Əxlaqsızlıq yuvası:


Siyasət 08 Mar 2023 15:06:00 166 0

Əxlaqsızlıq yuvası:

Azərbaycanda özlərini feminist adlandıran, əslində isə məqsədləri heç də qadın hüquq və azadlıqlarını müdafiə etmək olmayan bir qrup şəxs artıq 5 ildir ki, 8 Mart günündə şəhərin mərkəzi yerlərində icazəsiz, qanunsuz aksiya keçirməyə cəhd göstərir.

Feminist adı ilə küçələrə axışan bu kəslərin məqsədi Azərbaycan cəmiyyətini məhvərindən çıxarmaq, dəyərlərimizi itirmək, əvəzində Qərbin əxlaqsız, murdar vərdişlərini xalqa sırımaqdır. Onların Avropanın və okeanın o tayından olan hansısa xarici institutların sifarişlərini yerinə yetirdikləri zərrə qədər də şübhə doğurmur.

Yəni əslində özünü feminist adlandıran bu adamların qarınlarının dərdi tamamilə fərqlidir. Onların əsl məqsədinin qadın problemini gündəmə gətirməklə heç bir əlaqəsi yoxdur. Əsas istəkləri və çalışdıqları Qərbin verdiyi tezislər, tapşırıqlar əsasında öncədən müəyyənləşdirilmiş xüsusi tarixlərdə bu cür qeyri-qanuni aksiyalar keçirməyə cəhd edərək diqqətləri özlərinə yönəltmək, Qərbin bunda maraqlı olan sözgedən institutlarından onları maliyyələşdirməkdə davam etməsi prosesini sığortalamağa çalışırlar.

Konkret desək, bu adamların qarşılarına qoyulan ən əsas tapşırıq mümkün qədər Qərb dairələrində dövlətinin, dövlətçiliyinin ünvanına xoşagəlməz fikirlər formalaşdırıb, xalqın içərisində nifaq salaraq nə yolla olur-olsun cəmiyyətdə daxilən ciddi uçurumlar yaratmaq əsas istiqamətlərdən biridir. 

Təəssüflər olsun ki, onların bir istəyi başıpozuq cəmiyyət formalaşdırmaqdır ki, bunun da davamında istədikləri kimi meydan sulaya bilsinlər. Milli-mənəvi dəyərlərdən uzaqlaşmağı, məqsədsiz üsyan etməyi özləri üçün normal və adi hal hesab edən, özünü feminist adlandıran bir qrup şəxsin məqsədi Azərbaycan gəncliyini uçuruma sürükləməkdən başqa bir şey deyil. 

Nəzərə alsaq ki, artıq Qərbin qəbul etdiyi feminist hərəkatlarının əsasında duran məsələ qadın və kişi ayrıcalığı yox, əsl məsələ məhz cəmiyyətdir, genderdir, demək ki, bizdəki bu "feministlər"in icazəsiz aksiya cəhdləri zamanı qaldırdıqları əxlaqsız pankartlardan tutmuş, səsləndirdikləri "18+" ifadələrin hər birinin arxasında cəmiyyətdə bir çaşqınlıq yaratmaq, cəmiyyətə yeni atılan gənclərin beynini "yuyub", onların bir çox məsələlərdən məlumatsızlığından istifadə edərək silah kimi daxildə istifadə hədəfidir. 

Ağılsız, əxlaqsız və məntiqsiz şüarlarla təşkil olunan nizamsız aksiyalar onzus da cəmiyyətdə ikrah hissi yaratmaqdan başqa heç nə deyil. Amma nəzərə alsaq ki, həyatımız elektronlaşdıqca, elektron məkanda gənclərin idarə və təbliğ olunması nəzarətdən çıxmağa başladıqca ölkə daxilində bu cür üzdəniraq qrupların fəaliyyətinin mütəşəkkil hal alması prosesi sürətlənə bilər. 

Çünki bir yeniyetməni şirinikləşdirici təkliflərlə idarə etmək, onu ələ almaq, ondan öz məqsədləri üçün istifadə etməkdən asan bir şey ola bilməz. Bunu nəzərə alsaq, hansısa bu cür qüvvələr yeniyetmə dövründə (psixoloji müdaxilə və yaxud pul təklifləri ilə) gəncləri ələ alıb onları öz təsir dairəsinə salaraq məqsədləri üçün istifadə etmək ehtimallarının olduğunu istisna edə bilmərik.

