İnsan hüquqları üzrə Avropa Konvensiyasının 13cü Protokolu Azərbaycan tərəfindən imzalanıb FOTO
Siyasət 08 Mar 2023 23:45:00 326 0
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 3 fevral tarixli Sərəncamı əsasında, martın 8-də Azərbaycan Respublikasının Avropa Şurası yanında daimi nümayəndəsi Fəxrəddin İsmayılov tərəfindən Strasburqda, Avropa Şurasının Baş katibi Mariya Peyçinoviç Buriçin iştirakı ilə, "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Konvensiyanın ölüm cəzasının bütün hallarda ləğvinə dair 13 nömrəli Protokolu imzalanıb.
Bu xəbəri də oxu: Dini qurumlara maliyyə yardımı göstəriləcək
Bu barədə Son.az-a Azərbaycan Respublikasının Avropa Şurası yanında daimi nümayəndəliyindən bildirilib.
Məlum olduğu kimi, Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə ilk əvvəl 1993-cü ildən etibarən Azərbaycan Respublikasında ölüm cəzasının icrasına moratorium tətbiq olunmuş və 1998-ci ildə isə milli qanunvericiliyimizdə ölüm cəzasının tətbiqi ləğv edilmişdir.
Bununla belə, Azərbaycan Respublikasının tərəf çıxdığı Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın İkinci Fakültətiv Protokolu, habelə "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Konvensiyanın 6 nömrəli Protokolu müstəsna hal kimi müharibə dövründə törədilmiş müharibə cinayətlərinə görə ölüm cəzası tətbiq etmək imkanını saxlamışdır. Lakin Ulu Öndərin müəyyən etdiyi humanist siyasətə sadiq qalaraq, ölkəmiz heç vaxt ölüm cəzasının tətbiqi imkanından istifadə etmək niyyətində olmamışdır.
Beləliklə, müvafiq ölkədaxili ratifikasiya prosesi yekunlaşdıqdan sonra 13 nömrəli Protokola qoşulmaqla, Azərbaycan Respublikası ölüm cəzasını tamamilə, o cümlədən müharibə dövründə və ya qaçılmaz müharibə təhlükəsi zamanı törədilmiş cinayətlərə görə qadağan etmək və eləcə də yaşamaq hüququnu ən yüksək səviyyədə təmin etmək iradəsini rəsmi şəkildə təsdiq etmiş olacaqdır.
Adətən qadınların intim əlaqədən imtina etməsi, bir bəhanə ilə yayın
Gürcüstan xüsusi təyinatlıları etirazçıları parlamentin qapısından uz
"Sevgini hansısa bir üstüörtülü mesajlarla həmişə qadınlar başla
Telefon şarjda olan zaman bir çox insan səhv addımlar atır. Nəticədə bu
"Polşa öz arsenalında olan "MiQ-29" qırıcıları Ukraynaya v
Həkim - endekrinoloq Emin Ağabalayev qadınlarda tüklənmənin səbəbini ki�
Bu gün yerli vaxtla saat 10:14-də Cəlilabad stansiyasından 20 km şimal-qər
Ayaq altında yaxud barmaqlarda yaranan sulu və quru kalluslarla (el arasında
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 36 yeni yolux
Terapevt Yuliya Kavalenko bildirib ki, burundan açılan qan hipertoniya və hor
Rusiya Qərb ölkələri ilə birbaşa hərbi münaqişə istəmir, lakin Ukrayn
Üzdə gənclik bucağı kimi tanıdığız üz qurluşumuz 3 səbəbə görə d