Rusiya Şuşa ətrafında TƏHLÜKƏLİ PLAN CIZIB
Siyasət 06 Mar 2023 11:37:00 289 0
Azərbaycan tərəfi daha əvvəllər də xəbərdarlıq etmişdi ki, Ermənistan tərəfi Azərbaycan ərazisindən Rusiya sülhməramlılarının müvəqqət nəzarət zonasına silah-sursat daşımaqla məşğuldur. Amma 85 gün əvvələ kimi qondarma rejim həmin silah-sursatı, minaları Laçın Xankəndi yolu ilə daşıyırdısa, indi həmin yolun Azərbaycanın nəzarəti altına keçdiyindən qarşı tərəfin alternativ yoldan istifadə etməsi ilə nəticələndi.
Bu xəbəri də oxu: Qafqaz Müsəlmanları İdarəsinə 3 milyon manat ayrıldı
Azərbaycan bununla da bağlı istər sülhməramlı kontingentə, istərsə də Ermənistan tərəfinə bu özbaşına davranışları dayandırmağa çağırsa da, separatçı rejim qalıqlarının bu özbaşınalığına bir dayan deyən olmadı. Ən maraqlı məqamlardan biri isə odur ki, bu, rus sülhməramlılarının gözü qarşısında baş verir.
Bundan öncə Laçın yolundan təyinatı üzrə istifadə etməyən ermənilər, indi də "Xankəndi-Xəlfəli-Turşsu torpaq yolundan istifadə edilməklə Ermənistan Respublikasından hərbi ləvazimatların, silah-sursatın və şəxsi heyətin Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərinə daşınmasının həyata keçirilməsi ilə məşğul olmaqdadır.
Martın 5-də səhər saatlarında daxil olmuş məlumatın yoxlanması məqsədilə qanunsuz hərbi daşınmalar həyata keçirən nəqliyyat vasitələrinin Azərbaycan Ordusunun bölmələri tərəfindən saxlanılaraq yoxlanılmasına cəhd göstərildiyi anda qarşı tərəfdən atəş açılaraq təxribat törətməsi barədə artıq məlumat var. Baş vermiş atışma nəticəsində qarşı tərəfdən ölən və yaralananlar olsa da, təəssüf ki, ordumuzun iki hərbiçisi də şəhid olub.
Bu hadisə bir daha təsdiq edir ki, Ermənistan tərəfi Azərbaycanla sülh danışıqlarını dalana dirəmək, bölgədə sabitliyi pozmaq üçün bundan sonra da əlindən gələni edəcək. Ən maraqlısı isə budur ki, onlar bunu məhz Qarabağa sülh üçün yerləşdirilən məramlıların müşahidəsi altında, daha rahat, təhlükəsizliklərinə zəmanət verilibmiş kimi icra edirlər.
Ötən gün Qarabağdakı qanlı toqquşmadan sonra, hər iki tərəfdən ölən və yaralananların olmasına rəğmən bu barədə öz rəsmi saytında bir dənə də olsun məlumat yerləşdirməyən Rusiya tərəfi əslində bu addımla özlərini növbəti dəfə ifşa etmiş oldular. Rusiya Sülhməramlı Kontingentinin informasiya bülletenində dünən baş verən insidentlə bağlı heç bir qeydə rast gəlinmir.
Bu, o anlama gəlir ki, Moskva çox yaxşı bilir ki, bu cür təxribatlar onların bölgədəki nüfuzunu daha da zədələmiş oldu. Lakin Rusiya artıq istənilən yolla son zamanlar istər Münhen Təhlükəsizlik Konfransında, istərsə də regiona göndərdikləri nümayəndələri ilə sülhün tez bir zamanda əldə olunmasına maraqlı olan Aİ və ABŞ-ın planlarını pozmaq, Cənubi Qafqazda sabitliyin bərqərar olmaması üşün əlindən gələni etməyi qarşıya məqsəd qoyub.