Məsələ ondadır ki, bizdə feminizm adı altında qruplaşanların, demək olar ki, heç birinin feminist nəzəriyyələrindən xəbəri yoxdur. Feminizmin yeganə şüarı qadının fizioloji quruluşu deyil. Amma biz görürük ki, onlar az qala hər çıxışlarında kişi-qadın münasibətləri, 18+ mövzularla cəmiyyətin diqqətini özünə yönəltməyə çalışırlar. Belə təəssürat yaranır ki, onların əsas dərdi elə yataq, seks, intim münasibətlə bağlıdır. 

Hər cəmiyyətdə, hər dövlətdə olduğu kimi bu gün Azərbaycanda da qadın problemi ilə ara-sıra da olsa rastlaşmaq mümkündür. Lakin feministlərin mənasız şüarları və yalançı hay-küyləri həmin problemlərin həllinə istiqamətlənməyib, əksinə, qadın problemlərinə daha da kölgə salır. Belə mənzərə yaradır ki, Azərbaycanda qadınların əsas dərdi elə "partnyor" məsələsidir.

Feministlər yalnız LGBT-dən ibarət deyil və feminizmin məqsədi də əxlaqsızlığı təbliğ etmək deyil. Məsələ qadın və kişi arasında fərqlər axtarıb, onları bir-birinə qarşı qoymaq deyil. Cinsindən, sosial statusundan asılı olmadan ayrıseçkiliyin aparılmaması, savadlı və peşəkar qadınların da yüksək vəzifələrdə təmsil olunması, qadının fizioloji xüsusiyyətlərinin deyil, ağlı və savadının önəmsənilməsi, qızların erkən nikahdan yayındırılıb təhsilə yönəldilməsi, hüquqlarının öyrədilməsi bu problemlərin həlli istiqamətində atılan addımlardır.

Lakin açıq şəkildə görürük ki, bu gün "feminist" adı ilə aksiyalar təşkil edənlərin məqsədlərində bu sadalananların heç birinə rast gəlmirik. Sanki məqsəd yeniyetmələri milli-mənəvi dəyərlərə qarşı qoymaq, əxlaqsızlığı, şüvənliyi-həyasızlığı təbliğ edərək Azərbaycan qadınını gözdən salmaq, intiharların statistikasını artırmaqdır. O da istisna edilmir ki, bu şəxslərin könüllü təbliğatçıları müxtəlif ailələrə, yeniyetmələrə yol açıb, psixoloji təsir və manipulyasiya ilə öncədən planlaşdırdıqları ssenarilər üzrə Azərbaycan ailələrini, qadınlarını, gənc qızlarını məhv etməkdədirlər.

Amma əsas və ən vacib məqam ondan ibarətdir ki, Azərbaycana tamamilə yad olan feminizm hərəkatı cəmiyyətə sızmağa başladığı zamandan bəri boşanma və s. kimi problemlər adi hala çevrilib. Bu hərəkatın məqsədi qadınların süni şəkildə kişilərin üzərinə qaldırılmasına, ailə institunun dağıdılmasına, böyüklərə hörmət ənənəsinin aradan götürülməsinə, övlad-valideyn münasibətlərinin korlanmasına istiqamətlənib. Çünki "Mən qadınam, istədiyim hərəkəti edərəm, edirəm", "Kişi başqa qadınla gəzə bilirsə, mənim də yad kişilərlə görüşmək hüququm var" şüarlarının başqa adı yoxdur. "O, əxlaqsızlıq edirsə, mən də edirəm" yanaşması Azərbaycanın ailə institunun dağıdılması üçün düşünülmüş ideoloji təbliğat növündən başqa bir şey deyil. 

Demirəm ki, kişiyə hər şey olar, qadına yox, xeyr! Nə kişi, nə də qadın bu hərəkətləri etməyə özündə mənəvi haqq-hüquq görməlidir. Qərb hər şeyi özünə oxşatmaq istəyir. Avropadan yaxşı şeyləri, müsbət xüsusiyyətləri (Qərbin elmini, təcrübəsini qəbul etmək lazımdır) götürmək əvəzinə bu cür xoşagəlməz halların tamamilə fərqli bir sivilzasiyada təbliği çox ağır cinayətə bərabərdir. Ona görə ki, adət-ənənələrimizdə köklü fərq var. Azərbaycan xalqı üçün namus-qeyrət, ailə məfhumu əsrlərdən bəri dəyişməz olaraq bu günümüzə kimi gəlib çıxıb. İndi əxlaqsızlığın təbliği ilə məşğul olan bu bir qrup "feminist" tarixi, mədəni-mənəvi irsi, dini, əqidəsi ilə dünya xalqlarından, xüsusilə də Qərbdən yerlə-göy qədər seçilən, ailəyə yüksək dəyər verən Azərbaycanda Avropanın əxlaqsız "dəyərlərini" cəmiyyətimizə sırımağa çalışır. 

