Səudiyyə Ərəbistanından Suriyaya şərt: İranla əlaqələri kəs


Dünya 26 Fev 2023 12:46:00 239 0

Səudiyyə Ərəbistanından Suriyaya şərt: İranla əlaqələri kəs

Səudiyyə Ərəbistanı Krallığı bir neçə ilkin şərti yerinə yetirəcəyi, o cümlədən İranla əməkdaşlığı dayandıracağı təqdirdə Suriya ilə yaxınlaşmağa hazırdır.

Son.az report-a istinadən xəbər verir ki, bu barədə Livanın "L'Orient-Le Jour" qəzeti Səudiyyə Ərəbistanının diplomatik mənbələrinə istinadən məlumat yayıb.

Nəşrin məlumatına görə, ikitərəfli münasibətlərin normallaşmasına qədər tamamlanmalı olan altı bənddən ibarət siyahı Ər-Riyaddan qeyri-rəsmi kanallarla Dəməşqə ötürülüb. Səudiyyə hakimiyyəti Suriyadan "Fars körfəzinin neft hasil edən dövlətlərinə narkotik qaçaqmalçılığını dayandırmaq üçün sərhəd nəzarətini gücləndirməyi" tələb edir. Ər-Riyad həmçinin Suriya ordusunun tərəfində döyüşən iranpərəst hərbi birləşmələrin İordaniya ilə sərhəddəki cənub bölgələrindən çıxarılmasını istəyir.

Səudiyyə tərəfinin digər tələbi Dəməşq və Tehran arasında Suriya iqtisadiyyatına iri İran investisiyalarını nəzərdə tutan uzunmüddətli əməkdaşlığın dayandırılmasıdır. Bundan əlavə, Suriya hökuməti "qaçqınların ərəb və beynəlxalq nəzarət altında olacaq xüsusi zonalara təhlükəsiz qayıtmasına zəmanət verməlidir".

Dəməşq "BMT Təhlükəsizlik Şurasının 2015-ci il tarixli 2 254 saylı qətnaməsində nəzərdə tutulan keçid dövründə müxalifətlə ciddi dialoqa girməyə və ona tərəfdaş kimi yanaşmağa" dəvət olunur. Səudiyyə tərəfinin fikrincə, bu yolda ilk addım Suriyadakı siyasi məhbusların azad edilməsi olmalıdır.

Xatırladaq ki, Krallıq öz səfirini Dəməşqdən geri çağırıb və 2011-ci ildə Suriyanın iqtisadi boykotuna qoşulub. Fevralın 14-də zəlzələdən zərər çəkən suriyalılara humanitar yardım aparan Səudiyyə Ərəbistanına məxsus təyyarə Hələb hava limanına enərək 35 ton ərzaq və dərman çatdırıb. Krallıq həmçinin Türkiyə sərhədindən Suriyanın şimal-qərbinə humanitar yardım göndərib.

Prezident İslam İnkişaf Bankı qrupunun prezidentini qəbul edib  FOTO like
  • 26 Fev 12:28  
Siyasət Prezident İslam İnkişaf Bankı qrupunun prezidentini qəbul edib FOTO

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Azərbaycan Respublikasının Prezid

arrow Ətraflı
Ukrayna səfiri Xocalı soyqırımı ilə bağlı paylaşım edib like
  • 26 Fev 12:13  
Dünya Ukrayna səfiri Xocalı soyqırımı ilə bağlı paylaşım edib

Ukraynanın Azərbaycandakı səfiri Xocalı soyqırımı ilə bağlı paylaşı

arrow Ətraflı
Mehriban Əliyeva Xocalı soyqırımı ilə bağlı videoçarx paylaşıb  VİDEO like
  • 26 Fev 12:07  
Siyasət Mehriban Əliyeva Xocalı soyqırımı ilə bağlı videoçarx paylaşıb VİDEO

Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi "Instagram" səhifəs

arrow Ətraflı
Pakistanda bazarda partlayış baş verib, ölənlər və yaralılar var like
  • 26 Fev 12:02  
Dünya Pakistanda bazarda partlayış baş verib, ölənlər və yaralılar var

Pakistanın Bəlucistan əyalətində yerləşən bazarda baş verən partlayı�

arrow Ətraflı
Nazir polkovniki daha yüksək vəzifəyə təyin etdi like
  • 26 Fev 11:58  
Digərləri Nazir polkovniki daha yüksək vəzifəyə təyin etdi

Daxili İşlər orqanlarında növbəti kadr təyinatı baş tutub.

arrow Ətraflı
Ceyhun Bayramov Xocalı soyqırımı abidəsini ziyarət edib  FOTO like
  • 26 Fev 11:51  
Digərləri Ceyhun Bayramov Xocalı soyqırımı abidəsini ziyarət edib FOTO

Xarici işlər naziri Ceyhun Bayramov və nazirliyin digər əməkdaşları Xoca

arrow Ətraflı
ABŞın sualtı atom qayığı Cənubi Koreya limanına daxil olub like
  • 26 Fev 11:29  
Dünya ABŞın sualtı atom qayığı Cənubi Koreya limanına daxil olub

ABŞ-ın "Sprinqfild" tipli "Los Angeles" sualtı nüvə qay

arrow Ətraflı
Tanınmış türk aktyor vəfat etdi like
  • 26 Fev 11:17  
Şou-biznes Tanınmış türk aktyor vəfat etdi

Türkiyənin məşhur aktyoru Muhlis Asan dünyasını dəyişib.

arrow Ətraflı
Xocalı soyqırımı qurbanlarının xatirəsi unudulmayıb  TÜRKPA like
  • 26 Fev 11:07  
Dünya Xocalı soyqırımı qurbanlarının xatirəsi unudulmayıb TÜRKPA

İllər keçməsinə baxmayaraq, Xocalı soyqırımı qurbanlarının xatirəsi

arrow Ətraflı
“Heineken” Rusiya bazarını tərk edir: “Çox çətin şəraitdə çalışırıq” like
  • 26 Fev 10:56  
Dünya “Heineken” Rusiya bazarını tərk edir: “Çox çətin şəraitdə çalışırıq”

Niderlandın "Heineken" pivə şirkəti 2023-cü ilin birinci yarısı

arrow Ətraflı
Sülhməramlıların 15 avtomobili Laçın yolundan keçdi  FOTO like
  • 26 Fev 10:55  
Digərləri Sülhməramlıların 15 avtomobili Laçın yolundan keçdi FOTO

Rusiya sülhməramlılarına məxsus avtomobillər Laçın-Xankəndi yolunda din

arrow Ətraflı
Peter Mixalko Xocalı soyqırımından yazıb like
  • 26 Fev 10:45  
Dünya Peter Mixalko Xocalı soyqırımından yazıb

Aİ-nin Azərbaycandakı səfiri Peter Mixalko Xocalı soyqırımının ildönü

arrow Ətraflı