamətlər aiddir. Novruz bayramında nəzərə almaq lazımdır ki, bəzi qida məhsulları və təamlar da allergik reaksiyaya səbəb ola bilər. Məsələn, yumurta çox güclü allergik məhsul sayılır. Qoz, fındıq, yerfındığı və başqaları da allergik qida hesab olunur.
Mövsümü allergiyaların birdəfəlik tam müalicəsi olmasa da, xəstəlikdən əziyyət çəkənlər hər il həkim tərəfindən təyin olunan müalicəni davam etməlidirlər. "Mövsümü allergiyaları aradan qaldıran vasitə olmasa da, allergik peyvəndlərlə, ola bilər spesifik immunoterapiya ilə bədəndəki həssaslıqlar, yəni xəstədə hansı allergenə həssaslıq varsa, ona qarşı peyvənd edilir",- deyə həkim-allerqoloq bildirib.
Azərbaycanın İsraildə səfirliyinin açılmasına 7 gün qalıb.
Floridanı bürümüş nəhəng pitonların çoxalmasını dayandırmaq artıq n
ABŞ-ın Dartmut Kollecinin alimləri müəyyən ediblər ki, COVID-19 üzləri
Azərbaycanın əməkdar mədəniyyət işçisi, tanınmış televiziya prodüse
İsveç Parlamenti NATO-ya üzv olmağa icazə verən qanun layihəsini qəbul e
Braziliyanın San-Paulu Dövlət Universitetində elm adamları səhər yeməyin
Braziliyanın ən məşhur teleaparıcılarından biri 56 yaşlı Klaudiya Rayya
Martın 22-si saat 16:20 radələrində guya Azərbaycan tərəfindən açılan
Evlilikdə sədaqət simvolu daşıyan üzüklər cütlüklər üçün böyük �
Əməkdar artist Teymur Əmrah "Gül kimi şou" proqramında Xalq arti
Tanınmış stilist Joe bu ilin yayında dəbdən düşmüş 3 kişi geyimini a�
İranın Bakıya qarşı qeyri-səmimi mövqeyi, təhdidləri Güney Azərbaycan
Bakı-Sumqayıt yolunda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı Daxil
Kırklarelinin Vize rayonunda keçən il yağışlarla dolub-daşan Kazandere b