Mustafa Ömər Son.az

“Google”un qadınlara sürprizi like
  • 08 Mar 15:03  
Digərləri “Google”un qadınlara sürprizi

Dünyanın müxtəlif ölkərində qeyd olunan bəzi xüsusi bayramlar üçün 

arrow Ətraflı
İlham Əliyev: "Azərbaycan Qoşulmama Hərəkatına sədrlik dövründə çox yaxşı irs qoyub" like
  • 08 Mar 14:57  
Siyasət İlham Əliyev: "Azərbaycan Qoşulmama Hərəkatına sədrlik dövründə çox yaxşı irs qoyub"

"Azərbaycanla BMT-nin Sivilizasiyalar Alyansı arasında çox sıx əməkd

arrow Ətraflı
ABŞdan Tiflisə şok xəbərdarlıq: like
  • 08 Mar 14:52  
Digərləri ABŞdan Tiflisə şok xəbərdarlıq:

Gürcüstanda etirazların yatırılmasına görə məsuliyyət daşıyanlar san

arrow Ətraflı
Məşhur xanımlar anaları ilə like
  • 08 Mar 14:41  
Şou-biznes Məşhur xanımlar anaları ilə

Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür.

arrow Ətraflı
Minik, yoxsa yük avtomobili? like
  • 08 Mar 14:30  
Digərləri Minik, yoxsa yük avtomobili?

Şəmkirdə sürücü minik avtomobilini yük maşını kimi istifadə edir.

arrow Ətraflı
Nazilə Səfərli: "Hədiyyə verməmək üçün gizlənən kişilərdən inciməyin" like
  • 08 Mar 14:19  
Şou-biznes Nazilə Səfərli: "Hədiyyə verməmək üçün gizlənən kişilərdən inciməyin"

Xəbər verdiyimiz kimi, bu gün səkkiz mart beynəlxalq Qadınlar günü bayra

arrow Ətraflı
Onun nəvələri indi nənədir  Xaçmazın 100 yaşlı sakini like
  • 08 Mar 14:08  
Digərləri Onun nəvələri indi nənədir Xaçmazın 100 yaşlı sakini

Yüz yaşlı Mənsurə Nəzərova Xaçmazın Pərdiqıran kəndində yaşayır.

arrow Ətraflı
“İranda davam edən kütləvi zəhərlənmələr fonunda həbslərin sayı arta bilər” like
  • 08 Mar 13:57  
Digərləri “İranda davam edən kütləvi zəhərlənmələr fonunda həbslərin sayı arta bilər”

"İranda davam edən kütləvi zəhərlənmələr fonunda həbslərin sayı

arrow Ətraflı
Su27 pilotundan inanılmaz performans like
  • 08 Mar 13:46  
Dünya Su27 pilotundan inanılmaz performans

Sosial şəbəkələrdə Su-27 qırıcısının heyrətamiz manevri ilə bağlı

arrow Ətraflı
Azərbaycan və Latviya prezidentlərinin məhdud tərkibdə görüşü olub  FOTO like
  • 08 Mar 13:42  
Siyasət Azərbaycan və Latviya prezidentlərinin məhdud tərkibdə görüşü olub FOTO

Son.az AZƏRTAC-a istinadən bildirir ki, martın 8-də rəsmi qarşılanma m�

arrow Ətraflı
Əməliyyatdan sonra ilk dəfə like
  • 08 Mar 13:24  
Şou-biznes Əməliyyatdan sonra ilk dəfə

Evdə keçirdiyi qəza nəticəsində qaşı yarılan və 12 tikiş atılan mü�

arrow Ətraflı
"Vaqner" rəhbəri ilə Sergey Şoyqu arasında gərginlik var" like
  • 08 Mar 13:13  
Dünya "Vaqner" rəhbəri ilə Sergey Şoyqu arasında gərginlik var"

"Vaqner" muzdlu hərbi təşkilatının rəhbəri Yevgeni Priqojinlə

arrow Ətraflı
Əlikram verilişə barmağı SARIQLI ÇIXDI like
  • 08 Mar 13:02  
Şou-biznes Əlikram verilişə barmağı SARIQLI ÇIXDI

Müğənni Əlikram Bayramovun başına iş gəlib.

arrow Ətraflı
Türkiyəli meteoroloqlardan xəbərdarlıq: Zəlzələ bölgəsində like
  • 08 Mar 12:51  
Digərləri Türkiyəli meteoroloqlardan xəbərdarlıq: Zəlzələ bölgəsində

Türkiyədə zəlzələnin baş verdiyi ərazilərdə güclü leysan yağışlar

arrow Ətraflı