Erkən yaşda saç ağarmasının qarşısını almağın
Digərləri 20 Mar 2023 12:20:00 300 0
Saçların erkən ağarması bir çox insanın qorxulu yuxusuna çevrilib. Təbii ki, bu vəziyyətin qarşısını almaq üçün ilk üstünlük verilən üsul saçların rənglənməsidir. Ancaq saç boyalarının tərkibindəki kimyəvi maddələrdən qorxanlar daha təbii üsullara əl atırlar.
Bu xəbəri də oxu: Avtobusda ərini bıçaqlayan hamilə qadın ŞOK SƏBƏBİ AÇIQLADI FOTO
Bəs, saçların erkən ağarmasının qarşısını almaq üçün hansı məqamlara diqqət yetirilməlidir?
Son.az Lent.az-a istinadən saçların erkən ağarmasına səbəb olan əsas məqamları təqdim edir:
1. Kalsiumla zəngin pəhriz yeməkləri
Gündəlik həyatda kifayət qədər kalsium ehtiva edən qidaların qəbulu sümüklər və əzələlər üçün həyati əhəmiyyət daşıyır. Kalsium saçların ağarmasından da qoruyur. Gündə 200 mq kalsium qəbul etməklə həm saçların ağarmasının qarşısını ala, həm də kalsium tərkibli qidalardan yararlanaraq daha sağlam həyata addım ata bilərsiniz.
2. Stressdən uzaq bir həyat
Stress sağlamlığa mənfi təsir edən amillərdəndir. Bir çox sağlamlıq probleminin təməlində dayanan stress, saç piqmentlərinə də böyük ziyan vurur. Bunun qarşısını almaq üçün stresinizi düzgün idarə etməklə başlaya bilərsiniz. Özünüzü rahatlaşdırmaq üçün müxtəlif meditasiya üsullarını sınamağınız tövsiyə olunur. Bununla da saçlarınızı ağarmaqdan qoruya bilərsiniz.
3. Keyfiyyətli protein ehtiva edən qidalardan istifadə
Sağlam bədənə sahib olmaq üçün balanslaşdırılmış qidalanma da çox vacibdir. Keyfiyyətli zülal qəbulunu artırmaqla saç, dırnaq və dərinizin əvvəlkindən daha sağlam görünməsi mümkündür. Pəhrizinizə ət, süd və yumurta kimi zülalla zəngin qidaları daxil edərək ağarmış saçlara "dayan" deyə bilərsiniz.
4. Bədəndəki dəmir çatışmazlığının aradan qaldırılması
Saçlarınız erkən yaşda ağarmağa başlayıbsa, bu, dəmir çatışmazlığının göstəricisi ola bilər. Dəmir qan hüceyrələrinin oksigeni bütün bədənə daşımasında mühüm rol oynayır. Sağlamlığa birbaşa təsir edən bu çatışmazlıq nəzarət altına alınmazsa, immunitetin zəifləməsinə və nəticədə bir çox xəstəliklərin yaranmasına səbəb olur.
Dəmir səviyyənizi nəzarət altında saxlamaq üçün qida rasionunuza qırmızı ətin daxil edilməsi faydalıdır.
Son.az
Azərbaycan Dillər Universitetinində tələbə dekan müavini təyin olunub.
Balakəndə övladının avtomobillə vurduğu ana 17 gün sonra xəstəxanada �
Avropa Azərbaycan Məktəbi 2023-cü ilin mart ayında Amerika Azərbaycan Tica
Novruz qədim və böyük bayram kimi yazın gəlişi ilə əlaqədar olaraq qey
70-ci illərdə trenddə olan saç kəsimləri bu il yenidən dəbə minib.
Son 2 gündə Azərbaycanda 24,5 kiloqram narkotik aşkarlanıb.
Qazaxıstanda keçirilən seçkilərdə hakim "Amanat" partiyası 53,4
Yeni sevgi macərasına başlayan Türkiyənin tanınmış aktyoru Mert Yazıcı
İranlı narkotacirdən onlayn yolla külli miqdarda narkotik alan Mingəçevir
20 mart 2023-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər nazi
Fransa prezidenti Emmanuel Makronun populyarlıq reytinqi pensiya islahatları f
Böyük Britaniya, Aİ, Kanada, İsveçrə, Yaponiya və ABŞ Federal Sisteminin
Rusiyanın xarici işlər naziri Sergey Lavrov bazar ertəsi Moskvaya işgüzar