Buradan aydın olur ki, nə Lavrovun son 2 günlük Bakı səfəri, nə Münhenə Nikol Paşinyanın sülh üçün hazır olduqları ilə bağlı verdikləri vədlər real vəziyyəti əks etdirmir. Regional təhlükəsizliyə ən böyük təhdid elə məhz bu iki ölkədir. Orası gün kimi aydındır ki, Rusiyaya regionda sülh, sabitlik sərf etmir, elə olacağı təqdirdə rusun bölgədə varlığı da formal xarakter daşımış olacaq ki, nəticə etibarilə Moskva qoşununun Qarabağdan çıxarılması əmrini verməyə məcbur qala bilər.
Bəs Ermənistan kimə, hansı gününə, harasına arxayındır ki, Azərbaycana qarşı yenidən ciddi cəhdlə separatçıları müxtəlif yollarla silahlandırır, Azərbaycan ərazilərində qondarma rejimin qanunsuz silahlı birləşmələri tərəfindən Azərbaycana qarşı hərbi mövqelər, postlar quraşdırır? Bu, Azərbaycana qarşı revanş, qisas niyyətindən xəbər verir, bu, ermənilərin öz keçmiş ritorikalarına sadiq qaldıqlarını, yeni müharibə, təxribat hazırlığının getdiyini deməyə əsas yaradır. İstisna edilmir ki, Şuşa kimi istehkam şəhəri Ordumuz tərəfindən işğaldan azad edildisə, Azərbaycan yolda sərhəd və gömrük postları qurub sərhədi nəzarətə götürməyi də bacaracaq.
Amma Ermənistan anlamalıdır ki, onları bu dəfə nə birtərəfli şəkildə, Azərbaycanın razılığa olmadan sərhəddimiz boyunca fəaliyyətə başlayan Avropaa İttifaqının "mülki" missiyası xilas edə biləcək, nə də Rusiya və yaxud bir başqası.
Dünən baş vermiş insident bir daha Azərbaycan tərəfindən Laçın-Xankəndi yolunun üzərində müvafiq nəzarət-keçid məntəqəsinin yaradılmasının zəruri olduğunu göstərir. Eyni zamanda Azərbaycanın Xankəndi-Xəlfəli-Turşsu torpaq yolunu tamamilə nəzarətə götürməsini və sülhməramlıların müvəqqəti nəzarət zonasındakı kənd və qəsəbələrdə patrul yoxlanışlarının həyata keçirilməsini şərtləndirir. Əks təqdirdə heç kim zəmanət verə bilməz ki, bundan sonra ermənilər əməllərindən əl çəkəcəklər.
Ermənistanla sülh müqaviləsinin imzalanması Rusiyanın istəyinə əsasən ermənilər tərəfindən elə bir düyünə salınmaqdadır ki, bu, baş vermiş olarsa, Azərbaycan onu yenidən qılıncla kəsməli olacaq. Nəticəsi isə təbii ki, Ermənistan üçün heç də ürəkaçan olmayacaq.Ermənistandan Azərbaycanın Qarabağ bölgəsinə silah, döyüş sursatı və
Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının bəzi dairələri müxa
Gəncədə tanınmış "Megastore" mağazasında quldurluq edən şəx
8 Mart - Beynəlxalq Qadınlar Günü yaxınlaşır. Gül və hədiyyə satılan
ABŞ və Britaniya Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Rusiya və U
Rusiya və MDB ölkələrində məşhurlaşan video bloqer Hüseyn Həsənov dah
Martın 5-də ermənilərin Xankəndi-Xəlfəli-Turşsu yolunda törətdiyi təx
"Martın 2-də Bakıda keçirilmiş Qoşulmama Hərəkatının COVID-19-a q
Martın 5-də İcimai Televiziyanın efirində Azərbaycanın ən böyük və ma
Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşlarının son iki həftə ərzind�
Bu gündən etibarən bəzi "WhatsApp" istifadəçiləri hesablarını
Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlə
Xəbər verdiyimiz kimi, Kapital Bank nağd pul krediti götürən müştərilə
Son.az AZƏRTAC-a istinadən bildirir ki, Azərbaycan Respublikasının Prezid