Bakıda ümumşəhər daxili iməcilik keçirilib FOTO


Digərləri 18 Mar 2023 13:56:00 232 0

Bakıda ümumşəhər daxili iməcilik keçirilib  FOTO

Bakı Şəhər İcra Hakimiyyətinin qərarına uyğun olaraq yaz mövsümü ilə əlaqədar martın 18-də paytaxt ərazisində təmizlik və abadlıqla bağlı ümumşəhər daxili iməciliyi keçirilib.

Bakı Şəhər İcra Hakimiyyəti qurumlarının əməkdaşlarının iştirakı ilə səhər saatlarından başlanan iməcilik paytaxtın bütün rayonlarını əhatə edib. İməcilik zamanı paytaxtın kommunal xidmətləri tərəfindən şəhərdə prospekt və küçələrin, səki kənarlarının, bordürlərin və buradakı işıq dirəklərinin, yol kənarındakı məhəccərlərin, bir sıra binaların fasadlarının, park və istirahət yerlərində oturacaqların yuyulması həyata keçirilib.

İməcilikdə həm də prospekt və küçələr boyunca yerləşən ictimai iaşə, ticarət və digər obyektlərin vitrinləri, köşklər və avtobus dayanacaqları yuyulub, ətrafı təmizlənib. İctimai iaşə, mağaza və digər obyektlərin əməkdaşları öz obyektlərinin fasad və vitrinlərinin yuyulması, onların qarşısında səliqə-sahman yaradılması işlərində fəallıq göstəriblər. Həmçinin Bakı Şəhər İcra Hakimiyyətinin çağırışına qoşulan müəssisə, idarə və təşkilatların kollektivləri, şəhər sakinləri də bu iməcilikdə yaxından iştirak ediblər.

Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyi əməkdaşları tərəfindən əsas magistral yol və prospektlərin kənarlarındakı ağacların dibi yumşaldılıb, qurumuş budaqları budanıb, həmişəyaşıl ağaclar yuyulub. Eyni zamanda, şəhər ərazisində Abşeron iqliminə uyğun yeni ağaclar, kollar, güllər əkilir, yaşıllıq zolaqları və parklarda qazon örtüyünün yenilənməsi aparılır.

Bakı Şəhər İcra Hakimiyyəti kommunal təsərrüfat xidmətlərinin texnikası əsas küçə və prospektlərin yuyucu maddələrlə yuyulmasını aparıb, əməkdaşlar tərəfindən balansda olan yaşayış binalarında, həyət və yaşayış məhəllələrində, məişət tullantılarının atıldığı konteyner meydançalarının ətrafında əlavə təmizlik işləri görülüb.

Prezident: Ermənistan rəhbərliyini çirkin əməllərdən çəkindirmək üçün xəbərdar edirik like
  • 18 Mar 13:51  
Siyasət Prezident: Ermənistan rəhbərliyini çirkin əməllərdən çəkindirmək üçün xəbərdar edirik

Əfsuslar olsun ki, bu gün İkinci Qarabağ müharibəsinin ibrət dərsi Ermə

arrow Ətraflı
Ötən gün yol qəzalarında 6 nəfər ölüb like
  • 18 Mar 13:46  
Digərləri Ötən gün yol qəzalarında 6 nəfər ölüb

Örən gün respublikanın avtomobil yollarında ölümlə nəticələnən 5 yol

arrow Ətraflı
"44 gün ərzində mənfur düşməni torpaqlarımızdan qovduq" like
  • 18 Mar 13:35  
Siyasət "44 gün ərzində mənfur düşməni torpaqlarımızdan qovduq"

Biz öz haqqımızı, öz hüquqlarımızı döyüş meydanında bərpa etdik. Q

arrow Ətraflı
Həbs edilən gömrük generalları ev dustaqlığına buraxıldılar like
  • 18 Mar 13:34  
Digərləri Həbs edilən gömrük generalları ev dustaqlığına buraxıldılar

Dövlət Gömrük Komitəsinin Əməliyyat və İstintaq Baş İdarəsinin rəis

arrow Ətraflı
Ağdamda ekskavator minaya düşdü like
  • 18 Mar 13:33  
Digərləri Ağdamda ekskavator minaya düşdü

Ağdamda ekskavator minaya düşüb.

arrow Ətraflı
Pullarının yarısını itirən Şeron Stoun ağladı like
  • 18 Mar 13:22  
Şou-biznes Pullarının yarısını itirən Şeron Stoun ağladı

Aktrisa Şeron Stoun Döş Xərçəngi Tədqiqatları Fondunun ianə toplama gec

arrow Ətraflı
Evdən qaçan meymun qadının qulağını qopardı  VİDEO like
  • 18 Mar 13:10  
Digərləri Evdən qaçan meymun qadının qulağını qopardı VİDEO

ABŞ-ın Oklahoma ştatının Dixon şəhərində evdən qaçan meymun qadının

arrow Ətraflı
Reynmen Bakıda konsert verəcək like
  • 18 Mar 13:02  
Şou-biznes Reynmen Bakıda konsert verəcək

Youtuber kimi məşhurlaşan ve sonra çıxardığı "Ela", "Leyl

arrow Ətraflı
Sumqayıt Dövlət Dram Teatrında “Dəcəl keçi” tamaşası nümayiş olunacaq like
  • 18 Mar 13:00  
Kriminal Sumqayıt Dövlət Dram Teatrında “Dəcəl keçi” tamaşası nümayiş olunacaq

Mart ayının 26-da Sumqayıt Dövlət Dram Teatrında "Dəcəl keçi"

arrow Ətraflı
Ali məktəblərimiz niyə beynəlxalq reytinq siyahısına düşə bilmir?  VİDEO like
  • 18 Mar 12:58  
Digərləri Ali məktəblərimiz niyə beynəlxalq reytinq siyahısına düşə bilmir? VİDEO

Azərbaycan ali təhsil müəssisələrinin göstəriciləri isə ürəkaçan de

arrow Ətraflı
İlham Əliyev: Novruz təbriklərimi doğma Qarabağ diyarından deməyim böyük xoşbəxtlikdir like
  • 18 Mar 12:50  
Siyasət İlham Əliyev: Novruz təbriklərimi doğma Qarabağ diyarından deməyim böyük xoşbəxtlikdir

Üçüncü dəfədir ki, Azərbaycan xalqına Novruz təbriklərimi doğma Qarab

arrow Ətraflı
"Ben bu cihana sığmazam"da yeni sima  FOTO like
  • 18 Mar 12:46  
Digərləri "Ben bu cihana sığmazam"da yeni sima FOTO

"Atv" kanalında yayımlanan "Ben bu cihana sığmazam" seri

arrow Ətraflı