"İndi utanmadan özümə aktrisa deyə bilirəm"
Şou-biznes 16 Mar 2023 03:22:00 307 0
"Aktyor, aktrisa rol kompleksi yaşamamalıdır. Hər bir obrazı oynaya bilər, oynamalıdır da. "Filan rol mənə yaraşmır, bunu oynaya bilmərəm" kimi sözləri qeyri-professionallar, qeyri-peşəkarlar deyə bilər. Çünki onlar bu sənətə efirdə görünüm, hamı məni tanıyıb, sevsin deyə gəlirlər. Film elə bir sənətdir ki, orada ikinci şansın da olur. Amma teatrda ikinci şans yoxdur, səhnəyə çıxıb oynayırsan, alındısa alınır, alınmadısa ikinci dəfə alınmır. Bu şans sənə canlı ünsiyyət zamanı verilir. Bizim sənətdə damğa söhbəti də var. Aktyor bir obrazı oynayır, onunla da tamaşaçıların yaddaşında qalıb, sevilir. Rejissorlar ona rol vermir, senaristlər onun üçün senari yazmır. Bu çox pis şeydir. Hətta ona öz adı ilə deyil, obrazın adı ilə müraciət edirlər".
Bu xəbəri də oxu: "Bəzən toy sahibləri xahiş edirlər ki, "Barbi" imicində gəlim"
Son.az xəbər verir ki, bunu moderator.az-a açıqlamasında Akademik Milli Dram Teatrının aparıcı aktrisası, əməkdar artist Vəfa Zeynalova deyib.
"Bu sənətdə qeyri-peşəkarlar çoxdur. Bilmirəm bu güvən onlarda hardandır ki, özlərinə çox rahatlıqla aktyor-aktrisa deyirlər. 30 ildir ki, teatrdayam, indi utanmadan özümə aktrisa deyə bilirəm. Yenə də ehtiyat edirik bu sözü işlətməyə. Onlar hələ ki, kiçik obraz oynamağa cəhd edirlər. Xahiş edirəm, adımıza ləkə gətirməsinlər. Teatrda işləyən insanlar həqiqətən də həyatlarını ora həsr edirlər. Boş yerə teatrımıza ikinci ev demirik. Evimizdən çox orada oluruq, ailə üzvlərindən çox teatrdakı həmkarlarımızı görürük. Elə bilməyin ki, sənət yalnız istedadsızlardan ibarətdir. Bizdə çox istedadlı rejissorlar da, aktyor, aktrisalar da var. Onlardan düzgün istifadə etməyi bacarmırlar. Ümumiyyətlə, sənətlə məşğul olan insanlar qapı döyməyi sevmirlər, kiminləsə münasibət qura bilmirlər, çünki başları sənətə qarışıb. Sənətdən xəbəri olmayanlar isə daim qazanc mənbəyi axtarır, sənətin adından istifadə edir", - deyə əməkdar artist bildirib.
Aktrisa efirlərdə az-az görünməyini belə izah edib.
"Məni iş maraqlandırır. İş yoxdursa niyə efirlərə çıxım? Mənim buna ehtiyacım yoxdur. Yeni tanınmağa başlamıram ki. Boş-boş efirlərə çıxmaqdan yoruldum. Nəticədə başa düşdüm ki, özümü aldatmaqla izləyicilərimi də aldadıram. Bəzən sənətdə də belə olur. Zaman-zaman olub ki, rejissor məni inandırıb ki, bu obraz əsl sənlikdir. Demişəm ki, bu obraz mənə layiqdir. Həqiqətən də filmə çəkilmişəm, görmüşəm ki, bu obraz məndən çox başqa aktrisaya yaraşır. Özümə arxayın olmadığım müddətdə hansısa işə imza atmaq mənə yaraşmır", - deyə sənətçi bildirib.
"10-cu sinifi bitirib, sənədlərimi universitetə vermək ərəfəsində
Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope"
Bakı şəhəri, Xətai rayonu, Ramiz Quliyev küçəsində çoxmərtəbəli ya�
Aktyor Fərda Xudaverdiyev oğlu Raula canlı yayımda kiçik toy edib.
Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu publik hüquqi �
Biz məsələni diqqətlə izləyirik. Müxtəlif təmaslar, o cümlədən Türk
"Yalı çapkını" serialında Ferit obrazının məşuqəsi Pelin rol
Estoniya, Litva və Polşa Rusiya neftinin qiymətinin maksimum həddini 60 doll
Ermənistana narkotik gətirilməsi halları kəskin şəkildə artıb.
Tamaşası zamanı halı pisləşərək xəstəxanaya yerləşdirilən ustad tü