Bloqqerlərin hesabları necə ələ keçir?
Digərləri 28 Fev 2023 07:39:00 290 0
2023-cü ilin yanvarında dünya üzrə istifadəçilər tərəfindən Google xidmətlərini imitasiya edən fişinq resurslarına giriş cəhdlərinin sayı 2022-ci ilin dekabr ayı ilə müqayisədə təxminən üç dəfə, yəni 189% artıb.
Bu xəbəri də oxu: Rusiyadan deportasiya BAŞLADI: 20 azərbaycanlı Mahaçqalada polis bölməsində saxlanılır
Son.az Lent.az-a istinadən xəbər verir ki, fevralın əvvəlində bu tendensiya davam edib.
Fişinq səhifələri tez-tez hesab məlumatlarını ələ keçirmək üçün yaradılır ki, bu da təcavüzkarlara Google ekosistemindəki şəxsin bir neçə hesabına, məsələn, YouTube hesabına, sürətli giriş imkanı verə bilər.
Ümumilikdə, fırıldaqçılar populyar video hostinqdə oğurlanmış hesablardan məqsədlərinə çatmaq üçün bir meydança kimi istifadə edə bilərlər. İstifadəçilərin rastlaşdıqları saxtakarlıq sxeminin nümunəsi belə görünür: təcavüzkarlar məşhur blogerin hesabına daxil olur, onun fonunu və profil avatarını dəyişir, sonra isə öz videosunu yayımlamağa başlayır.
Kaspersky mütəxəssislərinin diqqətini çəkən bu tip yayımlardan biri İlon Maskın adından istifadə edərək kriptovalyutalar mövzusuna həsr olunub. Təcavüzkarlar izləyiciləri ekranda göstərilən QR koda keçid etməyə inandırmağa çalışıblar. Xüsusilə, bu linklərdən birinin arxasında kriptovalyuta uduşunun keçirildiyi iddia edilən skam resursu dayanıb. Belə saytlarda istifadəçilər pul və şəxsi məlumatlarını itirmək riski ilə üzləşirlər.
"Tesla" və "SpaceX" şirkətlərinə başçılıq edən və
Fransa prezidenti Emmanuel Makron ölkə ordusunun Afrikadakı mövcudluğunu te
Hər aya yeni ümidlərlə, yeni sevinclərlə daxil olmağa çalışırıq. Bu
Yeni doğulmuş körpələrdə göbək ciyəsi düşdükdən sonra həmin nahiy�
Rusiya silahlı bölmələri Ukraynanın Kiyev vilayətinin Brovarı yaşayış
"Mən evlənəndə 32 yaşım var idi. Evim, stabil maaşım da var idi. Ay
Gecə yatmaq üçün ideal vaxt hər bir insan üçün fərdidir və onu hesabla
İran yenə də Ermənistana qardaş yardımı etmək üçün əldən-ayaqdan ge
Qərbi Avstraliya Universitetinin psixoloqları müəyyən ediblər ki, riskli k
"Bütün rollarım mənim bir taleyimdir. Həmişə düşünmüşəm ki, ya
Bir qədər əvvəl "Namiq Bakinski"nin adamı kimi həbs edilən kri
Əməkdar artist Babək Niftəliyev övladı ilə bağlı paylaşım edib.
"Oxuduğum musiqi janrını əslində dəyişməmişəm. Sadəcə zövqlü