Hədəf Türkiyəni parçalamaqdır
Dünya 20 Mar 2023 14:31:00 265 0
ABŞ İraqı işğal etməklə "Böyük Kürdüstan" layihəsi yaratmağı qarşısına məqsəd qoymuşdu, məqsəd təkcə Bağdad deyil, həm də Türkiyə, Rusiya və Çin idi.
Bu xəbəri də oxu: Qazaxıstanda 18 avtomobilin iştirakı ilə ağır qəza oldu
Son.az Axar.az-a istinadən xəbər verir ki, bunu türkiyəli tarixçi Mehmet Perinçək deyib.
"ABŞ-ın İraqa müdaxiləsi və işğalı ölkənin beynəlxalq hüquqa münasibətinin bariz nümunəsidir. İşğal bütünlüklə yalan və qara təbliğat əsasında həyata keçirilib. Qərb mediası işğalı əlverişli şəkildə təqdim etməyə çox çalışıb. ABŞ-ın işğalından 20 gün əvvəl İraqda idim, Səddam Hüseyn rejimi tərəfindən dəvət olunmuşdum, orada bir sıra çıxışlar etdim. Qərb mediasının İraqla bağlı təbliğatının nə qədər vicdansız olduğunu öz gözlərimlə gördüm. ABŞ-ın İraqa müdaxiləsi birqütblü dünya layihəsini həyata keçirmək cəhdi idi. Hədəf təkcə İraq və Səddam Hüseyn hökuməti deyildi. Bu, "Böyük Kürdüstan" layihəsinin tərkib hissəsi olan "Böyük Orta Şərq" layihəsi çərçivəsində 24 ölkənin sərhədlərinin dəyişdirilməsi cəhdi idi. Bu layihə Türkiyə, Rusiya, Çinə yönəlib", - o bildirib.
Tarixçi hesab edir ki, ABŞ-ın layihəsi həm də bütün Avrasiyanın parçalanması demək idi:
"Liviyada başlayan və Suriyaya yayılan "Ərəb baharı" Rusiya üçün bir növ təhdid siqnalı idi. Layihənin məqsədi Mərkəzi Asiyada ehtiyatlar əldə etməkdir. ABŞ-ın İraqı işğalından sonra Türkiyədə terror aktlarının sayı kəskin şəkildə artıb. Türkiyənin parçalanması həm o zaman, həm də indi Birləşmiş Ştatların hədəfi idi".
Onun sözlərinə görə, ABŞ-ın İraqa müdaxiləsi ilə PKK yenidən oyandı:
"Bu, İŞİD-in yaradılmasına zəmin yaratdı. Məqsəd nəzarət olunan xaos yaratmaq idi. Onu da vurğulamaq lazımdır ki, ABŞ ilk dəfə olaraq sanksiyalar alətindən istifadə etməyə başladı və beləliklə, İraqın işğalına zəmin yaratdı. Türkiyə bunlardan yaxşı dərs çıxartdı, ona görə də indi Rusiyaya qarşı heç bir sanksiyalarla bağlı deyil".
Son.az
Alimlər insanların buruq saçlara nə üçün ehtiyac duyduğunu tapıblar.
Mərhum müğənni Elvis Presli ailə üzvləri arasındakı qalmaqal bitmək bi
Son.az Kulis.az-a istinadən Əməkdar artist Nəzakət Məmmədova haqqında ma
Ötən sutka ərzində Ukrayna sərhədçiləri Rusiya ordusunun Baxmut şəhər
Gündəlik həyatımızda baş verən hadisələrə sevindiyimiz qədər də əs
Azərbaycan xalqı 30 ilə yaxın dövr ərzində hər il Novruz bayramını Qar
Çin Xalq Respublikasının sədri Si Cinpin Prezident Vladimir Putinin dəvəti
Naftalanda sabiq icra başçısının qardaşı oğlu yol qəzasında ölüb.
Stilist Kristin Nikolson insanların ən çox iyrəndiyi qarderob əşyalarını
"Yol" sistemi ilə ölkəni tərk edən hərbi yaşda olan 10 minə ya
Tərtərin Talış kəndində 30 ildən sonra ilk dəfə bayram şənliyi keçir
Sabirabad rayonunda 1967-ci il təvəllüdlü Muğamat İbadov 46 yaşlı arvad�
Çinə Rusiyaya stavka etmək sərfəli deyil, çünki Kreml perspektivi olmayan
Göz problemlərindən hər bir yaşın nümayəndəsi əziyyət çəkir. Çox