Entoni Hopkins: "Bu film mənim həyatımı xilas etdi"


Digərləri 27 Fev 2023 23:37:00 223 0

Entoni Hopkins: "Bu film mənim həyatımı xilas etdi"

Fevralın 23-də "Oğul" kinodramının premyerası baş tutdu. Möhtəşəm oyunçuluğu ilə hər zaman tamaşaçıları heyran qoyan Entoni Hopkins təqdimat mərasimində jurnalistlərin müxtəlif suallarını cavablandırıb.

Son.az lent.az-a istinadən həmin müsahibəni təqdim edir.

- Ən böyük qorxunuz nədir?

- Qorxularımı dəf etmək üçün onlardan qaçmıram, əksinə qorxularımın üstünə gedirəm.

- Sizcə hər arzunun reallaşmaq şansı var?

- Əgər arzularınızı dilə gətirsəniz, səsli şəkildə ifadə etsəniz, mütləq reallaşacaq.

- Sizi eqoist aktyor hesab edirlər. Bu belədir?

- Özünə qiymət verməmək eqoizmin tərs üzüdür. Hesab edirəm ki, narsistlik müəyyən səviyyədə hər kəsə lazımdır. Bu şəxsin özünü yetişdirməsi, irəli addımlaması üçün lazımdır. İnsan öz qiymətini bilməli, buna əmin olmalıdır.

 - 85 yaşınızda keçmişə dair nəyin peşmanlığını yaşayırsınız?

- Həyatım boyu həqiqəti aradım, buna itirdiyim zamana peşmanam. Həqiqət budur ki, həqiqət yoxdur. Suallar vermədən həyatın dadını çıxarmağa çalışın. Həyat oyundur. Heç nə istəmə, gözləmə və hər şeyi sakit qəbul elə.

- Karyeranıza son verməyi, istirahətə getməyi düşünürsünüz?

- İş mənim üçün vacibdir. Mən işləmədən də ömrümü sakit başa vura bilərəm. Maddi ehtiyatlarım buna imkan verir. Amma bunu etsəm, dəli olardım. Pensiyaya çıxan adamlar tez ölürlər. Buna görə pensiyaya getməyi düşünmürəm. Cavan xanımım var, qaçıram, idman zallarında məşq edirəm. Yaddaşımı itirib, replikalarımı deməyi unudanda pensiyaya çıxacam.

- Teatr yoxsa kino?

- Teatrı sevmirəm, kino mənim üçün daha önəmlidir. Məni Şekspir və onun saçma düşüncələri, qəhrəmanları maraqlandırmır. Zamanında mən də Hamleti oynamışam, amma bu da zaman itkisiydi, sənət deyildi. Hamı məni klassik ingilis hesab edir, bəli ingilisəm, amma Kaliforniyanı, Hollivud həyat tərzini sevirəm. Kimsə haqqımda fərqli düşünə bilər, bəlkə dediklərim onu məyus edəcək. Amma mən varlı həyat yaşamağı sevirəm. Mən rollarımı ifa edərkən oyun texnikasını düşünmürəm, sadəcə rolumu oynayıram. Həyatda gördüklərim əsasında.

- Aktyorluq çətin peşədir?

Aktyor sənətinin şəxsi həyata mane olması barədə deyilənlər cəfəngiyyatdır Bu sadəcə bütün peşələr kimi bir peşədir. Həm də asan peşədir, rolunu aldın, oynadın bitdi. Bu beyin əməliyyatına gırmək deyil, cərrahlıq deyil. Hansı çətinlikdən söhbət gedir? Bəzi aktyorlar işlərini həddən artıq ciddiyə alırlar. Mən təbiətim etibarilə anarxist və üsyançıyam. 

- Ən sevdiyiniz rol hansıdır?

- Sevimli rolum yoxdur, rol verilir və mən onu sadəcə oynayıram, pulumu qazanıram. Bu praktikdir. O qədər.

Həyatım boyu öz duyğularımdan qorxmuşam, onları basdırmışam. Rollarım emosiyalarımı. Duyğularımı hayqırmaq üçün mənə meydan verib. Aktyorluğu buna görə sevirəm. Özümü ifadə edə bilirəm. Mən rolda əsəbiləşəndə, bağıranda, nifrət edəndə bu oyun deyil, gerçək duyğularımdır.

- Hannibal Lektor roluna minnətdarsınız?

