FHNin Türkiyədə olan çevik xilasetmə qüvvələrinin sonuncu qrupu ölkəmizə qayıdır


Digərləri 17 Mar 2023 12:10:00 160 0

FHNin Türkiyədə olan çevik xilasetmə qüvvələrinin sonuncu qrupu ölkəmizə qayıdır

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən Türkiyə Respublikasında baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarına dəstək məqsədilə qardaş ölkədə olan Fövqəladə Hallar Nazirliyinin çevik xilasetmə qüvvələrinin sonuncu qrupu ölkəmizə yola düşüb.

Son.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb. Məlumata görə, 8 ədəd nəqliyyat vasitəsindən ibarət avtomobil karvanı bu gün səhər saatlarında Kahramanmaraş şəhərindən ölkəmizə yola düşüb.

Qeyd edək ki, güclü zəlzələnin fəsadlarının aradan qaldırılmasına dəstək məqsədilə zəlzələ baş verən ilk gündən etibarən Fövqəladə Hallar Nazirliyi tərəfindən Türkiyəyə 8 baş xüsusi təlim görmüş xilasetmə iti, 3 ədəd xüsusi təyinatlı xilasedici nəqliyyat vasitəsi və digər zəruri xilasetmə vasitələri ilə təchiz olunmuş ümumilikdə 760 nəfərdən ibarət xilasedici və tibbi heyət göndərilib. Həyata keçirilmiş axtarış-xilasetmə əməliyyatları nəticəsində FHN-in qüvvələri tərəfindən dağıntılar altından 17-si uşaq olmaqla 53 nəfər sağ, 755-i Kahramanmaraşda və 25-i Hatayda olmaqla 780 nəfərin cəsədi çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Bununla yanaşı, Azərbaycan Prezidentinin tapşırığına uyğun olaraq, Fövqəladə Hallar Nazirliyi tərəfindən qardaş ölkəyə humanitar yardım olaraq 2630 ədəd müxtəlif ölçülü çadır, 707 ədəd qızdırıcı, 5 ədəd böyük gücə malik generator, 540 ədəd çarpayı, 724 ədəd adyal, 724 ədəd adyal üzü, 650 ədəd masa, 2000 ədəd oturacaq, 8000 ədəd geyim dəsti, 20000 cüt corab, 7000 ədəd iplik dəsmal və digər ləvazimatlar çatdırılıb. Həmçinin, ümumilikdə 19330 nəfər zərərçəkmiş Nazirliyin Kahramanmaraş rayonunda qurduğu mobil səhra mətbəxlərində hazırlanan qida ilə təmin olunub.

Son.az 

Generalın qardaşına yeni like
  • 17 Mar 11:59  
Digərləri Generalın qardaşına yeni

Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, polis general-mayoru Ramiz Zeynalo

arrow Ətraflı
Bu ilin sonunadək Laçına ilk köç baş tutacaq, like
  • 17 Mar 11:53  
Siyasət Bu ilin sonunadək Laçına ilk köç baş tutacaq,

Bu ilin sonunadək Laçına ilk köç baş tutacaq, 296 ailə məskunlaşdırıl

arrow Ətraflı
IGB müxtəlif ölkələrə qaz nəqli üçün təhlükəsiz marşrut təmin edə bilər like
  • 17 Mar 11:50  
Digərləri IGB müxtəlif ölkələrə qaz nəqli üçün təhlükəsiz marşrut təmin edə bilər

Yunanıstan-Bolqarıstan inetrkonnektoru (IGB) müxtəlif ölkələrə qaz nəql

arrow Ətraflı
Həbsdə olan əmisi oğluna toyuğun içində narkotik keçirən şəxs saxlanılıb like
  • 17 Mar 11:47  
Kriminal Həbsdə olan əmisi oğluna toyuğun içində narkotik keçirən şəxs saxlanılıb

Penitensiar xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-ax

arrow Ətraflı
Azad olunmuş ərazilərin yenidən qurulmasına like
  • 17 Mar 11:45  
Digərləri Azad olunmuş ərazilərin yenidən qurulmasına

"Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında "Ağdam"

arrow Ətraflı
Dünyada resessiyaya baxmayaraq Azərbaycanda iqtisadi artım davam edib like
  • 17 Mar 11:43  
Siyasət Dünyada resessiyaya baxmayaraq Azərbaycanda iqtisadi artım davam edib

Dünyada resessiyaya baxmayaraq Azərbaycanda iqtisadi artım davam edib.

arrow Ətraflı
Vəzifəli şəxs İcra Hakimiyyətinin qarşısında bıçaqlandı like
  • 17 Mar 11:40  
Kriminal Vəzifəli şəxs İcra Hakimiyyətinin qarşısında bıçaqlandı

Sumqayıtda vəzifəli şəxs işlədiyi yerin qarşısında bıçaqlanıb.

arrow Ətraflı
Qərbi Azərbaycan İcması Ermənistan XİNin qərəzli bəyanatına like
  • 17 Mar 11:30  
Siyasət Qərbi Azərbaycan İcması Ermənistan XİNin qərəzli bəyanatına

Qərbi Azərbaycan İcması Ermənistan Xarici İşlər Nazirliyinin (XİN) qər

arrow Ətraflı
İmtahan zalına qumbara keçirməyə çalışan olub like
  • 17 Mar 11:28  
Digərləri İmtahan zalına qumbara keçirməyə çalışan olub

İmtahan zalına qumbara keçirməyə çalışan olub.

arrow Ətraflı
VTB (Azərbaycan) bayram günləri də xidmətinizdədir! like
  • 17 Mar 11:25  
Digərləri VTB (Azərbaycan) bayram günləri də xidmətinizdədir!

VTB (Azərbaycan) Novruz bayramı ilə əlaqədar qeyri-iş günlərində də m�

arrow Ətraflı
Şəhid ailə üzvlərinin banklara olan 126,4 min manat borcu silinib like
  • 17 Mar 11:17  
Siyasət Şəhid ailə üzvlərinin banklara olan 126,4 min manat borcu silinib

Ötən il "YAŞAT" Fondu tərəfindən istehlak kreditləri və digər

arrow Ətraflı
Vejnəli qızıl yatağında təhviltəslim işləri başa çatdırılıb like
  • 17 Mar 11:11  
Digərləri Vejnəli qızıl yatağında təhviltəslim işləri başa çatdırılıb

Vejnəli qızıl yatağında təhvil-təslim işləri başa çatdırılıb.

arrow Ətraflı
Bütün 5 yaşlı uşaqlar məktəbəhazırlığa cəlb ediləcək like
  • 17 Mar 11:09  
Digərləri Bütün 5 yaşlı uşaqlar məktəbəhazırlığa cəlb ediləcək

Gələcəkdə bütün 5 yaşlı uşaqlar məktəbəhazırlığa cəlb ediləcək

arrow Ətraflı