Kamaləddin Qafarov: “Qadınlar cəmiyyətin aparıcı qüvvələrindən biridir”


Siyasət 08 Mar 2023 12:40:00 161 0

Kamaləddin Qafarov: “Qadınlar cəmiyyətin aparıcı qüvvələrindən biridir”

"Azərbaycan qadınları tarixin bütün dövrlərində xalqımızın taleyüklü məsələlərinin həll edilməsinə öz sanballı töhfələrini veriblər. Onların bir çoxunun adları şanlı və qədim tariximizin səhifələrinə qızıl hərflərlə yazılıb. Azərbaycan qadını istər Xalq Cümhuriyyəti dövründə, istərsə də sovet hakimiyyəti illərində yaradılan imkanlardan xalqın, dövlətin, cəmiyyətin mənafeyi naminə səmərəli istifadə edib. Bu gün müstəqil Azərbaycanda qadınların cəmiyyətdəki yeri və rolu həm xalqımızın öz mental ənənələrinə bəslədiyi hörmət, həm də dövlətimizin yeritdiyi siyasət sayəsində yüksək qiymətləndirilir. Müasir Azərbaycan qadını ana olmaqla yanaşı, həm də bacarıqlı siyasətçi, iş adamı, dövlət məmuru, xalqın inanıb səs verdiyi deputatdır. Bu fəallıq Azərbaycan qadınının malik olduğu tarixi ənənələrlə yanaşı, ölkəmizdə həyata keçirilən gender siyasətinin mahiyyətindən, qadınlara cəmiyyətin tamhüquqlu üzvü kimi bütün imkanlardan bərabər istifadə üçün zəruri şəraitin yaradılmasından irəli gəlir".

Bu sözləri mətbuata açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.

Deputat qeyd edib ki, dövlət müstəqilliyimizin bərpasından sonra Azərbaycan qadını milli dövlət quruculuğu prosesinin fəal iştirakçısına çevrilmiş, ölkəmizin sosial-iqtisadi və mədəni potensialının artırılması üçün dəyərli töhfələr vermişdir:

"Məlum olduğu kimi, Azərbaycanda qadınlarla iş  siyasətinin əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub. Heydər Əliyevin qətiyyətli addımları nəticəsində 1993-cü ildən qadınların ictimai-siyasi həyata transformasiyası, onların dövlət idarəçiliyində təmsilçiliyi, bütün sahələrdə kişilərlə bərabər hüquqlara malik olması dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi müəyyən edilib.  Heydər Əliyevin 1998-ci il 14 yanvar tarixli fərmanı ilə gender siyasətinin həyata keçirilməsi məqsədi ilə Qadın problemləri üzrə Dövlət Komitəsi yaradılıb. Komitənin yaradılmasında əsas məqsəd qadınların hüquqlarının qorunmasından və ölkəmizin sosial və siyasi həyatında onların iştirakının artırılmasından ibarət olmuşdur. 1998-ci ildən etibarən hər beş ildən bir Azərbaycan qadınlarının qurultayları keçirilir. Bu qurultaylar  sözügedən dövlət siyasəti sahəsində ən əlamətdar və böyük hadisələrdən biri kimi qiymətləndirilir. 2000-ci ildə ulu öndər Heydər Əliyev qadınların kişilərlə hüquq bərabərliyini, xüsusilə onların dövlət idarəçiliyi sistemində lazımi səviyyədə təmsil olunmasını əməli surətdə təmin etmək məqsədilə "Azərbaycan Respublikasında dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında" Fərman imzalayıb. Həm dövlət komitəsinin yaradılması, həm də fərmanın imzalanması respublikamızda qadın siyasətinin həyata keçirilməsində yeni mərhələ açıb".

K.Qafarov ölkəmizdə bu gün də dövlət qadın siyasətinin yüksək səviyyədə davam etdirilidiyini vurğulayaraq deyib:

"Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu ənənələr bu gün Ölkə Prezidenti  İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlətimizin başçısı qadınların cəmiyyətdəki roluna və yerinə, onların dövlət idarəçiliyində təmsil olunmalarına, irəli çəkilmələrinə diqqətlə yanaşır. 2006-cı ildə  Milli Məclis Prezident İlham Əliyevin qanunvericilik təşəbbüsü əsasında "Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında" Azərbaycan Respublikasının Qanununu qəbul edib. Ölkəmizdə 8 Mart - Beynəlxalq Qadınlar Günü rəsmi bayram günü kimi qeyd olunur. Hər il bayram ərəfəsində dövlət başçısı 8 mart - Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan qadınlarına təbrik ünvanlayır, Azərbaycan qadınlarının bir qrupunu  orden və ya medallarla təltif edir".

Kamaləddin Qafarov Azərbaycanda dövlət qadın siyasətinin uğurla həyata keçirilməsində, eləcə də dünyada Azərbaycan qadınının müsbət obrazının formalaşmasında ölkənin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın böyük rolunu qeyd edərək deyib:

"Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyəti həm ölkə daxilində, həm də beynəlxalq aləmdə Azərbaycan qadının nüfuzunun getdikcə daha çox yüksəlməsinə xidmət edir. Bu fəaliyyət cəmiyyətimizdə qadınlara münasibətdə Azərbaycan ailəsinə zidd olan stereotiplərin aradan qaldırılması, xanımların ictimai həyatda fəal iştiraka cəlb edilməsi üçün müstəsna əhəmiyyət daşıyır. Mehriban xanım Əliyeva müasir Azərbaycan qadınını təcəssüm etdirir. Ölkənin birinci xanımı həm ictimai xadim, həm ailə xanımı, həm ana kimi bütün qadınlarımıza cəmiyyətin həyatında layiqli yer tutmaq nümunəsini göstərir. Azərbaycan qadını üçün səciyyəvi olan humanizm, qayğıkeşlik və insanpərvərlik kimi ali mənəvi keyfiyyətlər Mehriban xanım Əliyevanın şəxsiyyətində özünün daha parlaq təcəssümünü tapır. Ölkənin Birinci vitse-prezidentinin fəaliyyəti milli-mənəvi dəyərlərə söykənən və intellektual yüksəlişə xidmət edən ideyaların cəmiyyətdə daha da zənginləşməsinə və möhkəmlənməsinə yönəlmişdir. Ölkənin "Yumşaq güc" siyasətinin təcəssümü olan Mehriban xanım Əliyevanın humanitar layihələri ölkəmizə yeni dostlar qazandırır. Ölkənin Birinci vitse-prezidentinin rəhbərliyi ilə milli maraqlarımıza xidmət edən və ənənələrimizi yaşadan çox sayda  layihələrin uğurla icra olunması Azərbaycan qadınının mərhəmət və xeyirxahlığının, zəngin mənəvi-intellektual və yüksək əxlaqi dəyərlərə malik olduğunun bariz nümunəsidir".

Mehriban Əliyeva qadınları təbrik edib  FOTO like
  • 08 Mar 12:24  
Siyasət Mehriban Əliyeva qadınları təbrik edib FOTO

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva instaqram hesabında 8

arrow Ətraflı
Masallıda 22 il bağlı qalan cinayət açıldı like
  • 08 Mar 12:17  
Kriminal Masallıda 22 il bağlı qalan cinayət açıldı

Masallıda 22 il əvvəl törədilmiş quldurluq cinayəti açılıb.

arrow Ətraflı
Azərbaycan olmadan Avropada enerji sabitliyi mümkün deyil like
  • 08 Mar 12:16  
Siyasət Azərbaycan olmadan Avropada enerji sabitliyi mümkün deyil

Bu il Azərbaycan qlobal arenada, xüsusilə də enerji təhlükəsizliyi, geost

arrow Ətraflı
Ölkə ərazisində hava şəraiti qeyrisabit keçəcək, like
  • 08 Mar 12:14  
Digərləri Ölkə ərazisində hava şəraiti qeyrisabit keçəcək,

Sabah Bakıda və Abşeron yarımadasında gün ərzində bəzi yerlərdə arabi

arrow Ətraflı
Röya qapıya papaq atan uşağı sevindirdi like
  • 08 Mar 12:06  
Şou-biznes Röya qapıya papaq atan uşağı sevindirdi

Xalq artisti Röya Ayxan növbəti addımı ilə hər kəsi kövrəldib.

arrow Ətraflı
Qlobal Bakı Forumunun əhəmiyyəti artır like
  • 08 Mar 12:02  
Siyasət Qlobal Bakı Forumunun əhəmiyyəti artır

Bakı Qlobal Forumu dünyanın bu hissəsində əsas platformaya çevrilib.

arrow Ətraflı
Bu mənzillərin satışı qadağan edilə bilər like
  • 08 Mar 11:55  
Digərləri Bu mənzillərin satışı qadağan edilə bilər

Azərbaycanda çıxarışı olmayan mənzillərin satışının qanunla qadağan

arrow Ətraflı
Sülhməramlılar İrəvanın əmrində like
  • 08 Mar 11:44  
Siyasət Sülhməramlılar İrəvanın əmrində

İnsident nəticəsində yaralanan hərbi qulluqçularımıza Rusiya sülhməram

arrow Ətraflı
İlham Əliyev BMTnin Sivilizasiyalar Alyansının ali nümayəndəsini qəbul edib like
  • 08 Mar 11:42  
Siyasət İlham Əliyev BMTnin Sivilizasiyalar Alyansının ali nümayəndəsini qəbul edib

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Azərbaycan Respublikasının Prezid

arrow Ətraflı
“Atam erməni qonşumuza deyirdi ki, Sergey, Zəngəzuru sizdən alacağıq” like
  • 08 Mar 11:33  
Şou-biznes “Atam erməni qonşumuza deyirdi ki, Sergey, Zəngəzuru sizdən alacağıq”

Yallı cərgəyə düzülərək dəstə ilə ifa olunan kütləvi rəqsdir. Oyun

arrow Ətraflı
Fuat Oktay Əli Əsədova təşəkkür edib like
  • 08 Mar 11:27  
Siyasət Fuat Oktay Əli Əsədova təşəkkür edib

Türkiyə Respublikasının Vitse-prezidenti Fuat Oktay Azərbaycan Respublikas�

arrow Ətraflı
8 Mart bayramında qadınların üzünü güldürən hədiyyə nədir? like
  • 08 Mar 11:22  
Digərləri 8 Mart bayramında qadınların üzünü güldürən hədiyyə nədir?

Qadını əbəs yerə gülə bənzətmirlər. Çünki gül həmişə diqqət, qa

arrow Ətraflı
Araik Bakıya təslim olmaq istəyib, amma... like
  • 08 Mar 11:11  
Siyasət Araik Bakıya təslim olmaq istəyib, amma...

Xankəndi-Xəlfəli-Turşsu yolunda ermənilərin törətdiyi təxribatdan sonra

arrow Ətraflı
Biləsuvarda zəlzələ oldu, like
  • 08 Mar 10:52  
Digərləri Biləsuvarda zəlzələ oldu,

Bu gün yerli vaxtla saat 10:14-də Cəlilabad stansiyasından 20 km şimal-qər

arrow Ətraflı