Heydər Əliyevin rəhbərliyi ilə keçirilən qətiyyətli əməliyyatlar Azərbaycanı xarici təhlükələrdən qorudu
Siyasət 06 Mar 2023 14:32:00 282 0
90-cı illərin əvvələrində Azərbaycan dövləti üçün həm daxildən, həm də xaricdən çox ciddi təhlükələr var idi. Əsasən də qonuşu ölkələrin xüsusi xidmət orqanları Azərbayaycanda təxribat-pozuculuq fəaliyyəti ilə məşğul oldurdu. Belə bir çətin dövrdə ulu öndər Heydər Əliyev xalqın təkidli tələbi ilə hakimiyyətə gəldi. Ulu öndərin rəhbərliyi ilə keçirilən qətiyyətli əməliyyatlar ölkəmizi xarici təhlükələrdən qorudu. Həmin dövrdə - təxminən 1993-cü ildə Amerika kəşfiyyatının generalı Harri Vesta xüsusi dövlət çevrilişi tapşırığı ilə Azərbaycana gəlmişdi və hətta Müdafiə Nazirliyinin Baş Qərargahına qədər sızmağı bacarmışdı. O, belə bir təklif verirdi ki, guya komando dəstəsi hazırlayacaq və dağ şəraitində əməliyyat apara bilən xüsusi təyinatlılar yetişdirəcək. Bununla da işğal olunan torpaqlarımız bu yolla azad ediləcək. Əslində isə amerikalı generalın məqsədi tamamilə başqa idi.
Bu xəbəri də oxu: Dini qurumlara maliyyə yardımı göstəriləcək
Bu sözləri Trend BİA-nın "Sahil Kərimli ilə Aktual" müəllif videolayihəsinə müsahibəsində Azərbaycan Prezidenti yanında Xüsusi İdarənin keçmiş rəisi, xüsusi xidmət orqanları və 1-ci Qarabağ müharibəsinin veteranı, polkovnik Cavanşir Vəliyev bildirib.
O əlavə edib ki, bu barədə kifayət qədər əməliyyat məlumatları, sənədlər var idi.
"Həmin zaman ulu öndər Heydər Əliyev olduqca qətiyyətli qərar qəbul etdi. Baxmayaraq ki, ölkədə vəziyyət çətin idi, sərt qərarlar qəbul etmək təhlükəli idi, amma Heydər Əliyev heç nədən çəkinmədən prinsipiallıq nümayiş etdirdi. Ulu öndərin tapşırığı ilə amerikalı general və özü ilə gətirdiyi 40-a yaxın hərbçi 24 saat ərzində Azərbaycandan qovuldu", - deyə o əlavə edib.
C.Vəliyev daha sonra bildirib ki, 92-93-cü illərdə Azərbaycanda böhran o qədər dərinləşmişdi ki, xarici ölkələrin casus şəbəkəsi tərəfindən hətta xüsusi xidmət orqanlarımızın əməkdaşlarına bəzi yanaşmalar olurdu.
"Xarici ölkələrin casusları inandırmağa çalışırdılar ki, Azərbaycan müstəqil ölkə kimi yaşaya bilməz. Onlar bizim əməkdaşlara belə təlqin edirdilər ki, siz gələcək aqibətinizi düşünün və.s. Amma Heydər Əliyev hakimiyyətə gələn kimi bu sahədə ciddi dönüş yaratdı. Ulu öndər öncə xalqın inamını özünə qaytardı. Sadə insanlarda, dövlət işçilərində gələcəyə inam yarandı. Həmin zaman biz vətəndaşların ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlməsini necə qarşılaması haqqında məlumatlar toplayırdıq. Bir daha əmin olurduq ki, xalq düzgün qərar qəbul edib. Düzgün qərar da ondan ibarət idi ki, vətəndaşlarımız bir nəfər kimi Heydər Əliyevin hakimiyyətini dəstəkləyirdi", - deyə C.Vəliyev qeyd edib.
Xüsusi idarənin keçmiş rəisi onu da bildirib ki, Heydər Əliyevin ən böyük xidmətlərindən biri də düzgün və uzaqgörən neft strategiyasını müəyyən etməsi idi.
"Ulu öndər böyük çətinliklərlə əsrin müqaviləsini imzalamaqla Azərbaycan xalqını gələcək bəlalardan xilas etdi. Əsrin müqaviləsi Heydər Əliyevin xalqımıza ən böyük hədiyyəsi idi. Biz bu gün görürük ki, bu layihələrin necə böyük əhəmiyyəti var imiş. Bir sözlə, Heydər Əliyev, ilk növbədə, iqtisadiyyatı inkişaf etdirdi, daha sonra ordumuz güclənməyə başladı və ulu öndərin siyasi kursunu uğurla davam etdirən Müzəffər Ali Baş Komandan İlham Əliyev xalqımıza Qarabağ Zəfərini qazandırdı. Biz hər birimiz bugünkü qüdrətli, güclü Azərbaycanla fəxr edirik".
Xəbərə aid video
Aparıcı İlkin Həsəni və həyat yoldaşı Aysel Həsəninin ayrıldığı i
ABŞ Azərbaycanın Laçın yolunda təhlükəsizliklə bağlı maraqlarını an
İran hakimiyyətindən həmyerlilərimizə qarşı tarix boyu münasibət birm
Bu günə qədər Minatəmizləmə Agentliyi (ANAMA) Azərbaycanın işğaldan a
Mərhum Əməkdar artist Tünzalə Əliyevanın məzarından yayılan görüntü
İranın Əhvaz şəhərindəki İnqilab Məhkəməsi 6 nəfər ölüm cəzasın
Bu ilin sonunadək Füzuli-Hadrut, Bərdə-Ağdam, Şükürbəyli-Cəbrayıl-Had
Çox dərinə getmədim, qızı çağırdım görüşə və bütün minuslarım�
İranın fars molla rejimi növbəti etiraz aksiyaları ilə çalxalanır. Bu d
Azərbaycan qadınlarının "Tərəqqi" medalı ilə təltif edilməsi
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi 2023-cü il
Xəbər verdiyimiz kimi, Afaq Gəncəli aparıcısı olduğu "Səhər mərk