- "Quzuların səssizliyi" filmi mənim həyatımı xilas etdi. Teatrda ilişib qalmışdım, ona qədər çəkildiyim filmlər isə uğur qazanmamışdı. Hannibal obrazı mənə şöhrət gətirdi. Lakin bu adamyeyən obrazı məni bezdirdi. Bir daha bu rola çəkilməzdim. Mən artıq Hannibalı yemək istəyirəm. Hannibal yaxşı psixoloq idi. Mənə dəhşətli gələn odur ki, manyaklar da bizim kimi insanlardırlar, onlar Aydan uçub gəlməyiblər. Hitleri də adi qadın doğmuşdu. Bəs niyə sonradan bu məsum uşaqlar manyaklaşırlar? Əsas problem budur. Hamımızın həyatında pis və yaxşı var. Əsas odur pis qələbə çalmasın. Əsl manyakları populyarlaşdırmaq olmaz. Bu təhlükəlidir Çikatilo, Hannibal Lektor barədə film çəkilməsi bir mənada insan psixologiyasının belə qorxunc tərəfləri barədə məlumat verir, sadə insanları maarifləndirir, digər tərəfdən onlara qarşı pərəstiş oyadır, onları reklam edir.

"Vaqner" döyüşçüləri bu ərazini zəbt etdi like
  • 27 Fev 23:32  
Dünya "Vaqner" döyüşçüləri bu ərazini zəbt etdi

Rusiyanın "Vaqner" bölmələri Ukraynanın Baxmut şəhərinin Stupk

arrow Ətraflı
İzmirdə də like
  • 27 Fev 23:12  
Dünya İzmirdə də

Türkiyənin İzmir bölgəsində 4,1 bal gücündə zəlzələ baş verib.

arrow Ətraflı
Müdafiə Nazirliyinin tibbi personalının bir hissəsi like
  • 27 Fev 23:07  
Digərləri Müdafiə Nazirliyinin tibbi personalının bir hissəsi

Türkiyədə zəlzələnin baş verən ilk günündən Kahramanmaraşa könüll�

arrow Ətraflı
DÇ2022nin sekssimvolu bu kluba azarkeşlik edirmiş  FOTO like
  • 27 Fev 23:02  
Digərləri DÇ2022nin sekssimvolu bu kluba azarkeşlik edirmiş FOTO

DÇ-2022-də məşhurlaşan xorvatiyalı model İvana Knoll futbol dünyasının

arrow Ətraflı
Rusiyanın 300 milyardlıq aktivlərinin müsadirəsi... like
  • 27 Fev 22:52  
Dünya Rusiyanın 300 milyardlıq aktivlərinin müsadirəsi...

Qərbin sanksiyaları nəticəsində dondurulmuş Rusiyanın 300 milyard dollarl

arrow Ətraflı
Sərnişinlərin NƏZƏRİNƏ like
  • 27 Fev 22:47  
Digərləri Sərnişinlərin NƏZƏRİNƏ

Sabahdan Bakıda 4 nömrəli marşrutun hərəkət sxemi müvvəqqəti olaraq al

arrow Ətraflı
Azərbaycanda vətəndaşların problemlərinin həllinə mane olan səbəblər AÇIQLANDI like
  • 27 Fev 22:42  
Digərləri Azərbaycanda vətəndaşların problemlərinin həllinə mane olan səbəblər AÇIQLANDI

Azərbaycanda bəzi dövlət qurumlarının elektron ünvanlarının işləməm�

arrow Ətraflı
Lavrov: "Regional təhlükəsizlik bizim münasibətlərimizdə olduqca aktual mövzu kimi qalır" like
  • 27 Fev 22:37  
Siyasət Lavrov: "Regional təhlükəsizlik bizim münasibətlərimizdə olduqca aktual mövzu kimi qalır"

Regional təhlükəsizlik bizim həm ikitərəfli, həm də çoxtərəfli münas

arrow Ətraflı
Lavrov: "Biz Heydər Əlirza oğlu Əliyevin anadan olmasının 100 illiyini qeyd edəcəyik" like
  • 27 Fev 22:30  
Siyasət Lavrov: "Biz Heydər Əlirza oğlu Əliyevin anadan olmasının 100 illiyini qeyd edəcəyik"

Bizim əlamətdar günlərimiz az deyil. Ötən il diplomatik münasibətlərin

arrow Ətraflı
Prezident: "Rusiya və Azərbaycan aviadaşıyıcıları hər həftə 135 reys yerinə yetirir" like
  • 27 Fev 22:24  
Siyasət Prezident: "Rusiya və Azərbaycan aviadaşıyıcıları hər həftə 135 reys yerinə yetirir"

Azərbaycan və Rusiya vətəndaşlarının qarşılıqlı səfərlərinin koron

arrow Ətraflı