Visa Azərbaycan bazarında innovasiyaların tətbiqi üçün böyük potensial görür
Digərləri 06 Mar 2023 09:34:00 294 0
Visa beynəlxalq ödəniş sistemi Azərbaycan bazarında innovasiyaların tətbiqi üçün böyük potensial görür.
Bu xəbəri də oxu: Xəbərdarlıq: Bu qəndləri almayın
Bu barədə Visa-nın Azərbaycan üzrə regional meneceri Nurlan Hacıyev Trend-ə müsahibəsində deyib.
O, Visa-nın Azərbaycan Beynəlxalq Bankı ilə birgə 2019-cu ildə ölkədə ilk tokenizasiyanı başlatdığını və bu sayədə mobil qurğular üzərindən ödənişlər həyata keçirməyə imkan yarandığını xatırladıb.
"Tokenizasiyaya qoşulmuş bankların sayının artırılması üzrə işlər aparılmaqdadır. Bu gün onların sayı 11-dir. Bu tətbiq fəaliyyəti çoxlu sayda layihələr həyata keçirməyə, o cümlədən, 2021-ci ildə Apple Pay, 2022-ci ildə isə Google Pay ödəniş sistemlərinin işə salınmasına imkan verdi. Həmçinin, Azərbaycan Mərkəzi və Şərqi Avropa, Yaxın Şərq və Afrika (CEMEA) regionunda B2B Connect ödəniş şəbəkəsini işə saldığımız ilk ölkədir", - o deyib.
Hacıyev 2022-ci ildə Apple Pay və Google Pay həllərini dəstəkləyən bankların sayının artdığını qeyd edib.
"Bundan başqa, biz Azərbaycanda Android sistemli telefonlarda nəinki ödəniş etməyə, həm də ödənişləri qəbul etməyə imkan verən innovativ TapToPhone həllinin istifadəyə verildiyini gördük. Bu layihə ilk dəfə tərəfdaş bankımız olan Kapital Bank ilə birgə həyata keçirilib. Digər bir innovasiya isə dünyada ilk dəfə "Bank Respublika", Wolt və Visa kobrend kartlarının istifadəyə verilməsi oldu. Biz ASAN Mərkəzlərdə QR kodların köməyilə ödənişlərin qəbulunu işə saldıq. Pilot rejimdə Azercell mobil operatoru tərəfindən rəqəmsal kartların emissiyasına start verdik və yaxın gələcəkdə bunun tam genişlənəcəyini gözləyirik", - regional menecer deyib.
Suqovuşanda 144 şagird yerlik kənd məktəbinin tikinti işləri tamamilə bi
Hələ yanvar ayında qazi, ehtiyatda olan polkovnik, Birinci Qarabağ müharib�
Rusiya sülhməramlı kontingentinə məxsus avtomobilin Laçın yolundan maneə
Qəhvə hazırda insanların təzyiqindən asılı olmayaraq, gündəlik sevimli
Vahid Dispetçer Xidmətinin bu gün səhər pik saatlarına olan məlumatına �
Azərbaycanın qeyri-hökumət təşkilatları (QHT) nümayəndələrinin Qaraba
1997-ci ildə Amerikalı MkCaughey ailəsi süni mayalanma etmək qərarına gə
Genetiklər araşdırıblar ki, miqrenlə qanda şəkərin bir-biri ilə əlaqə
ABŞ prezidenti Co Bayden 2024-cü maliyyə ili üçün büdcə layihəsini cüm
Bazar günü İran sərhədçiləri Əfqanıstanın Nimroz əyalətinin inzibati
Şimali Koreya mühəndisləri ölkəyə müxtəlif peyklər buraxmağa imkan ve
Ukrayna ordusu hazırda Donetsk və Luqanskda ən çətin döyüşlərini aparı