TikTok ABŞda tamamilə bloklanır


Dünya 10 Mar 2023 22:33:00 189 0

TikTok ABŞda tamamilə bloklanır

Bir neçə müddət bundan öncə ABŞ hökuməti qərar verdi ki, dövlət qulluğunda çalışan şəxslər öz cihazlarından TikTok-u silməlidirlər.

Son.az Lent.az-a istinadən bildirir ki, indi isə məlumat ortaya çıxıb ki, ABŞ hökuməti daha da irəli gedərək TikTok-u öz ərazisində tamamilə bloklamağa hədəflənib. Reuters saytının verdiyi məlumata əsasən Ağ Ev senatorlardan ibarət qrupun təqdim etmiş olduğu yeni qanun layihəsini dəstəkləyib. Təqdim edilmiş yeni qanun layihəsi TikTok-u ölkə ərazisində bloklamağa imkan verir. Bununla yanaşı həmin qanun layihəsi ABŞ-ın milli təhlükəsizliyinə istənilən riskləri özlərində birləşdirən digər xarici texnologiyaları da bloklamağa imkan verir. Təqdim edilmiş yeni qanun layihəsi ABŞ Ticarət Nazirliyini yeni hüquqlar ilə təmin edir.

Həmin hüquqlar arasında TikTok-un ölkə ərazisində tamamilə bloklanması da daxil olmaqla internet texnologiyalardan istifadədə müəyyən məhdudiyyətlərin təyin edilməsi var. Senatorların sözlərinə əsasən söhbət, ABŞ-ın milli təhlükəsizliyi üçün istənilən risklərə sahib digər xarici İT texnologiyalardan da gedir. Ticarət Nazirliyi öz növbəsində bu cür riskləri təyin edib onları aradan qaldırmalı olacaq. TikTok bu cür qərara sərt şəkildə reaksiya verib və qeyd edib ki, sosial şəbəkənin qadağan olunması həmçinin ABŞ mədəniyyəti ilə dəyərlərinin eksportunun da qadağan edilməsi deməkdir. TikTok-dan bütün dünya üzrə 1 milyarddan çox insan istifadə edir. Məlumdur ki, son zamanlarda məşhur sosial şəbəkə istifadəçi məlumatlarının istifadəsi məsələsində tənqid olunur.

Tənqidçilərin fikirlərinə əsasən TikTok istifadəçilərinin məlumatları Çin dövlətinin əlinə keçə bilər. Yeni qanun layihəsini təqdim etmiş senatorlar arasında həm demokratlar həm də respublikaçılar var. ABŞ prezidenti Joe Biden-ın milli təhlükəsizlik məsələləri ilə bağlı baş məsləhətçisi Jake Sullivan-ın sözlərinə əsasən bu qanun layihəsi bir sıra ökələrdəki bəzi texnoloji sektorlardan ola biləcək həm sistem həm də ayrı-ayrı riskləri aradan qaldırmağa imkan verəcək. Qanun layhəsi həmçinin Ağ Evin digər təmsilçiləri tərəfindən də dəstəklənib. Qeyd etmək lazımdır ki, bu qanun layihəsinə bənzər olanı hələ Donald Trump-ın prezident olduğu müddətdə irəli çəkilirdi. Lakin 2020-ci ildə bənzər qanunvericilik təşəbbüsü məhkəmələr vasitəsilə bloklanmışdı.

Bakıdakı atışmanın gerçək SƏBƏBİ... like
  • 10 Mar 22:23  
Kriminal Bakıdakı atışmanın gerçək SƏBƏBİ...

Paytaxtın Nəsimi rayonu, Səməd Vurğun küçəsində baş vermiş silahlı i

arrow Ətraflı
Türkiyədə zəlzələ bölgəsində olan 2 azərbaycanlıdan XƏBƏR VAR? like
  • 10 Mar 22:20  
Digərləri Türkiyədə zəlzələ bölgəsində olan 2 azərbaycanlıdan XƏBƏR VAR?

Türkiyənin zəlzələ bölgəsindən hələ də xəbər alına bilməyən vət

arrow Ətraflı
Gündə 3 fincan qəhvə içənlərə like
  • 10 Mar 22:18  
Digərləri Gündə 3 fincan qəhvə içənlərə

Qəhvənin balanslaşdırılmış qəbulu sağlamlığa faydalıdır. 

arrow Ətraflı
Daha bir təxliyə avtobusu Türkiyədən Azərbaycana yola düşüb like
  • 10 Mar 22:11  
Digərləri Daha bir təxliyə avtobusu Türkiyədən Azərbaycana yola düşüb

Bu gün axşam saatlarında (təqribən 18:00) Türkiyənin zəlzələ bölgəsi

arrow Ətraflı
Virus infeksiyalarına qarşı like
  • 10 Mar 22:03  
Digərləri Virus infeksiyalarına qarşı

Mövsümlə əlaqəli rast gəlinən xəstəliklər sırasında kəskin respirat

arrow Ətraflı
“WhatsApp”da qruplarla bağlı like
  • 10 Mar 21:58  
Digərləri “WhatsApp”da qruplarla bağlı

"Meta" şirkəti "WhatsApp"da qruplarla bağlı yeni funksiy

arrow Ətraflı
Rəşid Mahmudov 5 adamdan ikisində rast gəlinən xəstəliyin like
  • 10 Mar 21:49  
Digərləri Rəşid Mahmudov 5 adamdan ikisində rast gəlinən xəstəliyin

Fizioloq Rəşid Mahmudov mədə - bağırsaq problemlərinin həlli yolları ba

arrow Ətraflı
Bayden İrana qarşı birtərəfli sanksiyalar rejimini uzadıb like
  • 10 Mar 21:44  
Dünya Bayden İrana qarşı birtərəfli sanksiyalar rejimini uzadıb

ABŞ Prezidenti Co Bayden İrana qarşı birtərəfli sanksiyalar rejimini daha

arrow Ətraflı
Paşinyanını arvadının ŞOK "TƏBRİKİ": like
  • 10 Mar 21:38  
Dünya Paşinyanını arvadının ŞOK "TƏBRİKİ":

Nikol Paşinyanın arvadı Anna Akopyanın 8 Mart təbrik mesajında dedikləri

arrow Ətraflı
Hər gün yediyimiz bu qidaların xərçəngə səbəb olduğunu bilirdiniz? like
  • 10 Mar 21:34  
Digərləri Hər gün yediyimiz bu qidaların xərçəngə səbəb olduğunu bilirdiniz?

Xərçəngə səbəb olan qidalar haqqında müəyyən məlumatlara sahibik. Lak

arrow Ətraflı
Simonyan gürcüləri TƏHDİD ETDİ: like
  • 10 Mar 21:29  
Dünya Simonyan gürcüləri TƏHDİD ETDİ:

Tiflisdəki etirazçılar "Suxumi, Suxumi" qışqırırlar. Əslində,

arrow Ətraflı
Məşhur aktyor 22 kilo ARIQLADI  FOTO like
  • 10 Mar 21:24  
Şou-biznes Məşhur aktyor 22 kilo ARIQLADI FOTO

Türkiyənin komedi ustası Ata Dəmirerin sosial şəbəkədə paylaşdığı b

arrow Ətraflı
Siqaret bu xəstəliklərin dərmanıdır? – like
  • 10 Mar 21:19  
Digərləri Siqaret bu xəstəliklərin dərmanıdır? –

Parisin Paster universitetinin alimlərinin araşdırmalarına görə, nikotinin

arrow Ətraflı